Sevgi deyilən hiss nə qədər qəribə, ülvi hissidir. Elə hissdir ki, insan özündən əvvəl sevdiyi insanı düşünür. Ürək bir insanı bu qədərmi sevər? Bir insan üçün özündən vacib, özündən dəyərli heç kim yoxdu. Amma mənim üçün özümdən də, canımdan da dəyərli bir varlıq var. Bir sevdiyim və bir sevənim var. Nə olsun ki, sevdiyim çox uzaqlardadır? Nə olsun ki, ona əlim çatmır, gözlərinə baxaraq "Səni sevirəm, sənin üçün darıxmışam" deyə bilmirəm. Nə olsun ki, ağlayanda göz yaşımı silə bilmir?
Nə olsun ki, ehtiyacım olduğu vaxtda təsəlli verə bilmir? Amma, yenə də onu çox sevirəm. Bilirəm, o da məni düşünür, o da hədsiz darıxır, birlikdə keçirdiyimiz günlər üçün. Uzaq da olsa mənimlədir. Fikiri də, ürəyi də, ruhu da yanımdadır. Hər zaman mənimlədir. Ona toxuna bilməsəm də, xatirələrimizə toxunuram. Dönüb keçmişə baxıram. Ordan sevgi dolu baxışlarla gülümsəyən biri var. O da canımdan bir parça, hayatımın mənasıdır.
Yolda düşüncəli-düşüncəli gedərkən belə onu yanımda hiss edirəm. Elə bil bir əl uzanır mənə tərəf: "Yanındayam, sevgilim. Qorxma, özünü yalnız hiss etmə, üzülmə" deyir. Bax, o an hər şeyi unuduram. Yalnız onu hiss edirəm. Gözlərimi yumuram bir anlıq. Təsəvvür edirəm ki, əlin əlimdə, gözlərin gözlərimdədir və ən əsası, sən yanımdasan. Səni necə sevməyim? Uzaq da olsan çox dəyərlisən. Uzaq da olsan hər şey edirsən mənim üçün. Özümü yalnız hiss etməyim deyə əlindən gələni edirsən. Bir söz var: "Həyata bir dəfə də gəlsəm yenə səni sevirəm". Həqiqətən, həyata bir dəfə də gəlsəm yenə də səni sevərəm. Çünki, mən artıq sən olmuşam, sevgilim. Ürəyimlə, ruhumla tamamən sənə aidəm, yalnız səninəm. Hər addımda, yatanda, oyananda, yemək yeyəndə belə səni düşünürəm. Yemək yedikdə öz-özümə deyirəm: "Görəsən, o yemək yeyib?". Yaxud, yemək boğazımdan keçmədikdə "Görəsən, o acdır?" deyirəm öz-özümə və yemək yemirəm. Sən yemək yeməyənə qədər, sən yatmayana qədər mən də yatmıram, sevgilim. Çünki, mən sənsiz bir heçəm və hər anım səninlə bağlıdır. Qısası, səninlə yaşayıram və səni düşündüyündən də çox sevirəm.
Səni çox sevən həyat yoldaşın
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hamiləlik zamanı cinsi münasibətlər (davamı)
Alimlər bu dərmanın koronavirusa qarşı faydasız olduğunu sübut etdilər
Hansı çimərliklər istifadəyə yararsızdır?
Bu rayonlarda şagirdlər dərsə gedə bilmədilər
Bergüzar Korel evindəki qaydalardan danışdı-FOTO
Xəbərdarlıq: Temperatur yüksəlir
Bakının ən hündür zonasında çatlar yarandı
Tovuzun 121 yaşlı nənəsi
Ben Afflek Lindseydən AYRILDI-SƏBƏB
Bülent Ersoydan qəribə ETİRAF
"Buna imkan verməyəcəyik"
Gənc qadının internetdən verdiyi sifariş hamını təəccübləndirdi - FOTO
Qadın qısqanclığı
Yuxu haqqında bilmədiyiniz məlumatlar
Düşüncə ilə mesaj göndərilir
"WhatsApp"da gözlənilən yeniliklər işə düşdü
Sevgidə çətinliklər...
Ukraynada azərbaycanlı gənclər ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Paytaxtda böyük təhlükə kök salıb
Bir yerdə idman edək-3
Gəlin buketləri
Payızda koronavirus yenidən aktivləşə bilərmi? - Epidemioloq danışdı
Aspirinin bilinməyən faydası tapıldı
Epilepsiyanın göstəriciləri
96 yaşlı veterandan GÖZLƏNİLMƏZ ADDIM-FOTO
Bahalaşma təhlükəsini necə dəf etmək olar?
ABŞ prezidentində koronavirus simptomları yoxa çıxdı
70-ci illərin dəbi geri qayıtdı: Kürk paltolar
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Kartof salatı (foto-resept)
Şəkər xəstəliyi haqqında doğru bildiyimiz yanlışlar
Dünyada nüvə müharibəsinin anonsu verildi
Parlamentdə işə düzəlməklə bağlı YENİLİK
Hadisənin 5 gözəllik sirri
Gözlərə ziyan vuran vərdişlər
Afaq Bəşirqızı üçün özəl gün
Səhv bilinən yalnış faktlar
Tərtərdə zibillikdən qədim kilim tapıldı
Kök şorbası (foto resept)
Süni beyin yaradıldı
Müdafiə Nazirliyi: “Ermənistan döyüşlərdə yüzə yaxın hərbi qulluqçusunu itirib” - VİDEO
Brilliant Dadaşova: "Bu şəhərdən qaçaq"
Övladımıza cinsi təhsili nə vaxt verməliyik?
61 yaşlı Şeron Stoundan FOTOsessiya
Susqunlar məclisi
Serenay Sarıkaya Kerem haqqında danışdı
Arıqlamaq üçün YENİ ƏMƏLİYYATSIZ METOD
Kremli peçenye (foto resept)
Süd əmməklə məhrəm olmaq olarmı?
Nə gördünüz? (test)
- ŞƏRHLƏR