Qadınların çoxu tez-tez döş ağrılarından şikayət edir. Çox qorxulu olan döş ağrılarının xərçəng xaricində də xeyli çox səbəbi ola bilər. Prof. Dr. Abdullah İğci, döş ağrılarının növlərini və bu ağrıların qarşısını necə ala biləcəyinizi aşağıdakı kimi izah edir.
Döş ağrısı, qadınlarda ən çox şikayətlənən ağrılardan biridir. Ağrı bir və ya iki döşdə fərqli dərəcələrdə ola bilər. Bu ağrıların ancaq 15-20%-nin müalicəyə ehtiyacı vardır. Döşdə ağrı şikayəti ilə həkimə müraciət edən xəstələrin ən böyük qorxusu xərçəng olma ehtimallarıdır. Əslində döş ağrısı ilə xərçəng arasında birbaşa əlaqə yoxdur. Döşdə ağrının səbəbi, döşün özündən qaynaqlanan patologiyalar olduğu kimi döş ətrafındakı əzələ, oynaq və sümüklərdə yaranan xəstəliklər də ola bilər.
Döşdə dövrü (menustrasiya ilə əlaqəli) və qeyri-dövrü (menustrasiya ilə əlaqəsi olmayan, davamlı) olmaq üzrə iki tip ağrı meydana gəlir.
Dövrü ağrı
Döş hormonları həssas bir ağrıdır. Aybaşı dövrlərindən (menustrasiya) sonra yumurtalıqlardan sekresiyalanan östrojen (Östrojen hormonu qızlarda boyun uzanmasına, qadın tipinin meydana gəlməsinə və döşün böyüməsində iştirak edir. Səsin incə olması, dodaqların böyüməsi və qadın tipi omba meydana gəlməsini östrojen təmin edir. Qızlarda qol altı və genital orqan ətrafındakı tüklənmə yumurtalıqdan sekresiyalanan kişi tipi hormonlar (androjenler) sayəsində olar. Östrojen hormonu qadınları ürək xəstəliyindən qoruyar və qan xolesterolunu azaldar) və progesteron hormonu, (Progesteron bədəndə maye yığılması və qabarıqlıqların əhəmiyyətli bir səbəbidir. Bunun səbəbi düz əzələlərdə boşalma və bağırsaqlarda bu səbəblə qaz meydana gəlməsidir), döşü süd verməyə hazırlayar. Bu hormonlar, döşdəki süd kanallarının və süd yaradan hüceyrələrin böyümələrinə və çoxalmalarına səbəb olur. Bu səbəbdən menustrasiyadan əvvəl, döşdə su yığaraq və döşün həcmini artıraraq gərginliyə səbəb olur. Menustrasiyanın başlamasıyla birlikdə döş içində yaranan strukturlar təkrar normal ölçüsünə geri dönər. Döşdəki bu hüceyrə çoxalmaları və döş formasının həcminin böyüyüb kiçilmısi nəticəsində fibrokistik strukturlar (ağrı, yanma hissi və döşdə kütlələrin ələ gəlməsi ilə özünü göstərən fibrokistik dəyişikliklər) meydana gələr. Aybaşıdan əvvəlki dövrdə döşdə gərginlik və ağrı normaldır. Menustrasiyanın başlamasıyla birlikdə ağrı və gərginlik itər. Bəzən ağrıların şiddəti arta bilər. Döş ağrılarının 70-80%-i bu şəkildə hiss olunur. Ümumiyyətlə 30-40 yaşlarında daha çox görünən dövrü ağrıların səbəbləri arasında hormonal (ostrojen və progesteron) dəyişikliklər, aybaşı nizamsızlıqları, prolaktin hormonunun artması (kişilər cinsi əlaqə zamanı orqazm olarkən onların orqanizmində fiziki yorğunluqla bərabər həm də əhval-ruhiyyəni qaldıran və yuxu gətirən prolaktin adlı hormonun səviyyəsinin artması onların cinsi əlaqədən sonra yuxuya getməsinə səbəb olur. Qadınlarda isə tam əksinə olaraq cinsi əlaqə zamanı prolaktin hormonu ilə bərabər cinsi istəyi artıran oksitosin hormonu da ifraz olunur), doğum idarə edən həblər, klimaks dövründə hormon replasma müalicəsi (doğuş qabiliyyətinin itdiyi 48-55 yaş arası dövrə "klimaks" adı verirlər), stres, kədər, duzlu yemək, çox kofe içmək və yağlı yeməklər iştirak edər.
Ağrıyla əlaqədar tövsiyələr:
-
Döşü altdan dəstəkləyən uyğun büsthalter istifadə etmək,
-
Duzlu yeməyi azaltmaq,
-
Kofe içməyi azaltmaq,
-
Yağlı yeməyi azaldaraq lifli qida və meyvə yeməyi artırmaq,
-
Kökəlməmək, çox gəzmək və idman etmək.
Dövrü ağrının müalicəsi:
Döşdə yaranan aybaşı əvvəli dövrü ağrılarının 20%-ni dərmanla müalicəyə ehtiyacı vardır. Aspirin, parasetamol və ya antifilojistik dərmanlar (yanğını və qızdırmanı azaldan), ağrının azalmasında təsirli olarlar. B1, B6 və E vitamin preperatları və mahud çiçəyinin yağı (evening primrose oil), döşdə rahatlığı təmin edir. Bromokriptin, danazol kimi dərmanlar da çox lazımlı olduğu zaman istifadə edilər ancaq bu cür dərmanların çox ciddi yan təsirləri vardır.
Qeyri-dövrü ağrı (nonperiyodik)
Qeyri-dövrü ağrı ağrı, döşdə aybaşı dövrlərilə əlaqədar olmadan meydana gəlir. Ağrı, döşün müəyyən bir bölgəsində hiss edilər və ümumiyyətlə 40-50 yaşlarda görülər. Ağrı bəzən qolda, çiyin və ya qol altında da hiss edilər. Ayrıca çiyin, qol və ya əzələdə yaranan xəstəliklərdəki ağrı da döşdə hiss edilər. Zədə, döşdə sürətli böyümüş makrokistlər, fibroadenom, döş iltihabları, süd kanalı ətrafında yaranan iltihablar və stres döşlərdə yağ neyrozu meydana gəlməsi döşdə ağrıya gətirib çıxarar. Ayrıca əzələ ağrısı, çiyin oynağındakı revmatizma xəstəliklərdən qaynaqlanan ağrılar döşdə də hiss edilər.
Qeyri-dövrü ağrının müalicəsi
Müalicələr ağrının tipinə görə dəyişilər. Böyümüş kistlərin aspirasyonu, (Tənəffüs yolundakı nəfəs borusu yaxud ağciyərdəki maye və ya qatı bir maddənin əmilməməsi) döş içində böyüyən kütlələrin əməliyyatla çıxarılması, döş içində və ya süd kanalı ətrafındakı iltihabların antibiotik dərmanlarla qurudulması, stresin gətirib çıxartdığı ağrılar üçün anksiyolitik dərmanlar alınması (Canlılarda stresslə yaranan əlamətləri aradan qaldıran dərman), əzələ ağrısı və ya revmatizma səbəbləri ilə bağlı döş ağrılarında istiqamətli müalicə edilməsi bunlardan bəziləridir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Olimpiya oyunlarından YENİLİK
Uşağın böyüməsi və inkişafı
Səhərədək telefona baxdı, kor oldu-FOTO
Son model ayaqqabı modelləri
Geyimlərdə zəif görünmə yolları
Kələm haqqında bilmədiklərimiz
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Evdəki vasitələrin möcüzəvi təsiri
Sabunla üz yumaq zərərlimidir?
Sobada badımcan dolması (foto-resept)
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
110 min dollarlıq maşını qəpiklə aldı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Qar yağacaq
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Roma Papası Ermənistanda
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Artur Şopenhauer - Dünya iztirabları
Türkiyədə Xocalı abidəsi
Bir udum havaya həsrət
Susuzluğun bədənə təsirləri və nəticələri
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Mətbəxiniz üçün modern fikirlər
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Quru əlləri necə nəmləndirməli?
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Georq Fridrix Hendel
İnstagram-da yarımçıq YENİLİK
Eşqinizi canlı tutacaq 7 məsləhət
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
“Meyiti yandırılan” kişi evə qayıtdı
Saç qırıqlarından xilas olmaq üçün...
Ətli bağlama (foto resept)
Bu qadın 40 ildir adada tək yaşayır!
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
Kremli qurabiyə (foto-resept)
Gicitkən şorbası (foto resept)
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Kosmosda peçenye bişirdilər - VİDEO
15 ay işlədi – 58 milyon qazandı
Günün ulduz falı
Bir il sonra dünya ilə toqquşacaq
"Mourinyo futbol üçün böyük təhlükədir"
- ŞƏRHLƏR