Soyuq bir qış günü idi. Ailəmizə gəlmə xəbərin evimizi ,qəlbimizi isitdi .Səni səbirsizliklə gözləyirdik .Çünki sən ailələrimizin ilk nəvəsi idin. İlk gündən sənə çox bağlandım, sevdim. Sən isə hər an məni səni itirmək qorxusu ilə yaşatdın. Bətnimdəki ilk tərpənişin həyatımda duyduğum ən gözəl hiss idi .Artıq sənə qovuşmağıma bir ay qalmışdı. Ancaq sən tez gəlmək istədin .Sentyabrın 28-i axsam saat 21.00 idi - həyatımın ən kədərli dəqiqələrinin başlayacağı an .Birdən özümdə qəribəliklər hiss etdim .Mənə dəhşətli ağrılar verdin. Haradan biləydim ki, sən gəlmək istəyirsən. Bunu çox gec anladım. Xəstəxanaya güclə çatdıq və hər şey yarım saat ərzində baş verdi. Sən bu dünyaya gəldin. Oğlum, səni ilk gördüyümdə "Bu balacadır, yaşamayacaq"- dedim. Bağırdım, ağladım. Həkimlər məni aldatmağa, sakit etməyə çalışsa da sənin məni qoyub gedəcəyinə əmin idim. Səni bir dəfə də qucağıma ala bilmədən, bir dəfə o gözəl qoxunu duymadan məndən alıb sənin kimi körpələrin olduğu xəstəxanaya apardılar. İki gün sənsiz məcburi yatdığım xəstəxana mənə cəhənnəm əzabı yaşatdı . 2 gün sonra mən də sənin yanına gəlməyə hazırlaşdım. Oradakı başqa analar əllərində gül,qucaqlarında körpə ilə çıxdı. Mən isə ağlayaraq, qucağı boş çıxdım .Və sənin yanına gəldim .Sən xüsusi bir küvəzdə yatırdın.Balaca əllərinə iynələr, sistemlər taxılmışdı. O an sanki dünya başıma yıxıldı .Həkimlər sənin üçün "3 gündən çıxarsa, yaşamaq ümidi var" demişdir . 3 günün saatlarını səbirsizliklə sayırdım. Birdən ürəyim yanmağa başladı, nəfəs ala bilmədim, həyətimizdən qışqırıq səsləri eşidildi.Nənən xəstəxanadan zəng vurmuşdu. Sənin vəziyyətinin ağırlaşdığını söyləmişdi. Atanla mən sənin yanına gəlməyə hazırlaşırdıq. Birdən telefon zəng çaldı, nənən sənin daha bu dünyada olmadığını söylədi. Dünya başıma uçdu, nəfəsim kəsildi və yalnız "Yox!"- deyə qışqıra bildim. Bütün yol boyu sənə çatana qədər yalnız Allahıma yalvardım ki, eşitdiyim söz yalan olsun .Amma yalan deyildi .Sən artıq həyatda deyildin. Məni öz yoxluğunla tək buraxmışdın .Atanı və ananı unuda bilməyəcəkləri dərdə salıb son mənzilə getmişdin.
Heç bir ananın belə bir vəziyyətə düşməməsini Allahdan arzu edirəm.
Allah övladlarınızı qorusun. Amin!
XƏBƏR LENTİ
İsveçrədə yeni prezident seçildi
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Fahriye oğluna lay-lay oxudu - VİDEO
Bəy-gəlin maska taxacaq - TOYLARLA BAĞLI YENİ QAYDALAR
Qarabağdan qaçan erməniləri saxlamaq üçün qadağalar tətbiq olunub
Yerkökülü keks (foto resept)
Nəhəng alma ağacı böyüyür
Albalı tortu(foto resept)
Yaş fərqinə rəğmən xoşbəxt cütlüklər
Bank açıqladı, dollar bahalaşdı
Quş qəfəslərində yaradılan gözəlliklər
4 günə 4 kiloqram
Robotun məqaləsi dərc olundu-TARİXDƏ BİR İLK
İmmuniteti gücləndirən idman hərəkətləri
Abituriyentlərin nəzərinə!
"Hulk"a bənzəmək üçün özünü bu günə saldı - FOTO
Sürpriz salatı (foto resept)
Ölümün bir addımlığında...
Azərbaycanın Eurovision2012 mahnısı
Şahmatçılarımız Dünya çempionatında
9 möcüzəli ağac şəkli
Azərbaycanda qaynana ilə gəlinin Facebook davası
Azərbaycanda avtomobil krediti probleminə yeni həll tapıldı
Bu fotolara baxmağa dəyər
Çakraların sağlamlığımızda və xoşbəxtliyimizdə rolu-IÇakra
Azərbaycanda şəkərli diabetdən ölüm göstəricisi enib
"Harry Potter"in yazıçısı koronavirusa yoluxub-FOTO
İngilis dili-Oo
Sabah Günəş tutulması baş verəcək
Gəlinlərə özəl buketlər
Bakı bulvarında hansı yeniliklər olacaq?
Bədənin siqnal verdiyini göstərən hallar
Cəbhədə nə baş verir?
Sağlam qidalanmağın 20 şərti
Körpənin nəcisi necə olmalıdır?
İdmançımız beynəlxalq reytinqdə ilk onluqda!
Prezindent İlham Əliyev Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Türkəçarə, yoxsa başa bəla?
Dəb Dünyası Bakıda
Sedanın 11 il əvvəlki fotosu bəyənilmədi
Modapərəst qadınların Must-have geyimləri
Tarixi şəxsiyyətlərdən qısa dialoqlar
"Şam ağacı" tortu (foto resept)
Dünyaya tərs baxan gözlər
Əhaliyə ipoteka müjdəsi: şərtlər və qaydalar yumşaldılır
"İlin sonu" sindromu
Ermənistan Naxçıvana kimyəvi hücum hazırlayır
Anlıq qərar verməyin
Hilari Daff ikinci dəfə ana olacaq-FOTO
Təşvişə səbəb olan “aslan” başqa heyvan çıxdı
- ŞƏRHLƏR