Bakıda hava 29°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
10:55Ayla Ayla Sürayyə yerin məlum canım 10:52Ayla Ayla Bu nə şirin reseptdi bəhbəhhhhh 09:24Xəyalə Murad Sabahınızli gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40752

Mastopatiya

 


Mastopatiya - süd vəzisinin xoşxassəli törəməsidir. Hal-hazırda ən geniş yayılmış xəstəliklərdəndir. Lakin onun xoşxassəli olmağı “narahat olmamalıyıq” demək deyil. Mastopatiya adı altında süd vəzisinin fibradenoması,axacaqdaxili papillomatoz,mastopatiya birləşir.Qeyd edim ki,mastopatiya gələcəkdə xərçəngə də çevrilə bilər.

Mastopatiyaların yaranma səbəblərinin əsasını reproduktiv funksiyanın və cinsi həyatın pozulmaları təşkil edir.

  • Ilk menstruasiyanın erkən baş verməsi
  • Mensturasion siklin pozulmaları
  • Doğuşların olmaması
  • Abortlar
  • Ginekoloji xəstəliklər
  • Südvermə dövrünün 3 aydan az olması
  • Psixotravmalar və stress halları
  • Orqanizmin hormonal (qalxanabənzər vəzi xəstəlikləri, şəkərli diabet, piylənmə və qaraciyər xəstəlikləri) və mübadilə pozulmaları aiddir.
  • Irsi meyllik (ana xətti ilə)
  • Zərərli vərdişlər(siqaretdən istifadə, alkoqol kimi)

Mastopatiyaların inkişafının əsasında progesteron çatışmazlığı və estrogenlərin artıqlığı durur. Belə ki, bu hal süd vəzisinin alveollarının (yəni burada olan boşluqların), süd axacaqlarının və birləşdirici toxumanın çoxalmasına səbəb olur.Eynilə bu prosesə səbəb prolaktin çoxluğu da səbəb olur, çünki prolaktin normada (hamiləlikdə və südvermə zamanı) süd vəzisini süd verməyə hazırlayır. Daha sonra südün miqdarının tədricən azalmasına səbəb də fizioloji olaraq prolaktin miqdarının azalmasıdır. Ancaq süni şəkildə bu prosesə müdaxilə olunarsa, vəzidə dəyişikliklər, yəni mastopatiya əmələ gəlir.

Abortlar da eyni təsiri göstərir. Hamiləliyin ilk vaxtlarından etibarən süd vəzisini gələcək südverməyə hazırlamaq üçün vəzinin toxumasını artırır. Lakin hamiləliyin pozulması estrogenin qəfildən kəsilməsinə və çoxalmış bu sahələrin sıxlaşması ilə düyünlərin əmələ gəlməsinə səbəb olur.

Mastopatiyanın iki növü var: diffuz (yəni bütün vəzini əhatə etməsi) və düyünlü forma (qoz böyüklüyündə). Diffuz forma fibroz və kistoz, vəzili və fibroz-kistoz formalara bölünür.

Hər bir xanım öz orqanizmini müşahidə etməli və ən xırda dəyişikliyi də erkən vaxtlardan aşkar etməyi bacarmalıdır. Bu məqsədlə sizə bir neçə metod göstərmək istəyirəm.


1-ci etap : alt paltara baxış

Süd vəzisindən az miqdarda ifrazat ola bilər ki, bu da büsthalterdə iz qoya bilər.Bu ifrazat qanlı, yaşımtıl-sarımtıl rəngdə ola bilər. Eyni zamanda qabıqlar da görə bilərsiz.                 


2- ci etap: süd vəzisinin ümumi görünüşü

Güzgü qabağında dayanın, əllərinizi yanınıza salın. Süd vəzlərinizin ölçülərində,formalarında,konturlarında hər hansı bir dəyişiklik varmı (süd vəzisinin biri digərinə nisbətən böyük ola bilər, bu, normaldır)? Süd vəziləriniz simmetrik quruluşda olmasına, eyni səviyyədə yerləşməsinə diqqət edin. Qollarınızı şəkildəki kimi qaldıran, sağa-sola çevrilən zaman hər iki süd vəzisinin bir-birinə bərabər yaxınlaşmasına diqqət yetirin. Hansısa vəzinin bərk olmasını hiss edirsinizmi? (şəkil 1)

 

Güzgü önündə qollarınızı yuxarı qaldırın, növbə ilə süd vəzilərinizin yuxarı, aşağı və yanlara dartılmasına, ifrazatın axmasına, dəridə dəyişikliyin əmələ gəlməsinə diqqət edin (şəkil 2). 

3-cü etap: dərinin vəziyyəti

Süd vəzisinin dərisi elastikdirmi? Dərinin rəngində dəyişiklik, qızartı, səpki, limon qabığı görünüşü, şişkinlik, çökəklik, qırış olub-olmadığına fikir verin. Vəzini barmaqlarla bükmək lazım deyil, çünki bu, sizdə səhvən şiş təəssüratı yarada bilər.


4-cü etap: ayaqüstə vəzini əllə yoxlama

Bunu vanna otağında yuyunarkən əlləriniz sabunlu halda etməyiniz daha yaxşıdır. Bu məqsədlə losyon və ya kremdən də istifadə edə bilərsiniz. Sağ əllə sol, sol əllə sağ süd vəzisinin üzərində barmaq yastıqcıqlarınızı dairəvi hərəkətlərlə sürüşdürün. Baş barmaq bu prosesdə iştirak etmir. Ehtiyac olarsa, vəzini digər əllə tutmaq olar. Əvvəlcə dəri üzərində, sonra isə süd vəzisində hansısa dəyişiklik hiss edib-etmədiyinizə fikir verin (şəkil 3). 



5-ci etap: uzanmış vəziyyətdə yoxlama

 Bu etap müayinənin ən vacib etapıdır, çünkü bu yolla vəzini daha yaxşı müayinə etmək olar. Sərt bir yerdə uzanaraq müayinə etdiyiniz vəzi tərəfdəki əlinizi yuxarı qaldıraraq palpasiya aparın (şəkil 4, 5, 6).



 

6- cı etap: döş giləsinin müayinəsi

Döş giləsini müayinə edən zaman bunlara fikir verin:


1. Gilənin rəngində dəyişiklik varmı?

 2. Forması dəyişibmi?

 3. Döş giləsi dartılmış formada deyil ki?

 4. Çatlar varmı?

Giləni müayinə edərkən giləətrafı sahəyə də diqqət yetirin, çünkü bu sahədə şiş ola bilər. Baş və şəhadət barmaqlarınızla giləni sıxaraq ifrazatın olub-olmamasına diqqət edin (şəkil 7).


Əgər müayinə zamanı hər hansı dəyişiklik hiss etsəniz, həkim-mammoloqa müraciət edin!

P.S. Gələn dəfəki xəbərimi miomalara həsr etmək fikrindəyəm.Təklif və suallarınızı göndərə bilərsiniz.


 

Səslərin sayı: 26
108
185556
loading...
Şərhlər
Offline
sahilka
cox tesekkurler
30 sentyabr 2011 00:53
Offline
Happysim ))
cox tesekkur edirem canim Allah uzaq elesin bizleri bele seylerden..birde sorusum bu xestelik neden yarana biler ? yaranma sebebi nedi?
30 sentyabr 2011 00:32
Offline
vefa-n
icome2009,
Nazuletta,
ozume soz vermişem ki olum ayaginda olsam bele carem bir burdaki onkoloji klinike qalsa bele ora bir de ayaq basmaram.gerek başqa bir yerde muayine eletdirim.her ne ise ki yaxşi olar))Cunki bacim demişken agriyan şeyden coox qorxma esas agrimiyandan qorx
29 sentyabr 2011 23:49
Offline
Afət
Sitat: icome2009
antiperspirantlar da ola biler

Axı bu məndə 5-6 il bundan qabaq olub. O vaxtdan şükür ki, hələ heç nə yoxdur. Əgər antiperspirantlardandırsa, onda deməli yenə əmələ gələ bilər? Bax, yenə məni fikir götürdü.
29 sentyabr 2011 23:40
imza: Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Offline
Naza
vefa-n,
Həkimə gedib mastopatiya olduğunu müəyyənləşdirmək lazımdır. Allah uzaq etsin, elə zəhrimar şeydir ki, vaxtında üstünə düşməyəndə iraq bizdən adam döşsüz qala bilər.
29 sentyabr 2011 23:08
Offline
VUSALE_91
allah uzaq elesin!
29 sentyabr 2011 22:42
Offline
Həkim Allergolog
vefa-n,
ola biler ki,idmanda qefil hereketler edib zedelemisen ezeleni.amma yene de hekime muraciet etsen yaxwi olar.her ehtimala qarwi
29 sentyabr 2011 21:39
Offline
vefa-n
cooox sag ol canim ela xeberdi.mende sol doşumde qolun alt hissesinde findiq boyda bir şiş kimi nese cixib 6 7 ay olar.Mensturasiya oncesi berkiyir ve agramaga başlayir.eslinde ezeleye oxşayir bilmirem o terefi uste coox yatdigimdan ezele agriyib yoxsa idman etmekden ya da başqa şeydi.Amma burda yazilan başqa hec bir simptom yoxdu.Sizce bu neden ola biler?
29 sentyabr 2011 20:40
Offline
so_LoNely
Allah hec kime gostermesin
29 sentyabr 2011 20:02
Offline
Zeriş
TEŞEKURLER MELUMAT UCUN .
29 sentyabr 2011 20:02
Offline
cox tesekkur edirem melumata gore amma men bunlari bilirem cunki men de mastopatiya xestesiyem yasimin 22 olmasina baxmayaraq.demek isteyirem ki xesteliyin yasi yoxdur ozunuze diqqet yetirin 6 aydan bir ozunuzu muayine edin helelik
29 sentyabr 2011 19:57
Offline
Flowers
ALAH UZAQ ELESIN XANIMLARIMIZDAN BUNU! AMIN, prosta men bu muayineni evde ozum ede bilmeyecem....yeni etsem de tam aydin olmayacaq mene neticesi.......
29 sentyabr 2011 19:55
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
29 sentyabr 2011 17:32
Offline
Həkim Allergolog
leylahuseynova,
yox,sen bir weyi mene aydin de,sizin gelin hansi hekime muraciet edib?bawga hansi wikayetleri olub?qanazligi ucun bawga hecne yazmayiblar?dediyim kimi bu dermanlar esasen depressiyalarda istifade olunur.amma sen neyi oyrenmek isteyirsen daha deqiq yaz.eger burda yazmaq istemirsense,bura yaz

bura yazma yazacaqdim,sehv getdi.ismariclara da yaza bilersen
29 sentyabr 2011 16:54
Offline
leylahuseynova
icome2009,
Dərmanların üzərində yazılanı təkrar yazıram
Eqlonil----------- Prodep-------------Fenazepam

Bu dərmanları bizim gəlinimizə yazıblar qıcolma ürəkəsmə qanazlığı var deyə . Xahiş edirəm bu dərmanlar haqqında mənə məlumat verəsən . Uşaqları böyükdü yəni 6-5 yaşlarında südlə heç bir əlaqəsi yoxdur.
29 sentyabr 2011 16:43
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
Həkim Allergolog
leylahuseynova,
canik,deyesen dermanlarin adini sehv yazmisan.cunki proden deyil prodep dermani var.senazepam deyil fenozepam var.amma ola biler ki,senazepam firmanindi,amma terkibi fenozepamdi.bu dermanlar hamisi birlikde esasen depressiyalarda istifade olunur.bu dermanlar sud veziden sud gelmesine sebeb ola bilerler.
29 sentyabr 2011 16:28
Offline
yekta
Allah uzaq eləsin...
29 sentyabr 2011 16:19
Offline
Sayada
təşəkkürlər, hər bir qadına bunları bilmək xeyirlidir
29 sentyabr 2011 16:19
Offline
AZS
Bu haqda heç bir melumatım yoxuydu. Teşekkürler.
29 sentyabr 2011 16:02
Offline
Riana
Şükür ALLAHA heç bir problem yoxdur.
29 sentyabr 2011 15:50
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )