Təkamülçü ədəbiyyatda uzun müddət yer alan, amma əsassızlığı məlum olduqdan sonra səssiz-sədasız bir kənara qoyulan iddialardan biri də “rudiment orqanlar” anlayışıdır. Ancaq bəzi yerli təkamülçülər rudiment orqanları hələ də təkamülün böyük dəlili hesab edir və elə göstərməyə çalışırlar.
Rudiment orqanlar iddiası bundan bir əsr əvvəl irəli sürülmüşdü. İddiaya əsasən, canlıların orqanizmlərində əcdadlarından onlara miras qalmış, ancaq istifadə edilmədiyi üçün zaman ərzində funksiyasını itirmiş orqanlar mövcuddur.
Bu, əsla elmi iddia deyildi, çünki məlumat çatışmazlığından qaynaqlanırdı. “Funksiyasını itirmiş” orqanlar, əslində, funksiyası müəyyən edilməmiş orqanlar idi. Bunun ən yaxşı göstəricisi də təkamülçülər tərəfindən sadalanan uzun rudiment orqanlar siyahısının getdikcə qısalması oldu. Özü də bir təkamülçü olan S.R.Skedinq “Təkamül nəzəriyyəsi” (Evolutionary theory) jurnalında dərc etdirdiyi “Rudiment orqanlar təkamülə dəlildirmi?” başlıqlı məqaləsində bu həqiqəti belə qəbul edir:
(Biologiya haqqında) məlumatımız artdıqca rudiment orqanlar siyahısı da getdikcə qısaldı… Bir orqanın funksiyasız olduğunu müəyyən etmək mümkün olmadığına və onsuz da rudiment orqanlar iddiası elmi xüsusiyyət daşımadığına görə, rudiment orqanların təkamül nəzəriyyəsi lehinə hər hansı dəlil təşkil etmədiyi nəticəsinə gəlmişəm.
Alman anatomiyaçısı R.Viderşeym tərəfindən 1895-ci ildə ortaya atılan rudiment insan orqanları siyahısı apendiks, büzdüm sümüyü kimi təxminən 100 orqandan ibarət idi. (Apendiks, əsasən, apendisit kimi tanınan orqandır. Dilimizdə səhvən “apendisit” tələffüz edilən bu söz bu orqanın infeksiyaya uğramasına verilən addır). Ancaq elm inkişaf etdikcə Viderşeymin siyahısındakı orqanların hamısının orqanizmdə çox mühüm funksiya yerinə yetirdiyi məlum oldu. Məsələn, “rudiment orqan” hesab edilən apendiksin, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Bu həqiqət 1997-ci il tarixli bir tibbi mənbədə belə bildirilir: Orqanizmdəki qalxanabənzər vəz, dalaq, apendiks, sümük iliyi kimi orqanlar limfa sisteminin hissələridir. Onlar da orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edirlər.
Eyni rudiment orqanlar siyahısına daxil edilmiş badamcıqların da boğazı xüsusilə yetkinlik yaşına qədər infeksiyalara qarşı qorumaqda mühüm rol oynadığı məlum oldu. Onurğa sümüyünün son hissəsi olan büzdüm sümüyünün isə çanaq sümüyünün ətrafındakı sümüklərə dəstək olduğu, bu səbəbdən, büzdüm sümüyü olmadan rahat oturmağın mümkün olmadığı məlum oldu. Bundan əlavə, bu sümüyün çanaq hissəsindəki orqanların və buradakı müxtəlif əzələlərin də birləşdiyi sümük olduğu müəyyən edildi.
Sonrakı illərdə yenə rudiment orqanlardan hesab edilən qalxanabənzər vəzin T hüceyrələrini hərəkətə gətirərək orqanizmin limfa sistemini aktivləşdirdiyi, epifiz vəzin lütein hormonuna təsir edən melatonin hormonu ifraz etdiyi kəşf edildi. Tiroid vəzinin körpələrdə və uşaqlarda orqanizmin normal inkişafını təmin etdiyi və maddələr mübadiləsi və orqanizmin aktivliyinin tənzimlənməsində rol oynadığı müəyyən edildi. Hipofiz vəzinin ön payının da tiroid, böyrəküstü vəz, çoxalma vəzləri kimi bir çox hormon vəzinin düzgün fəaliyyət göstərməsini və skeletin inkişafını tənzimlədiyi aşkar edildi.
Darvin tərəfindən rudiment orqan adlandırılan gözdəki aypara formasındakı çıxıntının isə gözün təmizlənməsi və nəmləndirilməsində mühüm rol oynadığı məlum oldu.
Rudiment orqanlar iddiasında təkamülçülərin çox mühüm məntiqi səhvi də vardı. Məlum olduğu kimi, bəzi təkamülçülər canlılardakı rudiment orqanların keçmişdəki əcdadlarından miras qaldığını iddia edirdilər. Halbuki, rudiment orqan hesab edilən bəzi orqanlar insanın əcdadı olduğu iddia edilən canlılarda yoxdur! Məsələn, təkamülçülər tərəfindən insanın əcdadı hesab edilən bəzi meymunlarda apendiks yoxdur. Rudiment orqanlar tezisinə qarşı çıxan bioloq H.Enok bu məntiqi səhvi belə ifadə edir:
İnsanların apendiksi var. Ancaq daha qədim əcdadları olan ibtidai meymunlarda apendiks yoxdur. Apendiks təəccüblü şəkildə daha ibtidai quruluşa malik olan məməlilərdə, məsələn, opossumlarda yenidən üzə çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər?
Bütün bunlarla bərabər, funksiyasını itirmiş bir orqanın zaman ərzində kiçilərək yox olması məntiqi cəhətdən ziddiyyətlidir. Bu ziddiyyəti dərk edən Darvin “Növlərin mənşəyi” kitabında belə etiraf edir: Bununla yanaşı, başqa bir çətinlik də var. Bir orqan artıq funksiyasını itirdiyi üçün çox kiçildikdən sonra iz qoyaraq necə kiçilə bilir və nəticədə, necə tamamilə yoxa çıxır? Bir orqan bir dəfə funksiyasını itirdikdən sonra istifadəsiz qalmasının həmin orqana müsbət təsiri ola bilməz. Burada mənim verə bilməyəcəyim bir açıqlamaya ehtiyac var.
Qısaca desək, təkamülçülər tərəfindən ortaya atılan rudiment orqanlar ssenarisinin həm öz daxilində məntiqi səhvləri var, həm də elmi cəhətdən səhvdir. İnsanlarda əcdadlarından miras qalmış heç bir rudiment orqan yoxdur.
Rudiment orqanlara daha bir zərbə: atın ayağı
Rudiment orqanlar nağılına ən son zərbəni atın ayağı üzərində aparılmış bir tədqiqat vurdu. “Təbiət” (Nature) jurnalının 20-27 dekabr 2001-ci il tarixli sayında dərc edilən “Biomexanika: təhlükəli vibrasiyalara qarşı amortizator” (Biomechanics: Damper for bad vibrations) adlı məqalədə belə deyilir: Atların ayaqlarındakı bəzi əzələ lifləri heç bir funksiyası olmayan təkamül prosesinin qalıqları kimi görünür. Ancaq bu əzələ lifləri at qaçarkən ayağın içində əmələ gələn zərərli titrəmələrin qarşısını alırlar.
Məqalə belə davam edir: Atların və dəvələrin ayaqlarında 6 millimetrdən daha qısa əzələ liflərinə bağlı olan 600 millimetrdən daha uzun vətərləri olan əzələləri var. Bu cür qısa əzələlər heyvan hərəkət etdikcə uzunluğunu ancaq bir neçə millimetr dəyişdirə bilir və bunlar böyük məməlilərin o qədər də işinə yarayan kimi görünmür. Vətərlər passiv yaylar kimi funksiya yerinə yetirir və qısa əzələ liflərinin lazımsız olduğu təkamül prosesində funksiyasını itirmiş daha uzun liflərin qalıqları olduğu hesab edilmişdir. Ancaq Uilson və həmkarları… Bu liflərin sümük və vətərləri potensial şəkildə zərər verən titrəmələrdən qoruduğunu irəli sürürlər…
Təcrübələr qısa əzələ liflərinin bir ayağın yerə vurulmasının ardınca əmələ gələn zərərli titrəmələri yavaşlatdığını göstərmişdir. Qaçan bir heyvan ayağını yerə vurduqda bu zərbə ayağın titrəməsinə səbəb olur, titrəmələrin tezliyi nisbi yüksəkdir. Məsələn, atlarda 30-40 hz – ayaq yerdə ikən bu zərbələr yavaşladılmasa, artıq titrəmə dövranı baş verir.
Titrəmələr zərər verə bilər, çünki sümük və vətərlər yorğunluq vəziyyətindən tez təsirlənirlər. Sümük və vətərlərdəki yorğunluq təkrarən baş verən təzyiqdən qaynaqlanan zərərin toplanmasıdır. Sümük yorğunluğu həm atletlərdə, həm də yarış atlarında mənfi təsirlər meydana gətirən zərbə qırılmalarının səbəbidir və vətər yorğunluğu ən az bəzi vətər infeksiyalarının səbəbi ola bilər. Uilson və həmkarları çox qısa əzələ liflərinin əmələ gələn titrəmələri yavaşladaraq həm sümükləri, həm də vətərləri qoruduğunu irəli sürürlər.
Qısaca desək, atların anatomiyasının daha diqqətlə təhlil edilməsi təkamülçülərin funksiyasız olduğunu iddia etdikləri orqanların çox mühüm funksiyalarının olduğunu üzə çıxarmışdır.
Başqa sözlə, elmi irəliləyiş təkamülün dəlili kimi dəyərləndirilən xüsusiyyətlərin, əslində, yaradılış həqiqətinin dəlili olduğunu göstərmişdir. Təkamülçülər obyektiv hərəkət etməli və elmi kəşfləri ağılla dəyərləndirməlidirlər. “Təbiət” (Nature) jurnalında bu mövzu belə şərh edilir: Uilson və həmkarları təkamül prosesi ərzində funksiyasını itirmiş bir orqanın qalığı kimi görünən bir əzələnin mühüm rolu olduğunu tapdı. Onların bu elmi fəaliyyəti digər rudiment orqanların da (insan apendiksi kimi) göründüyü kimi funksiyasız olub-olmadığı sualını doğurur.
Əldə edilən bu nəticələr təəccüblü deyil. Təbiətlə əlaqədar nə qədər çox şey öyrənsək, o qədər çox yaradılış dəlilini görürük. Maykl Behenin bildirdiyi kimi, dizaynın olduğu nəticəsinə bilmədiklərimizə deyil, son 50 il boyu öyrəndiklərimizə görə gəlirik. Buradan darvinizmin cahillikdən qaynaqlanan iddia olduğu məlum olur.
R. Əkbərov
XƏBƏR LENTİ
Günün ulduz falı
İsveçdə "Uğursuzluqlar muzeyi" açılacaq
27 günə 1 milyard qazandı
Çoxuşaqlı ana 22-ci hamiləliyi barədə danışdı – VİDEO
Jirinovskidən ermənilərə tərs şillə
Uşaqlarda yayılan virusla bağlı rəsmi açıqlama
Məşhur aktrisa XƏSTƏXANALIQ oldu -SƏBƏB
Saç uzadan aloe vera maskası
Ekspertdən kirayə evlərlə bağlı bədbin proqnoz - “Çətinləşəcək”
Cərimənizi ödəyin, yoxsa... - REYDLƏR BAŞLADI
Verməşil börəyi (foto resept)
Günün ulduz falı
Bayram namazının vaxtı AÇIQLANDI
Kayli Cennerin FOTOsu diqqət çəkdi
Ağıllı dizaynlar
Bu şəxslərin maaşları ARTDI
Ağacları sevən pişiklər
Günün ulduz falı - 07.03.2014
Şahzadə Diananın indiyədək görmədiyiniz FOTOLARI
Kobenin xanımı faciədən sonra ilk dəfə yazdı-FOTO
Rusiyada istehsal olunmuş ilk koronavirus peyvəndi nümayiş etdirildi - FOTO
Koronavirusla bağlı təhlükəli fırıldağın üstü açılıb
İllərlə sürən düşmən işğalından sonra Cəbrayılın Decal kəndi - VİDEO
Sabahın HAVAsı
Yeni iPhone haqqında maraqlı detal üzə çıxdı
Eldar Əzizov vəzifəli şəxslərə xəbərdarlıq etdi
Valentinonun yeni üzü: Lady Gaga
Yevlax və Mingəçevir polisi yollarda birgə reydlərə başladı
Avtobuslarda GEDİŞ HAQQI dəyişə bilər (YENİLƏNDİ)
Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər - RƏSMİ AÇIQLAMA + VİDEO
Bu ölkədə Allah sözü yasaqlandı
Ingilis Dili-IV Dərs
Mənsum İbrahimov və Təyyar Bayramov Ağdamda “Qarabağ” mahnısını oxudular - VİDEO
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
Snoudendən şok iddia
Dəri problemlərinə dayan deyin!
85 yaşlı kişi əkiz atası oldu
BÜRCLƏR bizə nə vəd edir? -11 İyun
Ayaqdakı göbələyini aradan qaldıran üsullar
Xəyanətin 5 güclü səbəbi
Avropa dövlətində heyvanların sirkdə iştirakı qadağan edildi
İxtisas seçimi BAŞLANDI
"Ermənistan gərginliyi ört-basdır etməyə çalışır"
Məşhur aktyor vəfat etdi
Pensiya yaşı 65-ə çatdırılacaq
Ermənilər dinc dayanmır
İngilislərin "Brazuka" topu ilə bağlı maraqlı iddiası
Azərbaycan Avro-4 standartına keçir
Şeyma Subaşı izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Möhkəm bir evliliyin 10 qızıl qaydası
- ŞƏRHLƏR