Misvak ən qədim diş təmizləmə vasitəsidir.Farsca misvaka "Salvadora Persika"deyilir, türkdilli ölkələrdə isə Erak ağacı olaraq tanınır.Erak ağacı isti ölkələrdə yetişən bir ağac növüdür və bütün İslam aləminin bildiyi, Hz. Məhəmmədin (s.ə.v.) istifadə etdiyi diş təmizləmə yoludur və sünnət olan bir hərəkətdir.Misvak hələ İslamdan öncəki dövrlərdə də istifadə olunurdu və indiyə kimi də məşhurluğunu itirməyib.
Hz. Məhəmməd(s.ə.v.)deyirdi:misvakdan istifadə edin, çünki bu ağızı təmizləyir və razılığını Tanrı verir.Cəbrail(ə) mənə misvakı istifadə etməyi o qədər məsləhət gördü ki,misvakın fərz (vacib) olacağından qorxdum.
Gecə namazı üçün qalxanda,ağzınızı misvakla təmizləyin!Çünki bir mələk namazda Quran oxuyanın ağzına yaxınlaşaraq onu dinləyir.
Misvakın faydası çoxdur,ən aşağısı sıxıntını aparar,ən yuxarısı öləndə şəhadət gətirməyi xatırladar.Peyğəmbərimiz həmişə yanında güzgü,daraq,misvak aparardı.Əshabələri döyüşlərdə belə misvakdan imtina etməzlərdi.
Misvakın faydaları:
1-Peyğəmbər əfəndimizin heç tərk etmədiyi sünnəsidir.
1-Cənabı haqqın razılığını qazandırar.
3-Ağız qoxusunu gözəlləşdirər.
4-Gözləri cilalandırar.
5-Göz ağrılarını sakitləşdirər.
6-Misvak istifadə edən kimsənin dilində düz və ahəngli bir danışma inkişaf edər.
8-Səs tonunu gözəlləşdirər.
9-Diş çürümələrinin qarşısını alar.
10-Diş ətlərini möhkəmləndirər.
11-Damaqlara qüvvət verər.
12-Bəlğəmi çəkər.
13-Zəkanı artırar.
14- Yaşlanmağı yavaşladar.
15-Ölümdən başqa hər dərdə şəfadır.
16-Basur xəstəliyini aradan götürər.
17-Şeytanı incidər.
18-Mələkləri məmnun edər.
19-Can verməni asanlaşdırar.
20- Öləndə şəhadət gətirməyi xatırladar.
21-İman ilə getməyə səbəb olar.
22- Gözəlləşdirər.
23-Ürəyi,mədəni və göz sinirlərini qüvvətləndirər.
24-Həzmi asanlaşdırar.
25-Zehni açar, əzbərləməyi asanlaşdırar.
26-Misvak ilə qılınan namaz ,misvaksız qılınan yetmiş rükət namazdan daha xeyirlidir.
27-İmami Evzai Hz.-misvak istifadə etmək dəstəmazın yarısıdır, buyurmuşlar.
28- Siratı keçməni asanlaşdırar.
Misvakın tibbi cəhətdən faydaları nədir?
Misvak ağızdakı mikrobları öldürər, ağız qoxusunu yox edər, çürüklərə qarşı birə bir olaraq döyüşər və eyni zamanda meyvəsi olan bir ağacın məhsuludur.
Misvak ağız sağlamlığı üçün ən təsirli vasitədir.O bir neçə əsrdir istifadə edilir və müasir tibb sahəsində də araşdırılmağa davam etdirilir .Satışda olan misvak köklü diş pastaları ölkəmizdə geniş şəkildə istifadə olunur.Bütün diş məcunları ağızdakı zərərli və faydalı bakteriyaları öldürür,amma misvak yalnız zərərli bakteriyaları məhv edir.Misvak çox xeyirlidir,onun içərisindəki maddələr ağızdakı bütün mikrobları yox edir. İslam dinində çox əhəmiyyətli olan misvak sünnət olaraq qarşımıza çıxmaqdadır və istifadə edildiyində savab qazanılmaqdadır.
Satışda istifadə edilən diş pastaları,fırçalarının diş ətlərinə və diş sağlamlığına faydası olduğu qədər zərəri olduğunu da unutmayın. Misvak diş sağlamlığı üçün ən faydalı təmizlik vasitəsidir. İstifadəsi çox sadədir. Misvakın ucunu bir az yonduqdan sonra birbaşa olaraq dişlərinizə tətbiq edə bilərsiniz.
Misvakın içərisində penisillin tapıldığını bildirən elm adamları onun ağız içindəki bütün bakteriyaları məhv etməyinə zəmanət etməkdədir. İlk istifadə edildiyində diş ətlərində qanama ola bilər, lakin bu sonradan keçib gedir. Diş ətlərindəki bu cür yaranan qanamalar diş ətlərinizin qüvvətləndiyi deməkdir.
Misvakı necə istifadə etmək lazımdır?
Misvakı istifadə etmənin ən az miqdarı üst dişlərə üç,alt dişlərə də üç dəfə sürtməkdir.Sürtərkən dişlərin içi,çölü,alt və üst qismi ovuşdurulur.Misvak sağ əllə işlədilməlidir.Ovucun içində tutula bilməz və sovurmaq da olmaz.Misvak sağ əlin kiçik və baş barmağı altda,digər üç barmaq üstə olaraq tutulur.Sürtməyə başlayanda ağızdakı tüpürcəyi əvvəlcə udmaq lazımdır.İşlənəndən sonra misvak yuyulmalıdır.Yerə yatırılmamalı və dikinə qoyulmalıdır.Misvak çox yaş,çox quru və bir qarışdan uzun olmamalıdır!Yeni alınan misvakın ucunu çəkiclə yavaşca döyəndə tel-tel ayrılır.Suya qoymaq lazım deyil.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR