Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 15-dən 19-dək internet vasitəsilə ixtisas seçimi elan edir.
Milli.Az bildirir ki, komissiyadan Trend-ə verilən məlumata görə, ixtisas seçim cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 5-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.
Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.
Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5‑ci sayında dərc olunub.
Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunub.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.tqdk.gov.az/erizebak/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından "məqbul" alan və test imtahanında topladıqları ümumi balı 16-dan, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər seçə bilərlər.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da seçmək imkanı verilir.
Ali təhsil müəssisələrinin "Təsviri sənət", "Dekorativ-tətbiqi sənət və dizayn", "Heykəltəraşlıq" komissiyalarında qabiliyyət imtahanından topladıqları yekun balları 3 və daha yüksək olan, "Təsviri incəsənət müəllimliyi", "Bədən tərbiyəsi və idman", "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı" komissiyalarında isə "məqbul" alan abituriyentlər orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Yaylıq və şərflər
Gününün qoroskopu: Özünüzə güvənin!
Pronovias 2018 Payız/Qış kolleksiyası
Noxudlu bisküvit (foto resept)
Mila Eştonun verdiyi hədiyyədən danışdı-FOTO
Nazirlik: qızılca ilə bağlı problem yoxdur
"Həyat" adlı oyun
33 ölkədən 300 psixoloq Azərbaycanda
Moskvada matəm elan olunub
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Tər xəstəni ələ verdi
Yunan qabağı ruleti (foto resept)
Qorxu filmi kimi moda həftəsi
Baharın gəlişi ilə baş qaldıran xəstəliklər
İslamın rəmzi niyə yaşıl rəngdir?
COVID-19-un erkən simptomları
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Silahlı Qüvvələrin komandir heyəti üçün yeni yay geyim forması hazırlandı
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
Naz Elmas ərə getdi-FOTO
Bu da 2015-ci ilin Volkswagen Polo-su
Nusret 14 min 500 qadını qonaq etdi-FOTO
Uşaqlarınız üçün maraqlı yataqlar
Şəhid generalımız qızının qatıldığı yarışda: Arxiv görüntüləri üzə çıxdı - VİDEO
"Qarabağla bağlı tərpəniş olacaq"
Pizza çörəkləri (foto-resept)
Xırda qəpikləri götürmürlərsə-CƏZA
Tələbələrin ali məktəblərə qeydiyyatı başlayıb
Valideynsiniz? Övladınız üçün oxuyun
Azərbaycan Yaponiyanın kosmik sənaye təcrübəsi ilə tanış olacaq
Alimlərdən Stounhenc abidəsi ilə bağlı YENİlİK- FOTO
Qarındakı yağları əridən detoks
Emin Ağalarov İlham Əliyevi təbrik etdi - FOTO
Sabah ildırım çaxacaq
Təhsil Nazirliyi ilə bağlı yeni qərar
Pərdə nümunələri
Cehizlik yataq dəsti və yataq örtükləri
Dünyanın ən qəribə təyyarə oğrusu-FOTO
Dünyanın ən zövqlü bomju-FOTO
Bir zamanlar lağ obyekti olub, indi isə...-FOTO
Dəbli pencəklər
"Rafaello" tortu (foto resept)
Hande Keremle sevgilidir?
Çində bir şəhər karantinə bağlandı: COVID-19-un ikinci dalğası başladı
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Hindistan ilk dəfə Aya kosmik gəmi göndərdi, o isə...
Ayın ən maraqlı xəbəri (May ayı)
Daxili sülh üçün sakitləşdirici texnikaları
Saçları 1 yaşlı uşağı milyonçu etdi
Ayın üzərindəki BAZA-FOTO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]