Əziz xanımlarımız! Artıq neçə illərdir ki, anasızlıq acısını çəkirəm. Yaşından asılı olmayaraq anaya hər zaman ehtiyac duyulub. Anama yazdığım bu hekayəni sizlərlə bölüşmək istəyirəm.
Yuxusuz gecələrini, yorğun gözlərinin işığını mənə bağışladın, ana. Gecələr başım üstündə çıraq kimi yandın. İndi o işığı itirmişəm. İşıqlı dünyanın əzabını sənsizlikdə görmüşəm. Qəmimi, sevincimi özün ilə gəzdirdin. Məhəbbətini borc vermədin, qurban verdin. Əvəz istəmədin. Əvəzsizdir sənin çəkdiyin əziyyət.
Hər yerdə, hər şeyə sənsiz tələsdim. Boş şeylərin üstündə niyə əsdim? Səni qəlbincə sevib oxşamağa gecikdim. Ayrılıqlar yolumuzda çəpər olmadı. Təkcə sən yolumu səbrlə gözlədin. İncimədin. Tükənməzmiş sənin səbrin. İndi qapını tez-tez açıram. Səni görməyəndə çaşıram... Arzum qəlbimdə qalır, gözlərim həsrətlə səni axtarır. Otaq sənsiz qaranlıqdır, dünya sənsiz yalandır...
Gülüşlərin daşa dəyib, dodaqların daşa dönüb. Bu dünyanın əzabından üzün dönüb. Gecə-gündüz daşlarına yalvarsam da qayıt isti ocağına. Susacaqsan, susmağınla məni məyus - məğlub yola salacaqsan. O dünyanın əbədidir sükutu, o dünyanın pozulmayan qanunu...
İllər bizdən güclüdür. Qapımızı döyə-döyə, bir əliylə verə-verə, bir əliylə ala-ala qanadına anamı alıb uçdu illər. Qoruya bilmədim səni, qorumadım ana! Səninlə sevindiyim günlər sənsiz kədərlidir, sənsiz qəmlidir. Qəm qəm çəkənin həmdəmidir. Sənsiz açılan səhərlərim sənsizlkdən xəbər verir. Sənsiz doğan günəş ürəyimi isitmir... Ömrünü yarı edib bizə ömür bağışladın. Bu dünya ilə o dünyanın əzabına qatlaşdın. Borclu qaldım mehriban əllərinə. Borclu qaldım ağarmış saçlarına. Onların ətrinə necə həsrətəm. Saçlarının sanı qədər biz səninlə yaşamadıq. Ayrılığın acısını erkən daddıq. Ayrılığı necə qıydın, ürəyimi daşmı sandın? Torpağını göz yaşımla suvardım. Bu dünyanın gedər-gəlməz yollarına inandım. Dözməyə alışdım, ayrılığa alışmadım...
Bu dünyada gözəl-göyçək nəvələrin toyu qaldı. Ağbirçək nənədə nəvələrin gözü qaldı. Kaş belə olmayaydı... Bir gün qapımızda çalınan "Vağzalı"da, ana, ruhun qayıdar, gözəl-göyçək nəvələrə xeyir-dua oxuyar. Sevincimdə, qəmimdə sənin öz yerin var ürəyimin başında, gözlərimin yaşında. Sənsiz, ana, ağbirçək olmuşam cavan yaşımda. Ağ saçlar utanır cavan yaşımdan. Sənsiz, ana, xörəyimin duzu yox, sənsiz açan güllərimin ətri yox. Uşaqlığımı şirin nağıl kimi dönə-dönə mənə danışdın. Bu nağılın sehrli güzgüsündə mən özümü tanıdım. İndi bu nağılı deyənim yox. Uşaqlıq dünyasına bələdçim yox. Küsəyən uşaqlığım indi özümdən küsür: "Ana, niyə səni incitdim?" Bu etirafa niyə gecikdim?...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ziyafət geyimləri
Buzlu yollardan qəzalardan necə qorunmalı?
Piyləri artıran… fruktoza
Ən ağıllı heyvanlar hansılardır?
"Instagram"da YENİLİK!
Putin fikrindən vaz keçdi
Fahriye Evcen Burak Özçivitin filminin qalasında GÖZ QAMAŞDIRDI - FOTO
İncə bel üçün 9 dəqiqə sərf edin
Bu qan qrupu olan insanlarda MƏDƏ-BAДћIRSAQ xəstəlikləri tez-tez olur
17 yaşlı müğənni 2 milyonluq reklama çəkildi - FOTO
Uşaqlara oxumaq həvəsinin aşılanması(2)
Eskimo tortu (foto resept)
Yenilik qorxusu-Neofobiya
Polad Bülbüloğlu rusiyalı yazıçıya “Dostluq” ordenini təqdim edib
Yarım milyonluq üzüyünü restoranda unutdu - FOTO
Bəhram Bağırzadə ilk dəfə klinikadan FOTO paylaşıb xəstəliyindən YAZDI
Ali məktəblər üçün şəhərciklər salınır
Qazaxıstan Trans-Xəzər nəqliyyat dəhlizinin tranzit potensialının artmasında maraqlıdır
Nikah ləğv edilərkən uşaqların hüquq və mənafeləri necə qorunmalıdır?
Babək kafir olub, yoxsa dindar!?
Həkimlərin fəaliyyəti məhdudlaşdırılır
Ronaldo ilə necə tanış olduğunu danışdı-FOTO
Günün qoroskopu: Qətiyyətli olun!
Bu şəxslərə ŞAD XƏBƏR: Pulun üstünə pul gələcək - VİDEO
Erməni qoşunları Dağlıq Qarabağdan çıxarılır
Məğlubiyyətlə barışa bilməyən erməni ordusu Ağdamda da yanğınlar törədir
Futbol matçı zamanı paraşütlə stadiona endi - VİDEO
Çanta modelləri
Yeni nəsil şəxsiyyət vəsiqəsi sınaqdan keçirilir
Şəkidə qeyri-adi gəlin maşını karvanı - FOTO
Miniatür kitab muzeyi Ginnesin rekordlar Kitabına düşüb
Mehriban Əliyeva Rəhman Rəhmanovun müalicəsini öz üzərinə götürdü
Bizim fotomodellər (2)
İpoteka şərtləri yumşalacaqmı?
Mobil telefonlar necə izlənir?
Hadisə onu güdən fanatından şikayət etdi
Hicablı xanımlara
80-cı illərin saç sancağı geri qayıtdı
İlin ilk GÜNƏŞ TUTULMASI
Çiyələkli brauni (foto-resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Baba Pünhanın vəfatından 10 il ötdü
Fantastik kinolar gerçək olur - İnsan beyni internetə qoşulacaq
Ev şəraitində koronavirusa yoluxma riski nəqliyyatda olduğundan daha yüksəkdir
Mesut Özildən nümunəvi addım-FOTO
10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı
Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı
Barmaqların vəziyyətinə görə ağciyər xərçəngini müəyyən etməyin yolu açıqlanıb
Məşhurlardan qısa saç modelləri
Demet Akalın Amerikaya getdi-FOTO
- ŞƏRHLƏR