Çox insan var ki, "Nədir bu ağıl dişlərindən çəkdiyim?" cümləsi ilə şikayətlənməsin. Ağıl dişləri digər adlarıyla (8 nömrə, 20 yaş dişi, wisdom tooth və s. ) kimi problemli dişlər halına gəlməyə başladı və artıq xalq arasında bu dişlərin işə yaramadığı və çəkilməsi lazım olduğu kimi düşüncələr gedərək yayılmaqda və çox sayda da operatif fəaliyyətlərlə bu dişlər çəkilməkdədir.
Ağıl dişləri harda yerləşir?
Əsasən17-25 yaşları arasında çıxmaga başlayır. Ağıl dişləri dişlərimizin ən arxasındakı bölgədə (son dişlər) üstdə və altda 2 ədəd olmaq üzrə cəmi 4 ədəddir.
Ağıl dişləri niyə problem yaradır?
Bu dişlərin ağızda qalıb qalmaması mübahisəlidir. Əgər doğru vəziyyətdə çıxırsa və ətraf toxumalara zərər vermirsə, bu diş yerində qala bilər. Çənə sümüyünə birləşmiş və anormal vəziyyətdə olan bir dişin (rentgenlə müəyyən edilmiş) gələcəkdə yol açacağı zərərlər göz önünə alınaraq çəkilməsinə qərar verilə bilər.
Ağıl dişlərinin çəkilməsinə yol açan hallar hansılardır?
- ÇÜRÜK: Tüpürcək, bakteriya və yemək qalıqları yeni çıxmaqda olan dişin açdığı yuvada yığılaraq həm ağıl dişi həm də yanındakı azı dişini təhlükəyə atar. Bu tip çürükləri müəyyən etmək və müalicə etmək olduqca çətindir. Ağrı və infeksiyaya yol açan və abseslə nəticələnən ağır hallar meydana gələ bilər.
- DİŞƏTİ XƏSTƏLİYİ (perikoronit): Qismən çıxmış bir ağıl dişin dişətində bakteriya və yemək artıqlarının yığıldığı bir infeksiya yığınağı olur. Bu vəziyyət ağız qoxusu, ağrı, ödem və trismusa (ağzın tam açıla bilməməsi halı) səbəb olur.İnfeksiya limfa sistemi vasitəsi ilə yanaq və boyuna yayıla bilər.
- TƏZYİQ AĞRISI: Ağil dişi çıxan zaman qonşu dişlərə təzyiq edirsə,bununla əlaqədar da ağrı hiss edilə bilər.Bəzi hallarda bu təzyiq aşınmaya gətirib çıxarır.
- ORTODONTİK SƏBƏBLƏR: Bir çox gənç daimi dişlərindəki əyrilikləri düzəltmək üçün ortodontik müalicə alır. Ağıl dişlərini çıxma təzyiqi digər dişlərə də əks olunacağından digər dişlərdə də bir hərəkətlilik olur,əyriliklər arta bilir.
- PROTEZLƏƏLAQƏLİ SƏBƏBLƏR: Protez hazırlanması planlaşdırılan bir ağızda ağıl dişlerini nəzərə almaq lazımdır. Çünki, ağıl diş çəkildikdən sonra dəyişən ağız quruluşuna görə yeni bir protez hazırlamaq lazım gələcəkdir.
- KİSTA ƏMƏLƏ GƏLMƏSİ: Retensiya olmuş bir dişin səbəb olduğu kista hallarıyla da qarşılaşmaq olur. Kista sümük əriməsinə, çənənin genişlənməsinə və ətrafdakı dişlərin yer dəyişdirməsinə ya da zərər görməsinə səbəb olur.Sümük əriməsinin qarşısını almaq üçün diş çəkilməli və kista təmizlənməlidir. Nadir hallarda bu kista çox geniş əraziyə yayılarsa şişə çevrilə bilər və ya çənə sümüyündə öz-özünə qırılmalara yol aça bilər.
Dişin istiqamətinin düzgün olmaması infeksiya üçün yetərli bir səbəbdir. Belə bir halda bəhs olunan problemlər yaşanacak. Üstəlik bu tip problemlər qəflətən və gözlənilməyən bir zamanda yaranırlar.
Ağıl dişlərin çəkilməsi üçün ən uyğun zaman nədir?
İmpact- düzgün ıstiqamətlənməmiş bir diş şikayət olsun ya da olmasın 14 - 22 yaşları arasında çəkilməlidir. Gənc yaşlardaki operasiyalar texniki olaraq daha asandır və sağalma daha tez olur. 40 yaşdan yuxarı operasiyalar çətinləşir . Yaşın artmasıyla birlikdə əlavə təsirlər də artar və sağalma müddəti uzanar.
Kəskin- aktiv infeksiyanın olduğu hallarda (perikoronit) diş çəkilə bilər mi?
Çox zaman xeyir. İnfeksiyanın var olduğu bir vəziyyətdə müdaxilə edilərse infeksiya ətrafa yayılar, yaranın sağalması geç və çətin olar. Lokal ağız gigiyenası, antibiyotikler və bəzən də qarşı çənədəki ağıl dişin çəkimi ilə infeksiya kontrol altına alınır.
- Bu çəkimin ardından -dry soket- adlanan sağalma problemi yarana bilər. Çəkilmə boşluğunda qanyığılma və ağrı da yarana bilər. Bir neçə gün içində problem aradan qalxır. Diş həkiminin tövsiyələrinə əməl olunduğu zaman bu cür hallarla qarşılaşmamaqda olar.
- Yaş artıqca sümük quruluşu qalınlaşdığı və elastiqlik azaldığı üçün diş çəkimi çətinləşir,sağalma gecikir.
Əməliyyat sonrası qulluq
- Yara yeri qurcalanmamalıdır. Yoxsa ağrı, infeksiya və ya qanama ola bilər.
- İlk 24 saat ərzində o tərəf ilə çeynənilməməlidir.
- İlk 24 saat siqaret çəkilməməlidir. Çünki siqaret qanamanı artırıb sağalmanı çətinləşdirər.
- Tüpürülmemelidir. Yoxsa qanama artar və laxta yerindən tərpənə bilər.
- Qanama kontrol edilməli. Egər tikiş atılmayıbsa steril bintlə tampon qoyula bilər. Laxta yaranması üçün tampon yarım saat ağızda saxlanılmalıdır. Tampon çıxarıldıqdan sonra qanama davam edirsə yeni tampon qoyulmalıdır.
- Şişkinliyin kontrolu. operasiya sonrası bölgəyə soyuq bir tampon istifadə olunaraq qan dövranı zəiflədilir və üzün şişməsi əngəllənir. Tamponun tətbiqi bu cür olmalıdır: 20 dəqiqə soyuq tampon- 20 dəqiqə ara- tekrar 20 dəqiqə soyuq tampon şəklindəki fasilələrıə davam edilir.
- İlk 24 saatdan sonra hər 2 saatda bir ilık duzlu suyla ağzı qarqara etmək lazımdır. karışıq 1 stəkan ilıq suya 1 çay qaşığı duz əlavə etməklə hazırlanır.
XƏBƏR LENTİ
Xanımlar üçün gündəlik geyimlər
Arnold Şvarsneggerin həyat qanunları
Rənglərin öyrədilməsi
“Bəxt üzüyü” filminin DAVAMI ÇƏKİLDİ
Birinci xanım: Cəza alacaqlar
Təəccübləndirən məlumatlar
Bakıda qar güclənəcək
Yeni ildə nə geyinəcəksiniz?
Faydalı meyvə suları
Türkan Şoray Kadir İnanır haqqında İLK DƏFƏ
"Sovetski"də söküləcək ticarət-iaşə obyektləri ilə bağlı yeni xəbər
Nyuton mayesi
Bakı bulvarında qadağa
Arıqlamaq üçün ilkin addımlar
Hind toyuğu ətindən kotlet(foto resept)
Günün ulduz falı - 01.12.2013
Gözəgörünməz dərman
Türkiyə müxalifəti ermənini önə çəkdi
Bakıda daha bir bulvar salınır
“Milyonçu” şousunun məşhur aparıcısı öldü
"International Crisis Group": "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir"
Şahzadə ölkəni şoka saldı
Almaniyada nəşə leqallaşacaq?
Yaponiyada koronavirusa rekord yoluxma
Rusiyada qazın qiyməti qalxdı
Avokado salatlı dürüm (foto resept)
Bu yay trend olan geyimlər
İnternetdə davranış milyonlarla itki yaratdı
Tiffany&Co..
Gülben Ergen sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Nazirlikdən son xəbərdarlıq
1 sms yaz, 1000 dəqiqə danış! 3-cü həftənin QALİBİ!
2017-ci ilin çanta modelləri
Həyat qaynağımız, yaşama səbəbimiz nədir?
Hamiləlik dövründə necə yatmalı?
Yayın 4 manikür trendi
Kapri modelləri
Körpələrdə burun tutulması
Dayverlər üçün əla məkan
Bu nəhəngin sirri açıldı
"Bəyaz gecələr" salatı (foto resept)
Məşhur aktrisa diqqət çəkdi-FOTO
Dilqəmdən ermənilərə dərs
Sağlam insanların 4 vərdişi
İlham Əliyevdən erməni diplomata sərt cavab
2012-ci ilin bilərzikləri
Miniatür oyuncaqlar gündəlik həyatımızda
Nazirlikdən avtomobillərlə bağlı açıqlama
Ziya Bünyadov prospektinin bir hissəsi 4 gün bağlı olacaq
Cadugərlər bayramı
- ŞƏRHLƏR