Bu yaxınlarda saytların birində bir araşdırmaya rast gəldim. İnsanın damarlarında axan qandakı xoşbəxtlik hormonları xərçəng hüceyrələrini yeyirlər. Bu məlumat bir anlıq məni düşüncələrə qərq etdi. Niyə xoşbəxt ola bilmirik?
Yəni qafiyəsi tapılmayan bu sözün həyatda reallaşması o qədərmi çətindir?
Xoşbəxtliyin tələbləri nədir?
Hansı parametrlərlə bu möcüzəli sözün effektini həyatımızda görə bilərik?
Elə bu düşüncələrlə yenə elmi araşdırmalarla dolu saytlarda dolaşmağa başladım. Saytların birində amerikalı yazıçı Erma Bombekin xərçəngə tutulduqdan sonra insanlara etdiyi tövsiyyələri oxuyub mütəssir oldum.
Elə adi məsələlərə təssüflənir ki... Halbuki hər gün rast gəldiyimiz adi həyat rutinləridir. Erma Bombekin təssüfləndiyi o anların bir neçəsini sizinlə bölüşmək istərdim:
"Daha az danışar və daha çox dinləyərdim. Evim, süfrə örtüyüm çirklənər deyə pis olmaz, evimə daha çox qonaq dəvət edərdim.
Qonaq otağında daha çox Tv izləyər və popkornların yerə səpələnməyini dərd etməzdim.
Mənə gəncliyindən danışan babama daha çox vaxt ayırardım. Həyat yoldaşımın dərdlərinə daha çox ortaq olardım.
Saçlarım dağılmasın deyə, avtomobilin pəncərəsinin açılmasına etiraz etməzdim. Paltarımın çirklənməsindən qorxmadan çəmənliyə oturardım.
Televizora baxarkən az, həyata baxarkən daha çox ağlayardım. Ömür boyu zəmanət verilmiş heç nəyi almazdım.
Hamiləliyim tez başa çatsın deyə çırpınmaqdansa, bətnimdə bir canlının necə böyüməsini müşahidə edib bundan zövq alardım. Axı, bu o qədər möcüzəli bir hadisədir.
Uşaqlarım məni öpmək istəyəndə: “Əvvəl get əllərini yu!” demək yerinə onlara daha çox sevdiyimi və daha çox üzr dilədiyimi deyərdim.
Mənə bənzəməyənlər, məndən daha çox şeyə sahib olanlar və kimin nə etdiyi məni maraqlandırmazdı."
Hərdən düşünürəm ki, həyatı mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Bəzən bütün mübarizəmiz adi barışıqdan keçir. Halınla barışırsan, görünüşünlə barışırsan, yaşadığın ətrafla barışırsan. Həyatda qarşımıza çıxan hadisələri dəyişə bilməyəndə onlara baxış bucağımızı dəyişməliyik.
Qayıdım yenə yazımın əvvəllindəki xoşbəxtlik hormonları məsələsinə. Əgər hər sabah ayılıb Günəşə baxa biləriksə, dərindən nəfəs alıb yeni bir həyata başlamağımızın fərqinə vararıqsa biz özümüzü xoşbəxt hiss edə bilərik. Bu isə bizi hər şeyə və hər şeyə görə şükür etməyə yönəldər. Övladımızın üzündəki təbəssümə görə, onun bu gün iştahlı yemək yeyə bildiyinə görə, valideynlərimizin sağ olduğuna görə və o qədər saymaqla bitməyən nemətlər var ki, biz onlar üçün yalnız əlimizi yelləyib keçirik. Gözümüzdə onlar itirilənə qədər qiymətli olmaz.
Amin Maaloufun "Leon Afrikalı" romanında əsir düşən Həsən siçovullarla dolu bir anbarda ayılır. Birtəhər özünə gəlib dostuna baxır. Alaqaranlıqda sezir ki, o da onun kimi qandallanıb. Soruşur ki, “necəsən?”. O da cavabında "Həmd olsun Aləmlərin Rəbbinə, yaxşıyam"- deyə cavab verir. Həsən bunu eşidəndə qəzəblənir və deyir: "Ay adam, bundan betər halımız olacaqmı?! Niyə həmd edirsən?"
Dostu isə o möhtəşəm cavabı verir: "İndi bayırda soyuq və küləyin altında əsirlər var ki, çəkib bu gəmini hərəkətə gətirirlər, biz isə anbarda quru yerdəyik."
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR