Məmməd Əmin Rəsulzadə Qafqazda Azərbaycan cümhuriyyətinin təşəkkülündə və milli qurtuluş hərəkatında tarixi rolu olan Milli Azərbaycan “Müsavat” Xalq Partiyasının liderliyinə 1917 və 1919-cu illərdə Bakıda toplanan partiya qurultaylarında yekdilliklə seçilmişdir.
28 may 1918-ci ildə Cümhuriyyətin istiqlalını elan edən Azərbaycan Milli şurasının sədri idi. Mühacirətdə Azərbaycan milli hərəkatını illərdən bəri təmsil edən Milli Azərbaycan Mərkəzinə sədrlik etmişdir.
Müsəlman dünyasının tanınmış bir mühərriri olan Rəsulzadə 1905-1908-ci illər arasında Bakıda intişar edən türkcə qəzetlərdə işləmiş; 1915-1917-ci illərdə yenə Bakıda məşhur “Açıq söz” qəzetini təsis və nəşr etmişdir. 1908-1911-ci illər arasında Tehranda İran üçün ilk dəfə olaraq Avropa üsulunda gündəlik “İrani-nou” qəzetinin müdir və baş redaktorluğunu etmişdir (bu xüsusda bax: E.Brown. Nisfory
literary of Persia. London).
İstanbulda çıxan çeşidli türk qəzet və jurnallarında (o cümlədən “Türk yurdu”) çalışmış və 1923-cü ildən 1929-cu ilə qədər İstanbulda
nəşr olunan Azərbaycan jurnallarını idarə etmişdir.
Qafqazlılar arasında tanınmış siyasət adamıdır: Mavərayi-Qafqaz seymində (1918) müsəlman fraksiyasına sədrlik etmiş, Maverayi-Qafqaz hökumətinin 1918-ci ildə Trabzona, sonra da Batuma, o zamankı Türkiyə nümayəndələri ilə müzakirəyə göndərdiyi heyətlərdə iştirak etmişdir.
1884-cü ildə Bakıda doğulmuСЋ Məmməd Əmin Rəsulzadə hələ gənc ikən siyasi həyata atılmış, 1903 və 1904-cü ildən etibarən çar rejimi əleyhinə gizli fəaliyyətlərdə iştirak etmişdir. Özünün təşkil etdiyi azərbaycanlı gənc inqilabçılar dərnəyinə başçılıq etmişdir. Bu arada konspirasiya şərtləri içində Stalinlə təmasa girmiş və aralarında yaxşı münasibətlər təsis olunmuşdur.
1908-1910-cu illərdə İrandakı məşrutə hərəkatına qoşulmuş, burada İran Demokrat Partiyasının Mərkəzi
Komitəsinə daxil olmuş və bu partiyanın ideologiyasını həmin partiyanın lideri Seyid Həsən Tağızadə (İran senatının sədri) ilə birlikdə işləmişdir. 1910-cu ildə İranda nüfuzu qüvvətlənən çar hökuməti səfarətinin tələb və təzyiqi ilə oranı tərklə İstanbula gəlmişdir. Burada Türkiyə siyasi cəmiyyətləri, o cümlədən Türk ocaqları ilə bərabər çalışmış; eyni zamanda buradan, Bakıda təşkilatlanmaqda olan gizli Azərbaycan fəaliyyətilə təması davam etdirmiş və 1911-ci ildə “Müsavat” Partiyasının təsisini təşviq etmişdir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illik səltənət yubileyi münasibətilə elan olunan əfvi ümumidən istifadə edərək Bakıya qayıtmış, burada həm nəşriyyata başlamış, həm də gizli “Müsavat” Partiyası çalışmalarına və yarım gizli bir neçə təşkilat və cəmiyyətlərin fəaliyyətlərinə müyəssər olmuşdur.
1915-ci ildə I Dünya müharibəsi əsnasında Bakı hərbi qubernatoru tərəfindən həbs edilmiş və 1917-ci ildə hərbi məhkəməyə verilmək üzrə ikən Rusiyada zühur edən inqilab üzündən azad olunmuşdur.
1917-ci ildə Milli Azərbaycan “Müsavat” Xalq Partiyası birləşmiş qurultayı ilə eyni ildə Bakıda toplanan Qafqaz Müsəlmanları qurultayında Qafqaz ilə Azərbaycanın Rusiyadan ayrılaraq muxtar və müstəqil olmaları tezisini müdafiə etmiş; eyni ilin mayın 10-da Moskvada toplanan Rusiya Müsəlmanları qurultayında Rusiyanın milli dövlətlərə parçalanmasını istəyən bir qərar layihəsini qəbul etdirmişdir.
Bundan sonra Tiflisdə toplanan Mavərayi-Qafqazın Rusiyadan ayrılmasını tələb elmiş və bu tələb 1918-ci ilin fevralında qəbul olunmuşdur.
1918-ci il mayın 26-da Maverayi-Qafqazın parçalanması üzündən Azərbaycan Milli şurası 1918-ci il mayın 28-də Azərbaycan cümhuriyyətinin istiqlalını elan etmiş və bu şuranın sədri sifətilə M.Ə.Rəsulzadə Osmanlı hökumətilə bir müqavilə imzalamışdır. Bu müqaviləyə görə türk ordusu bolşevik istilası altında olan Bakının qurtuluşu üçün Azərbaycan silahlı qüvvələrinə yardım etmişdir.
Cümhuriyyənin rus bolşevikləri tərəfindən istilasından sonra (27 aprel 1920) M.Ə.Rəsulzadə həbs olunur. Həbsdə ikən Stalin onu ziyarət edir. Nəticədə Moskvaya aparılır və orada iki il göz dustağı olur. 1922-ci ildə Fin körfəzi üzərindən qaçaraq Avropaya çıxır, oradan İstanbula gəlir və burada nəşriyyat və siyasi fəaliyyətini davam etdirir.
Dövri və davamsız nəşriyyatla bolşevik siyasətini, xüsusən kommunistlərin şərq siyasətini ifşa edir. Sovet intriqaları ilə diplomatik demarşları nəticəsində İstanbulu tərkə məcbur qalınca o öz çalışmalarını Avropaya köçürür. Burada “Promotey” cəmiyyətində (Rusiya məzlum millətlərinin birləşmiş cəbhəsi) və 1934-cü ildə Qafqaz konfederasiyası paktını imzalayan Qafqaz Millətləri Birliyində çalışır. Rusiya məzlum millətlərinin müştərək orqanı olub Parisdə fransızca intişar edən “Promotey” jurnalında müntəzəm məqalələr dərc etdirir (1928-1939).
İkinci dünya müharibəsi onu dörd il yaşadığı Varşavada yaxalayır. Polşalı dostları ilə birlikdə Buxarestə gəlir. Almaniyanın Sovet Rusiyası ilə başlanan müharibəsi əsnasında Almaniya Xarici İşlər nümayəndəsi fon Şulenberqin (sonra Hitlerə sui-qəsd hadisəsində iştirakına görə öldürülən) dəvəti ilə 1942-ci ildə qafqazlı digər millətlərin nümayəndələri ilə birlikdə Berlinə gəlir. Qafqazın və o cümlədən Azərbaycan cümhuriyyətinin müqəddəratı ətrafında müzakirələrə girişir və nasistlərin millətlərin istədiklərini anlamaq qabiliyyətindən məhrum olduqlarına, Almaniya hökumətinin Azərbaycan xalqının haqlarını tanımaq istəmədiyinə və milli qurtuluş hərakatının gərəkliyinə hörmətsiz olduqlarına qənaət gətirərək, Almaniya siyasəti haqqındakı mənfi düşüncələrini 5 avqust 1943-cü il tarixli bir memorandumda bəyan edərək Berlini tərklə Buxarestə qayıdır.
1944-cü ildə bol.eviklər Buxarestə yaxınla.ınca hadisələr onu Qərbə çəkilməyə məcbur edir. Isveçrəyə getmək üçün viza almaq imkanında olmadığından İsveçrə sərhədinə yaxın Freyburq 1/B Şəhərinə gəldi. 1944-cü ilin oktyabr ayında bu şəhər qorxunc hava hücumuna məruz qaldığından o, mərkəzi Almaniyaya sığınmağa məcbur oldu. 24 aprel 1945-ci ildə Amerika işğal məntəqəsində olur.
Nəhayət, 1947-ci ilin sentyabrında Türkiyəyə gələ bilir və o zamandan bəri Ankarada yaşayır. Türk ensiklopediyasında çalışır. 1951-ci ildə Türkiyə Cümhuriyyəti Milli Təhsil nəşriyyatında “Azərbaycan Şairi Nizami” adına kapital bir əsəri çap edilmişdir. Sovet Rusiyası və Azərbaycan mövzularına dair müxtəlif məqalə və risalələr nəşr olunur. Kommunizm əleyhində və Qafqaz davası lehindəki inadlı mübarizəsini davam etdirir.
“Dünya”, 21 may 1954-cü il
XƏBƏR LENTİ
Daima yorğunuq: səbəbləri bilirikmi?
Fransa prezidenti Türkiyədə ermənilərin təəssübünü çəkib
Tələbələrə şad xəbər
Doğulduğundan bəri günə 6 milyon dollar qazanıb
Dünyanın ən gözəl polisi İnstagram ulduzuna çevrildi
Günün ulduz falı - 09.09.2013
Selfie - müalicəsi olmayan xəstəlik
Diş ağrısını azaldan 3 təsirli üsul
"Ayı balası" tortu (foto resept)
Bakıda "qaşqabaqlı" yaz havası
Əl telefonu ilə çox danışmayın!
Bəxtiyar Vahabzadənin 90 illiyi qeyd olundu
XİN rəsmisindən uşaq əsgərlərdən istifadə edən Ermənistana qarşı sübutlar - FOTO
Prezident İlham Əliyev Rene van der Lindeni ordenlə təltif etdi
Saçaqlı geyimlər
Kristiano Ronaldo BMT-nin xeyriyyə fonduna 600 min avro ianə edib
Olduğu kimi qəbul et!
Ürəkdən süzülən sözlər
HAVA necə olacaq? 16 MAY
Qırmızı meyvəli keks (foto-resept)
Teleaparıcı efirdə pərt oldu
Yodlaşdırılmış duz haqqında bilmədikləriniz
Saçlarımızı yuyarkən etdiyimiz səhvlər
Əşyaları görünməz edən yeni texnologiya yaradıldı
Misir ordusu məscidi hədəf aldı
Kriştianu Ronaldu yeni rekorda imza atdı
Britaniyalılar Fransa və Niderlandı tərk edirlər
Bakıdan Sumqayıta 80 qəpiyə
PKK Türkiyə hökuməti ilə görüş istəyir
Sürücü səhərədək sərnişini gözlədi-SƏBƏB
Məktəblərdə bu fənn üzrə dərs saatı artırıla bilər
Azərbaycanda 2 ayda 126 yük avtomobili istehsal olundu
İngilis dili-Cc (2)
Berkay AÇIQLAMA VERDİ
2019-cu ildə Facebook-u nə gözləyir?
8 yaşlı uşaq qocalıqdan öldü - VİDEO
İşğaldan azad edilən Cəbrayılın Əmirvarlı kəndindən reportaj - VİDEO
MRT haqqında bilmədiklərimiz
Bakıda korluq yaradan gün eynəkləri satılır
"Pokemon Go" oyunu ilk ayda bu qədər qazanc gətirdi
Azərbaycanda 1500 test keçiriləcək
İltihablı sızanaqlardan xilas edən maska
Bədənini divar örtüyünə bənzətdi
Təcili yardımın ən qəribə qeydləri-Bağırsaqda butulka
Məleykə Abbaszadə: "IX sinif şagirdləri təhsildən yayınırlar"
Çimərlikdə istifadə edə biləcəyiniz saç modelləri
Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu tarixi zəfəri müzakirə etdi
Rusiyalı oyunçu ömürlük futboldan uzaqlaşdırıldı
Mütləq izləməli olduğunuz moda filmləri
Azərbaycanda hansı ixtisaslar üzrə vakant müəllim yerləri qalıb?
- ŞƏRHLƏR