Ev heyvanlarının əti insan orqanizmini lazımi maddələrlə təmin edən bir qida maddəsi kimi qiymətləndirilib. Bunlardan bəziləri haqqında qısa məlumatı sizlərə təqdim edirəm.

Mal əti
Həm qida maddəsi kimi,həm də müalicəvi-profilaktik baxımdan faydalıdır.Ən yaxşısı bir illik dana ətidir.Bir yaşdan yuxarı mal əti bədənə istilik,quruluq verir,gec həzm olunur.Onu həll bişirmək, sirkə və ədviyyələrla, o cümlədən darçın işlətməklə yeməkməsləhətdir. Mal əti bədəni qüvvətləndirir,kökəldir,pəhriz məqsədilə münasibdir,sidikqovucu təsirə malikdir.Mal budunun iliyini sürtdükdə dəridə olan şişləri yatırır və baş ağrısını sakitləşdirir.Malın təzə qanının arpa unu ilə təpitməsi də şişlər üçün münasibdir.

Qoyun əti
Bədənə istilik verir, kökəldir, orqanizmi möhkəmləndirir, qan əmələ gətirir. Daxili üzvləri, o cümlədən ürək, böyrək və qaraciyəri möhkəmləndirir. Birillik, ikiillik kök qoyunun əti faydalıdır. Boyun və ətrafların əti daha xeyirlidir. Vaxtaşırı qoyun ətinin həll bişirilmiş bozbaşını yemək arıq və zəif insanlar üçün çox faydalıdır, həmçinin ürəkgetmə və zəiflikdən olan ürək döyünməsi hallarının qarşısını alır.Təzə kəsilən kimi qoyun piyini isti-isti yemək öskürək,sinə ağrısı,astma,sidik yanğısı üçün müsbət təsir göstərir.Qoyunun ödünü dəri üzərinə sürtdükdə dəridəki ləkələri,qotur izlərini aparır.Cismani zədələr,yara hallarında təzə və isti qoyun dərisinə bükülmək məsləhətdir,qoyunun yunu istilik və quruluq verir. Qara qoyunun yunu daha faydalıdır.

Toyuq əti
Bədənə istilik və quruluq verir. Toyuğa nisbətən xoruz ətinin istiliyi az,quruluğu isə çoxdur. Həll bişmiş toyuq əti orqanizm tərəfindən çox məsrəf olunur,təmiz qan yaradır. Xoruzbecə əti yemək sperma yaradır, onu saflaşdırır.Cücə əti bədəni kökəldir,üzün rəngini yaxşılaşdırır. Beyinin fəaliyyətini gücləndirir.Bir həftə onun həlimini və ətini çörək ilə yemək üz sarılığını aparır,kababı isə mədə rütubətini qurudur.

Ördək əti
Bədənə istilik və quruluq verir,adamı kökəldir. Səsi saflaşdırır,qəliz qan yaradır, gec həzm olunur və baş ağrısı törədir.Ördək piyi yaxşı piylərdən hesab olunur,istilik verir, həm də yumşaldıcı xüsusiyyəti vardır. Paxla unu ilə təpitməsi difteriya və döş şişi hallarında yaxşı təsir edir. Piyi oskürək üçün faydalıdır. Ördəyin qaraciyərini yemək təmiz qan yaradır,ürək döyüntüsü hallarında münasibdir.

Qaz əti
Öz xüsusiyyətlərinə görə ördək ətinə yaxındır. Onun yumurtası qəliz və gec həzm olunur.Arıqlıq, öskürək və sinə ağrısı hallarında yumurtasını ilıq bişirib yemək faydalıdır.

Dəvə əti
İki yaşına qədər cavan dəvənin əti daha yaxşı hesab olunur.Ümumiyyətlə, dəvə əti bədənə istilik və quruluq verir,cinsi fəaliyyəti və bədən üzvlərini qüvvətləndirir. Sarılıq və sidik yanğısı hallarında faydalıdır. Ancaq bu ətdən çox istifadə etmək öd xəstəliyi törədir. Dəvənin ağciyərindən isti-isti təpitmə etmək sifətdəki ləkələri aparır.

Keçi əti
Keçi əti soyuqluq verir. Onunla təzə meyvələr yemək məsləhət görülmür.Altıaylıq çəpiş əti bədənə rütubət verir,qan təzyiqini artırır.Keçi piyi sürtmək ağrıları sakitləşdirir,soyuqdəymə hallarında təsirlidir.Dörillik təkəni üzüm yetışən zaman kəsir,ilk və sonuncu qanını axıdır,orta halını daşdan hazırlanmış qaba tökürlər.Laxtalanıb bərkidikdən sonra onu xırda-xırda doğrayıb xəlbir və ya saman üzərində kölgə yerdə qurudurlar.Bu vasitə böyrək və sidik kisəsi daşının tökülməsində çox təsirlidir.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR