Dişi əhatə edən toxumaların xəstəlikləri hələ qədim dövrlərdən aşkar edilib. İntibah dövründən başlayaraq sivilizasiyanın inkişafı ilə əlaqədar olaraq kariyes kimi parodont xəstəlikləri də sürətlə çoxalmağa başlamışdır.
Müasir dövrdə aparılmış epidemioloji müayinələr parodont xəstəliklərinin uşaqlar və böyüklər arasında geniş yayılmasını təsdiq etməklə yanaşı, həmçinin, bu xəstəliklərin daha erkən yaşlarda da müşahidə edildiyini söyləməyə imkan verir. Parodont xəstəliklərinin yaranmasına səbəb olan çoxlu faktorları, o cümlədən ağız boşluğunun gigiyenasının qənaətbəxş vəziyyətdə olmaması, yumşaq və bərk diş çöküntülərinin varlığı, diş-çənə anomaliyaları, okklüziya travmaları, ağız dəhlizi toxumalarının struktur pozğunluqları, ağız tənəffüsü, qəbul edilən dərman maddələrinin əlavə təsirləri, keçirilmiş və müşayiətedici xəstəliklər və s. göstərmək mümkündür.
A.İ.Qrudyanov və Q.M.Barer (1994) öz tədqiqat işlərində bu qənaətə gəlmişlər ki, müayinə olunanlar arasında yalnız 12% halda sağlam parodonta rast gəlmək mümkündür. İltihabın ilkin əlamətləri 53%, erkən destruktiv dəyişikliklər 23%, orta və ağır dərəcəli patologiyalar isə 12% hallarda müşahidə edilir. İlkin iltihabi və destruktiv dəyişikliklər əksərən (23-38%) 25-34 yaşlı şəxslər arasında müəyyən edilmişdir. 35-44, 45-54, 55 və daha yuxarı yaş qrupuna aid şəxslərdə parodont xəstəliklərinin erkən simptomlarının kəskin azalması (15-26%), eyni zamanda orta və ağır formalı patologiyaların çoxalması (75%-ə qədər) müşahidə edilmişdir.
Aparılmış çoxsaylı epidemioloji tədqiqat işlərinin sayəsində məlum olmuşdur ki, cavan yaşlı şəxslərdə parodont xəstəlikləri içərisində ən çox gingivitə, 30 yaşdan yuxarı şəxslərdə isə parodontun daha ağır patologiyalarına rast gəlmək olar.
ÜST-in elmi qrupunun verdiyi məlumata görə, 53 ölkə arasında aparılmış müayinələr həm 15-19 yaş qrupunda (55-99%), həm də 35-44 yaş qrupunda (65-98%) parodont xəstəliklərinin səviyyəsinin yüksək olduğunu göstərir.
ÜST-in parodont xəstəliklərinin epidemiologiyasına aid olan təlimatlarında bu xəstəliklərin yaranmasında aşağıdakı faktorlar həlledici hesab edilir: sosial faktorlar–o cümlədən yaş, cins, irq, sosial-iqtisadi vəziyyət; yerli amillər–diş ərpi, okklüzion travmalar, plomblamanın yatrogen qüsurları, protezləmə və ortodontik əməliyyatların düzgün aparılmaması; zərərli vərdişlər–ağız boşluğunun gigiyena qaydalarına düzgün əməl edilməməsi, siqaret çəkmə, sistem xəstəlikləri, cinsi yetkinlik zamanı yaranan dəyişikliklər, hamiləlik, menopauza, dərman preparatlarının təsiri (qidantoin, steroidlər), immunodepressantlar, ağır metalların duzları, mayalanma əleyhinə olan preparatların peroral yolla qəbulu (tsiklosporin) və s.
Müasir stomatologiyada parodont xəstəliklərinin onlarca təsnifatını sadalamaq olar. Həmin xəstəliklərin təsnifatının bu qədər zəngin olması bir tərəfdən parodont toxuması patologiyalarının çox olması ilə, digər tərəfdən isə zədələnmənin xarakterinə
fərqli yanaşma tərzinin müxtəlifliyi ilə əlaqədardır.
Təsnifatın əsasında klinik simptomlar, patomorfologiya, etiologiya, patogenez və prosesin yayılma xarakteri dayanır və vahid sistemləşdirmə prinsiplərinin olmaması səbəbindən bu cür çoxsaylı təsnifat növləri meydana çıxır. Bundan başqa bu səbəblər
içərisində parodont toxumasında baş verən ilkin dəyişikliklərin lokalizasiyasının müəyyən edilməməsi, habelə müxtəlif orqan və sistem xəstəliklərinin parodonta təsirinin aşkar edilməməsini də göstərmək olar. Stomatoloqlar parodont xəstəliklərini sis temləşdirmək üçün istifadə etdikləri əsas kateqoriyaları müəyyənləşdirməlidirlər. Belə kateqoriyalar patoloji prosesin xarakterini göstərməklə, parodont xəstəliklərinin klinik formalarını və ağırlıq dərəcəsini (gedişini) təyin etməkdən ibarətdir.
Paradont xəstəliklərinin A.A.P qısa təsnifatı (1999)
I. Tip – Diş əti xəstəlikləri
A. Diş yastıqcığı mənşəli diş əti xəstəlikləri
1. Gingivit – diş yastıqcığı mənşəli
a) lokal, yanaşı gedən xəstəliklərlə birgə
b) qeyri-lokal, yanaşı gedən xəstəliklərlə birgə
2. Gingivit – sistem xəstəlikləri mənşəli
a) endokrin sistemlə əlaqəli
1. Yeniyetmələrin gingiviti
2. Menstrual dövrün gingiviti
3. Hamiləlik gingiviti
a) gingivit
b) piogen qranuloma
4. Diabetik gingivit
a) qan xəstəlikləri ilə əlaqəli
1. Leykemiya zamanı rast gəlinən gingivit
2. Digər qan xəstəlikləri zamanı rast gəlinən gingivit
3. Dərman qəbulu ilə bağlı diş əti xəstəlikləri
a) dərman qəbulu zamanı diş ətində olan dəyişikliklər
b) diş ətinin böyüməsi
c) gingivit
ç) hormonal preparatların qəbulu zamanı yaranan
d) digər preparatların qəbulu zamanı yaranan
4. Qidalanma rejiminin pozulması ilə bağlı diş əti xəstəlikləri
a) VİT C c defisitli gingivit
b) digər qida pozğunluğu ilə bağlı gingivit
B. Diş yastıqcığı ilə bağlı olmayan diş əti xəstəlikləri
1. Xüsusi bakterial zədələnmələr
a) neisseria qonorrhea ilə yoluxma
b) treponema pallidum ilə yoluxma
c) streptokokk infeksiyası
d) digərləri
2. Virus xəstəlikləri
a) herpes virusu
1. Birincili herpetik gingivostomatit
2. Residivləşən herpes
3. Kəmərləyici herpes
b) digərləri
3. Göbələk xəstəlikləri
a) candida infeksiyası
1. Diş ətinin generalizə olmuş kandidozu
b) diş ətinin xətti eriteması
c) histoplazmoz
d) digərləri
4. İrsi xarakterli zədələnmələr
a) irsi diş əti fibromatozu
b) digərləri
5. Sistem xarakterli zədələnmələr
a) dermatoloji xəstəliklər
1. Yastı dəmrov
2. Pemfiqoid
3. Vulqar pemfiqus
4. Çoxformalı ekssudativ eritema
5. Qırmızı qurdeşənəyi
6. Dərman preparatları ilə zədələnmələr
7. Digərləri
b) allergik reaksiyalar
1. Stomatoloji materiallardan
a) civə
b) nikel
c) akril plastması
d) digərləri
2. Digər materiallardan
a) diş məcunu komponentləri
b) ağız boşluğu eleksirləri
c) saqqız komponentləri
d) digərləri
6. Travmatik zədələnmələr
a) kimyəvi travma
54
b) fiziki travma
c) temperatur (yanıq) travması
7. Yad cismə qarşı reaksiya
8. Digərləri
II. Tip. Xroniki parodontit
A. Lokal
B. Generalizə olunmuş
III. Tip. Aqressiv parodontit
A. Lokal
B. Generalizə olunmuş
IV. Tip. Sistem xəstəliklərindən asılı
A. Qan xəstəliklərindən asılı parodontit
1. Qazanılmış neytropeniya
2. Leykemiya
3. Digərləri
B. Genetik faktorlardan asılı parodontit
1. Ailəvi və tsiklik neytropeniya
2. Daun sindromu
3. Leykositlərin adgeziyasının pozulması sindromu
4. Papiyon-Lefevr sindromu
5. Gediak-Xikasi sindromu
6. Histiositozlar
7. Qlikogenoz
8. İrsi uşaq aqranulositozu
9. Koen sindromu
10. Hipofosfataziya
11. Digərləri
c. Naməlum etiologiyalı
V. Tip. Parodontun nekrotik xəstəlikləri
A. Xoralı-nekrotik gingivit
B. Xoralı-nekrotik parodontit
VI. Tip. Abseslər
A. Diş əti absesi
B. Parodontal abses
C. Diş tacı ətrafı abses
VII. Tip. Endodontik patologiya ilə müştərək parodontit
A. Parodont toxumaları və pulpanın müştərək patologiyaları
VIII. Tip. Anadangəlmə və qazanılmış anomaliya və qüsurlar
A. Diş ərpinin əmələ gəlməsinə səbəb olan lokal faktorlar
1. Dişlərin quruluş xüsusiyyətləri
2. Diş qövsünün quruluş xüsusiyyətləri
3. Diş kökünün sınıqları
4. Diş kökünün rezorbsiyası və sementin dəyişilməsi
B. Mukogingival deformasiya və vəziyyətlər
1. Diş əti resessiyası
a) vestibulyar və ya oral tərəfdən
b) dişlərarası arakəsmədən
2. Keratinləşmiş diş ətinin çatışmazlığı
3. Ağız dəhlizinin dayaz olması
4. Yüyənin və əzələlərin birləşmə xüsusiyyətləri
5. Diş ətinin çoxluğu
a) yalançı cib
b) nahamar diş əti kənarı
c) diş ətinin həddən artıq görünməsi
d) diş ətinin böyüməsi
6. Rəngin dəyişilməsi
C. Dişsiz çənənin mukogingival problemləri
1. Alveol çıxıntısının üfüqi və ya şaquli qüsuru
2. Diş ətinin çatışmazlığı
3. Diş ətinin böyüməsi
4. Yüyən və əzələlərin birləşmə xüsusiyyətləri
5. Ağız dəhlizinin dayaz olması
6. Rəngin dəyişilməsi
D. Okklüzion travma
1. Birincili okklüzion travma
2. İkincili okklüzion travma
1983-cü ildə keçmiş Ümumittifaq Stomatoloji Cəmiyyətin plenumunda parodont xəstəliklərinin təsnifatı təsdiq edilmişdir. Bu təsnifata görə parodont xəstəlikləri aşağıdakı kimidir:
I. Gingivitlər – bağ aparatı zədələnmədən, bir sıra zərərli yerli və ümumi faktorların təsiri nəticəsində diş ətində yaranan iltihabi
prosesdir. Forması kataral, hipertrofik, xoralı. Ağırlıq dərəcəsi yüngül, orta, ağır. Gedişi kəskin, xroniki, kəskinləşmiş, remissiya.
Yayılması lokal, generalizə olunmuş
II. Parodontit – alveol sümüyü və periodontun destruksiyası, eyni zamanda diş ətinin iltihabı ilə müşayiət olunan patologiyadır. Ağırlıq dərəcəsi yüngül, orta, ağır. Gedişi kəskin, xroniki, kəskinləşmiş (o cümlədən absesləşmiş), remissiya. Yayılması lokal, generalizə olunmuş.
III. Parodontoz – parodont toxumalarında baş verən distrofik patologiyadır. Ağırlıq dərəcəsi yüngül, orta, ağır. Gedişi xroniki, remissiya. Yayılması generalizə olunmuş.
IV. Parodont toxumalarının proqressiv lizisi ilə müşayiət olunan idiopatik xəstəliklər: Papiyon-İefevr sindromu, X-histiositozu, qammaqlobulinemiya, şəkərli diabetin kompensə olunmamış fazası və başqaları.
V. Parodontomalar Bu təsnifatın əsas üstünlüyü, müxtəlif növ parodont xəstə liklərinin klinik-morfoloji və patoloji xüsusiyyətlərinə differensial yanaşma prinsipindən ibarətdir.
R.M.Məmmədov, B.M.Həmzəyev
Paradont xəstəlikləri
XƏBƏR LENTİ
Olimpiya oyunlarından YENİLİK
Uşağın böyüməsi və inkişafı
Səhərədək telefona baxdı, kor oldu-FOTO
Son model ayaqqabı modelləri
Geyimlərdə zəif görünmə yolları
Kələm haqqında bilmədiklərimiz
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Evdəki vasitələrin möcüzəvi təsiri
Sabunla üz yumaq zərərlimidir?
Sobada badımcan dolması (foto-resept)
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
110 min dollarlıq maşını qəpiklə aldı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Qar yağacaq
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Roma Papası Ermənistanda
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Artur Şopenhauer - Dünya iztirabları
Türkiyədə Xocalı abidəsi
Bir udum havaya həsrət
Susuzluğun bədənə təsirləri və nəticələri
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Mətbəxiniz üçün modern fikirlər
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Quru əlləri necə nəmləndirməli?
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Georq Fridrix Hendel
İnstagram-da yarımçıq YENİLİK
Eşqinizi canlı tutacaq 7 məsləhət
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
“Meyiti yandırılan” kişi evə qayıtdı
Saç qırıqlarından xilas olmaq üçün...
Ətli bağlama (foto resept)
Bu qadın 40 ildir adada tək yaşayır!
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
Kremli qurabiyə (foto-resept)
Gicitkən şorbası (foto resept)
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Kosmosda peçenye bişirdilər - VİDEO
15 ay işlədi – 58 milyon qazandı
Günün ulduz falı
Bir il sonra dünya ilə toqquşacaq
"Mourinyo futbol üçün böyük təhlükədir"
- ŞƏRHLƏR