Siz yəqin bilirsiniz ki, artıq çəki - piylənmə bir çox orqan və sistemlərə, hər şeydən əvvəl insanın ürək-damar sisteminə neqativ təsir göstərir. Halbuki, çəkinin normallaşması və ya hətta aşağı enməsi əhval-ruhiyyəni nəinki yaxşılaşdırır, həmçinin bir cox ciddi xəstəlklərin inkişaf riskini azaldır. Çəkini aşağı salmağın bəzi müddüalarını nəzərdən keçirək. Yadda saxlayın: hər bir artıq kiloqram arterial təzyiqi (AT) 1-2 mm. c. s. artırır.
Artiq çəkini aşağı salmaq üçün həkim sizə birinci növbədə xəmir, şirin, yağlı qidaların məhdudlaşdırıldığı dieta təyin edəcəkdir. Minimal kulinar emaldan keçmiş balıq və dəniz məhsullarına, tərəvəz və meyvələrə,üstünlük vermək lazımdır. Çox vaxt çəki aşağı endikdə AT normallaşır. Beləki, piylənmə ürək xəstəlikləri inkişafının müstəqil risk faktorudur, çəkinin aşağı düşməsi nəinki sizin təzyiqinizi aşağı salacaqdir, həm də digər xəstəliklərin inkişaf riskinin qarşısını alacaqdır.
Daha bir vacib məsələ: bir çox insanlar qidada duzdan lazım olduğundan çox istifadə edirlər. Duzdan istifadənin azaldılması da AT-in enməsinə kömək edə bilər. Bunun üçün az duzlu dieta təyin olunur ki, buraya da duzlu qidadan imtina etmək, qida hazirlamaq üçün istifadə olunan duzun sutkalıq miqdarını 5 qrama qədər (təpəciksiz 1 çay qaşığı duz) azaltmaq məsləhət görülür. Öz yeməyinizin dadını yaxşılaşdırmaq üçün müxtəlif ədviyyatlardan, otlardan istifadə edə bilərsiniz.
Sizə məsləhət görülən dietaya ciddi əməl edin və həkiminiz və ya dietoloqunuzla məsləhətləşməmiş kəskin dəyişikliklər etməyiniz. Çoxlu təqdiqatlar nəticəsində təyin olunmuşdur ki, 5 kq artıq çəkinin itirilməsi sistolik AT-in 5,4 mm. c. s., diostalik təzyiqin isə 2,4 mm. c. s. düşməsinə səbəb olur.
İstənilən arıqlama proqramında birinci növbədə qidanın ən yüksək kalorili komponentinin - yağların azaldılması nəzərdə tutulur. Yağların məhdudlaşdırılmasının hal-hazırda hansı adi qaydalarına əməl etmək olar? Onlar bunlardır :
- Çalışmaq lazımdır ki, tərkibində yağ az olan ərzaqlar, yağsız ət alasan. Tərkibində yüksək miqdarda yağ olan ərzaq məhsullarından - mayonez, marqarin, ət və balıqların yağlı növləri, yağlılığı 40%-dan yuxarı olan pendirlər, kərə yağı, konservlərdən istifadə olunmamalıdır;
-Qidanı minimal miqdarda bitki yağında qizardın və ya tamamilə yağsız hazırlayın, imkan olarsa tefal və ya hörmə qablarda hazırlayın;
- Ümumiyyətlə qızardılmış qidadan az istifadə edin, pörtlədilmiş və suda bişmiş qidaya üstünlük verin;
-Quş ətindən dərini və görünən yağı təmizləyin;
-İstədiyiniz qədər təzə meyvə və tərəvəz yeyin;
- Salatlara yağ, mayonez, salat sousları əlavə etməyin; yadda saxlayın ki, bitki yağları daha faydalı olmasına baxmayaraq, heyvani yağla kaloriliyi eynidir;
-Kərə yağı və şəkər əlavə olunmuş qənnadı məhsulları olan kremləri, biskivitləri, şokoladları, xəmir məhsullarını məhdudlaşdırmaq lazımdır;
-Ərzaq alarkən onun tərkibindəki yağlara və kaloriliyinə fikir vermək lazımdlr; mütləq etiketdəki müvafiq rəqəmləri yoxlamaq lazımdır;
-Yadda saxlayın ki, bir çox ərzaqların tərkibində sizin görmədiyiniz və gizli yağlar adlanan yağlar vardır (məsələn, pendirlər, kolbasalar və kolbasa məhsulları, qənnadı məmulatları, dondurmalar); hətta yağsız hesab olunan pörtlədilmiş kolbasa və sosiskalarda belə çoxlu yağ vardır.
Beləliklə, çoxlu kalorisi və yağı olan ərzaqlar zərərli sayılır. Çalışın onları öz rasionunuzdan çıxarasınız və bacardıqca az yeyəsiniz.
Çəkini aşağı salmaq üçün 3 qızıl qaydaya əməl edin:
Birinci qayda (əsas) : tərkibində çoxlu yağ və asan həzm olunan karbohidrarlar olan yüksək kalorili (zərərli) ərzaqlardan imtina etməli.
İkinci qayda: çəkini artırmayan aşağı kalorili ( faydalı) ərzaqların istifadəsini artırmaq lazımdır. Bura birinci növbədə bütün göyərtilər və tərəvəzlər aiddir(kartof və paxlalardan başqa).
Üçüncü qayda - yararlı - orta kalorili ərzaqların istifadəsini yarıbayarı azaltmaq. Bunlar yağı az, zülalı çox olan ərzaqlar, o cümlədən yağsız ət, balıq, süd məhsulları; nişasta ilə zəngin ərzaqlar (tədricən həzm olunan karbohidratlar) kartof, paxlalar, çörək-bulka məmulatları (ən yaxşısı kəpəkli undan hazırlanmış), sıyıqlardır; bura həmçinin yağsız ətdən, balıqdan, toyuqdan bişmiş şorbalar, vegeterian şorbaları aiddir.
Tərəvəz və meyvələrin, yağsız quşların və ətlərin,yarmaların, süd məhsullarının üstünlük təşkil etdiyi qidalar bütün dünyada ən sağlam hesab olunur.
Faydalı məsləhətlər
Bitki və heyvani yağların kaloriliyi eynidir və çəki üçün hər ikisi eyni qaydada zərərlidir, birincinin isə damarlara ziyanı azdır. Siz az miqdarda yağ yeyirsiniz, yaxşı olar ki, bitki yağından istifadə edəsiniz.
Həzm olunmayan və tədricən həzm olunan karbohidratlar tez həzm olunanlardan daha üstündür. Hər qida qəbulunu yağ əlavə olunmamış tərəvəz salatından başlayın.
Heyvani zülal olan qida məhsulunun müəyyən hissəsini bitki mənşəli zülallarla əvəz edin (onların tərkibində həm də sellüloza vardır).
Qoy sizin deviziniz belə olsun: meyvə və tərəvəz əsas yemək, ət isə qarnir olsun.
Yeməyə 30 dəqiqə qalmış bir stəkan su və ya şəkərsiz çay qəbul etdikdə iştaha azalır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR