ANS PRESS-in məlumatına görə, bu məsələ Milli Məclisin Sosial siyasət komitəsinin keçirdiyi iclasda müzakirə olunub. Yeni dəyişikliklər “Özəl tibb fəaliyyəti haqqında” qanunda öz əksini tapıb.
Əsas məqsəd vətəndaşların hüquqlarının qorunması ilə bağlıdır. Bundan sonra heç bir həkim xəstələri aldada bilməyəcək. Belə ki, bundan sonra diş həkimi yanına gedəndə o, sizin yalnız dişinizi müayinə və müalicə edə bilər, amma implant qoya bilməz.Mİlli Məclisin deputatı Hadı Rəcəblinin də sözlərinə görə qanun tətbiqindən sonra həkimlər yalnız öz ixtisas sahələrinə uyğun müayinə və müalicə edə biləcəklər.
"Bu qanun əvvəllər da var idi, lakin dövlət müəssisələrində çalışan həkimlərə şamil olunurdu. Son zamanlar özəl klinikalarda özbaşnalığın çoxaldığını görüb, bu qanunu onlara da tətbiq etmək qərarına gəldik. İndi həkim hansı xəstəlik üzrə lisenziya alıbsa, yalnız o xəstəlik üzrə də pasiyentinə xidmət edə bilər. Əks halda, onu cərimə gözləyir", - deyə Hadı Rəcəbli bildirdi.
Bununla bağlı layihə artıq müzakirə olunub, səsə qoyularaq plenar iclasa göndərilib, yaxın vaxtlarda qüvvəyə minəcəyi gözlənilir. Qanunun 4-cü maddəsinə əlavə edilən dəyişikliyə görə, “tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”.
Qanunun digər bir maddəsində isə, deyilir ki, həkim ona aid olmayan xəstəliklə yaxınlaşan pasiyenti lazımlı müəssisə və həkimə istiqamətləndirməlidir. Qanuna əlavə edilən bəndə görə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir.
Millət vəkilinin sözlərinə gələcəkdə bu sistem birbaşa Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə həyata keçiriləcək. Yəni, həkimlərdə nazirlik tərəfindən verilən xüsusi siyahı olacaq ki, məhz, o siyahı əsasında xəstələr onlara lazım olan həkimin ünvanını və adını biləcəklər. Bunun üçün çox vaxt sərf etmiş olmayacaqlar.
Özəl tibb müəssisələrinin birində fəaliyyət göstərən həkim Tərlan Əyyubov hazırlanan qanunun müsbət dəyişikliklərə gətirib çıxaracağını deyir: "Təbii ki, hər bir həkim ona müraciət edən pasiyentin xəstəliyindən baş çıxara bilmirsə, onu başqa sahəyə yönləndirməlidir. Yox, əgər tibb işçisi bunu etmirsə, onda o, insanlıqdan deyil. Hər hansı bir problem üzrə həkimlər yığışanda müxtəlif sahəyə xidmət edənlər öz fikirlərini, məsləhətlərini verə bilərlər, amma müdaxilə edə və ya kimisə nəyəsə məcbur edə bilməzlər"Həkim-professor Adil Qeybulla bu qanunun həkimlərin fəaliyyətində məhdudiyyətlər yaradacağını deyir: "Özəl müəssisələrdə işləyən həkimlər kifayət qədər savadlı həkimlərdir. Onların əməyini bu qədər məhdudlaşdırmaq düzgün deyil. Ona görə də özəl şirkətlərin fəaliyyətini genişləndirmək istiqamətində addımlar atmalıdır".
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Demet Akalın barışıq xəbərindən danışdı-FOTO
Məşhur aktrisanı kimsə tanımadı-FOTO
Təhsil Nazirliyindən orta məktəblərdə bu günə olan koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Yaşıl lobya salatı(foto resept)
İmtahan verənlərin nəzərinə!
“Sosial şəbəkələr hərbçilərimizin həyatını təhlükəyə atır” - VİDEO
Erməni ulduzun paylaşımı türkləri qəzəbləndirdi-FOTO
Qaziantep paxlavası (foto-resept)
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
Bakının “incə naxışlar”ı
Məsafədən işləməyin müsabət və mənfi tərəfləri
"Vogue" dərgisində QALMAQAL-FOTO
Gözəlliyi ilə seçilən quşlar
Ermənistan ordusu atəşkəsi bir gündə 196 dəfə pozdu
Bəzi musiqilərin sözləri yeniyetmələri erkən nikaha təşviq edir
Leyla Əliyeva bacısını belə təbrik etdi-FOTO
"Disney" 4,7 milyard ziyana uğrayıb
Belqrad
Həcc ziyarətinin marşrutu dəyişdirildi
Daha bir ölkədə EBOLA
Bakı metrosu gün ərzində 5 saat işləyəcək
Unikal rəssam: göz yaşı ilə şəkil çəkir
Binalardakı kitablar
Alimlər Yer kürəsinin səsini dinlədi - “Uğultu”nun SİRRİ AÇILDI
Zinət əşyaları
Windows 8.1 populyarlaşır
3D makiyaj sənəti
Dopamin çatışmazlığı halsızlığa səbəb olur
Səfərbərlik Xidmətindən yeni çağırışçılarla bağlı MƏLUMAT
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Onlar niyə zəhləmizi tökürlər?
ABŞ-dan Yunanıstana şok təklif: türk lirəsinə keçin
Günün ulduz falı
Əhaliyə xəbərdarlıq
Günün qoroskopu: necə davranmağınızdan bu gün çox şey asılıdır
Beyni öldürən 10 təhlükə
Temperatur yüksəlir - Sabahın HAVAsı
Hava xəbərdarlığı
Yay üçün ayaqqabılar
İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
Həkimlərə robotlar kömək edəcək
Atmosferdəki həssas tarazlıqlar
Baş nazirdən icbari tibbi sığorta ilə bağlı QƏRAR
Şahzadə üçün super avtomobil hazırlanıb
Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilər - RƏSMİ
Ətli perojki (foto resept)
Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ
Üz dərisini təmizləmək üçün 4 təbii üsul
Demet etiraf etdi: “Okan üçün darıxıram”
Tarixi faktlar-3














