Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Qətran Təbrizi
(1012-1080)
Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda başlayan siyasi dirçəliş, müstəqil dövlətlərin meydana gəlməsi elm və mədəniyyətin inkişafında da özünü büruzə verdi. Bəhs edilən dövrdə Azərbaycan "Müsəlman intibahı" adlanan məşhur mədəni oyanışın ən mühüm mərkəzlərindən biri idi. Bəhmənyar ibn Mərzban kimi filosof, Xətib Təbrizi kimi filosof və ədəbiyyatşünas, Eynəlqüzzat Miyanəçi kimi şair və filosof, Əbu Miyaz Əbdai Xoylu kimi həkim, Əbu Bəkr Məhəmməd Şirvani və Fazil Fəriddin Şirvani kimi astronom, Yusif ibn Tahir Xoylu və Ömər Gəncəyi kimi ədəbiyyatşünas, Nizaməddin Əbül-üla Gəncəvi, Fələki Şirvani, Əmir İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Qivami Gəncəvi kimi şair, Məhsəti Gəncəvi kimi şairə yetişdirən Azərbaycan mədəni mühiti sonda "Müsəlman İntibahı"na Xaqani Şirvani və Nizami Gəncəvi kimi dahilər bəxş etdi.
Qətran Təbrizi (Əbu Mansur Qətran Cili Təbrizi Azərbaycani) 1012-ci ildə Təbriz yaxınlığında Şadiabad adlanan xırda şəhərcikdə anadan olmuşdur. Həmin şəhərcikdə məktəbi bitirən Qətran sonradan Təbrizə köçmüş və burada mədrəsədə təhsilini davam etdirmişdir. Artıq mədrəsədə oxuyarkən o, ilk qəsidələrini yazmışdır.
O dövrdə Azərbaycanda feodal pərakəndəliyi hökm sürürdü. Burada bir neçə müstəqil dövlət vardı. Cənubi Azərbaycan paytaxtı Təbriz şəhəri olan Rəvvadilər dövlətinin tərkibində idi. 1028-ci ildə Orta Asiya ərazisindən Azərbaycana oğuz türk tayfaları gəlir. Rəvvadilər dövlətinin hökmdarı Əbu Mənsur Vəhsudan onların azərbaycanlılarla qohum olmasını nəzərə alaraq bu oğuzlara dövlətin ərazilərində məskunlaşmağa icazə verir, sonra isə onları öz ordusuna yazır. Azərbaycanı ikinci vətənləri kimi qəbul edən oğuzlar canla-başla Bizansa qarşı vuruşurlar. Mədrəsədə təhsilini bitirdikdən sonra şairlik istedadı ilə seçilən Qətran Təbrizi Gəncəyə köçür. Bu dövrdə Gəncə Azərbaycan Şəddadilər dövlətinin paytaxtı idi. Əsasən Şimali Azərbaycanın qərb ərazilərində yerləşən bu dövlət cənub-qərbdən Bizansın, qərbdən isə onun müttəfiqi olan gürcü feodallarının təcavüzü ilə üzləşmişdi. Tiflis müsəlman əmirliyini (bu dövlət VIII-XII əsrlərdə mövcud olmuş, ərəbmənşəli Cəfərilər sülaləsi tərəfindən idarə olunsa da, əhalinin əksəriyyətini türklər təşkil edirdi) daim dəstəkləyən Şəddadilər dövləti hərbi baxımdan güclü dövlət olmuş, lazım gəldikdə Rəvvadilərə də köməklik göstərmişdir. Məhz bu dövlətin qoşunları Azərbaycanın digər feodal dövləti-Şirvanşahlar dövlətinə şimaldan edilən təcavüzlərə qarşı mübarizə aparmağa köməklik edirdi.
Güclü istehkamlarla qorunan Gəncə müsəlman dünyasının Şərq hüdudlarının mədəni mərkəzi sayılırdı. Burada məktəblər, mədrəsələr, şəxsi və şəhər kitabxanaları, rəsədxana, tibb ocaqları, çoxsaylı sənətkarlıq emalatxanaları və tacir dükanları fəaliyyət göstərirdi. Gəncədə dərs deməyə başlayan Qətran Təbrizinin şairlik istedadı barəsində söhbətlər Şəddadilər dövlətinin başçısı Əbdül Həsən Ləşkəriyə çatanda o, şairi çağırtdırıb dinləmiş və onu sarayına dəvət etmişdir. Lirik şeirlərində insana məhəbbət, təbiətə vurğunluğu tərənnüm edən şair bu təklifi qəbul etmişdir.
Həmin vaxtdan etibarən saray şairi Qətran Təbrizinin əksər şeirləri siyasi və hərbi-siyasi hadisələrin tərənnümünə, dövlət başçısı və onun köməkçilərinin vəsfinə həsr olunmuşdur. Maraqlıdır ki, bizim günlərdə onun bu şeirləri mühüm tarixi mənbə kimi tədqiqatçılar tərəfindən qiymətləndirilir. Belə ki, şair 1036-1037-ci illərdə Əbu Mənsur Vəhsudanın Gəncəyə səfərini təsvir edir, onun Əbdül Həsən Ləşkəri ilə apardıqları danışıqlardan xəbər verir. Həmçinin onun oğuzların Azərbaycana gəlişi, onların yerli əhali ilə qaynayıb-qarışması haqqında verdiyi məlumatları maraq doğurur. Məlumdur ki, oğuzların bir qismi Şəddadilər dövləti ərazisinə köçdükdə burada yaxşı qarşılanmış və Gəncə ətrafında məskunlaşmışlar. Hökmdar onları Şəddadi qoşunlarına daxil etmişdir. 1037 və 1038-ci illərdə Bizans və gürcü qoşunlarının Şəddadilər dövlətinə hücumlarının dəf edilməsində, düşmənlərin məğlubiyyətə uğradılmasında oğuzların böyük rolu olmuşdur.
Qətran Təbrizinin ən məşhur əsərləri "Qövsnamə", "Quşnamə", "Vamiq və Əzra" və "Divan"-dır ki, o da əsasən qəsidələr toplusundan ibarətdir. Şairin qəsidələrindəki məlumatlar çox vaxt obyektiv xarakter daşıdığından bir çox feodallar ona qarşı çıxır, onu hökmdarın gözündən salmağa çalışırdılar. Bu dövrdə ona qarşı olan kəskin münasibət şairin şeirlərində öz əksini tapmışdır.
Şair həqiqəti yazmaq əvəzinə məddahlıqla məşğul olmağı qəbul etmirdi. Təxminən 1041-1042-ci illərdə Qətran Təbrizi Şəddadilər dövlətini tərk edərək Təbrizə gəlir. O burada dəhşətli Təbriz zəlzələsinin şahidi olur və onu öz əsərində təsvir edir. 1046-cı ildə Təbrizə gəlmiş məşhur Şərq şairi və səyyahı Nəsir Xosrov burada bir çox alim və şairlərlə görüşmüşdür. O özünün "Səfərnamə" kitabında Qətran Təbrizinin şeirlərini yüksək qiymətləndirmişdir.
Filoloq alim Qətran Təbrizi fars leksiko-qrafiyası tarixində izahlı lüğət yazan ilk tədqiqatçı olmuşdur. Yaşadığı dövrdə "Lüğəti-Qətran" və ya "Fərhəngi- Qətran" ("Qətranın lüğəti") adlanan elmi əsər sonralar "Təfasir filuqatil-yurs" ("Fars sözlərinin izahlı lüğəti") və ya sadəcə, "Təfasir" adlandırılırdı. Lüğətdə o, fars sözlərinin izahını vermiş, onların türk analoqlarını göstərmişdir. Qeyd etmək lazımdır ki, bu dövrdə bütün elmi əsərləri ərəb dilində, bədii əsərləri fars dilində yazmaq dəbdə idi. Ona görə də türkmənşəli şairlərə, o cümlədən Azərbaycan şairlərinə belə bir lüğət olduqca vacib idi. Sonrakı dövrlərdə özləri lüğətlər tərtib etmiş bir çox şair və filoloqlar Qətran Təbrizinin lüğətini yüksək qiymətləndirmişlər. Azərbaycan və İran poeziyasının inkişafında Qətran Təbrizinin lüğətinin böyük rol oynadığını bir çox alimlər qeyd edir.
Daha sonrakı dövrlərin mənbələrində Qətran Təbrizinin bir ara Naxçıvanda yaşadığı göstərilir. Lakin ömrünün axırında o, yenidən Təbrizə qayıdır. Qətran Təbrizi 1086-cı ildə Təbrizdə vəfat etmiş və Söhrab məhəlləsi yanında şairlər qəbiristanlığında dəfn olunmuşdur.
XII əsr Mərkəzi Asiya şairi Rəşidəddin Vatvat yazırdı ki, onun təsəvvüründə təkcə bir əsl şair vardır ki, o da Qətran Təbrizidir.
XƏBƏR LENTİ
Uşaq bağçaları optimallaşdırılacaq
Polis Şeyma Subaşının evinə basqın edib
Məşhur aparıcı işinə qayıtdı-FOTO
Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər
BlackBerry batır
Yaşlı qadınların gənc kişilərə marağı
Bakıda kimlər daha yüksək maaş alırlar?
Qonşular övladlarını oddan xilas etməyə çalşan anaya kömək etdilər – ANBAAN VİDEO
Məktəbdəki kadr sıxlığı hesaba alınmadan müəllimlərin əmək müqaviləsi müddəti uzadılır - RƏSMİ
Aprelin 5-i 19 dərəcə isti olacaq
Freyd və qadınlıq
Qar və buz festivalı
Ermənistanın mülki obyektlərə qarşı fosfor silahlarından istifadəsinin sübutu - VİDEO
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Yeni virusdan tam sağalan var!-FOTO
Nostradamusun proqnozu gerçəkləşir: "İrma", "Mariya", "Harvi" haqqında inanılmaz ÖNGÖRÜ
Bu haqda danışmağa utanırsınız?
Dodaq boyasını canlı saxlamaq sirləri
Qat-qat balıq (foto resept)
Keysəriyyə doğuş sancısı çəkmək istəməyən qadınların əl atdığı vasitədir
Molla Nəsrəddinlə gülək
Azərbaycan faunasında ilk dəfə 2 yeni balıq növü aşkarlanıb
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Meyvə ətirli parfümlər
İnteryerdə incəlik
HAVA necə olacaq?
ABŞ televiziya aparıcısı yadplanetlidir? GÖZLƏRƏ DİQQƏT... - VİDEO
Türk paxlavası (video resept)
Yaddaşı gücləndirməyin yolları
İntihar etmək istəyən şəxsə necə kömək edək? – PSİXİATR YAZIR
Sərt karantinə görə üstündə dava salınan çörəklər zibil yeşiklərində - VİDEO
"Çukur"a yeni aktyor gəlir?
NASA-dan ŞOK açıqlama: “QARA DƏLİK”dən bizim kainata SİRLİ OBYEKT KEÇDİ
“Dərs vaxtı”nın 30 mart cədvəli açıqlandı
White Dreamy World
Tatlısəs vəfat etdi - FOTO
Azərbaycan əhalisinin sayı 9,5 milyonu ötüb
Başından zədə alan xanım prezidenti istirahətə göndərirlər
Dünyanın ən qəribə cərrahı: özü əlildir, amma
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Arzu Əliyevanın "Hədəf Bakıdır" sənədli filminin Los-Ancelesdə premyerası keçirilib
“Spanç-Bob”un yaradıcısı öldü
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Yayın 6 trend rəngi
Giləmeyvəli piroq (foto resept)
Azərbaycanda problemli kreditləri olanları hansı güzəştlər gözləyir?
Roman yazanların cızma-qarası
Cemli rulet (foto resept)
Yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ
Çobanın bu tapıntısı alimləri ŞOKA SALDI - FOTO
- ŞƏRHLƏR