Bir sıra kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda yanlış olaraq, Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı bildirilir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC bildirir ki, yayılmış məlumat həqiqəti əks etdirmir və Səhmdar Cəmiyyətin sədr müavini Hidayət Məmmədov heç bir kütləvi informasiya vasitəsinə bununla bağlı açıqlama verməyib, eyni zamanda, məsələ ilə bağlı müəssisənin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət olunmayıb:
"Qeyd olunmalıdır ki, bu günlərdə QSC sədrinin müavini televiziya proqramlarından birinin efir qonağı kimi hidrogeoloji təsirlərin qarşısının alınması məqsədilə "Həzi Aslanov" metrostansiyasında qabaqlayıcı tədbirlərin görülməsi üçün əsaslı təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu və bu məqsədlə dövlətin müvafiq səlahiyyətli orqanına müraciət olunduğunu qeyd edib. Lakin onun çıxışında stansiyanın bağlanması ilə bağlı ifadə yer almayıb. Buna rəğmən məlumat dərc edən kütləvi informasiya vasitələri heç bir əsas olmadan və naməlum səbəblərdən təmir işləri ilə stansiyanın bağlanması arasında qəribə məntiqi bağlılıq quraraq və dəqiqləşdirmə aparmadan tamamilə yanlış məlumat yayıblar. Bununla da ictimaiyyət arasında çaşqınlığın yaranmasına səbəb olublar".
"Bakı Metropoliteni" QSC bildirir ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub: "Stansiya infrastrukturunu və onun konstruksiyasını hazırda hər hansısa təhlükə gözləmir. Əsaslı təmir məhz gələcəkdə yarana biləcək təhlükənin qarşısını əvvəlcədən almağa hesablanıb. Ən əsası, təmir dövründə stansiyanın sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb.
Ümumiyyətlə, "əsaslı təmir" anlayışı stansiyanın mütləq şəkildə bağlanması zərurətini yaratmır və bunu nəzərdə tutmur. Təmirlə əlaqədar sərnişinlərə hər hansısa təhlükənin yaranması ehtimalı olduqda, habelə təmirlə əlaqədar onların hərəkətinin tam məhdudlaşdırılmasına zərurət yarandığı hallarda stansiyanın bağlanması qaçılmaz olur. Əsaslı təmir və yenidənqurma zamanı stansiyanın bağlanmadan aparılmasına "Nizami" stansiyasında görülmüş işlər əyani nümunədir. Həmçinin "Xətai" stansiyasında da platforma və yolların təmiri stansiya bağlanmadan həyata keçirilmişdi. Bu stansiyanın bağlanması zərurətini istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsi zamanı onun bir giriş-çıxışlı olması yaratmışdı. Məlumdur ki, son illərdə "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" stansiyalarında eskalatorlar yenisi ilə əvəz edilərkən, sərnişinlər digər giriş-çıxışlardan, "28 May" stansiyasında isə "Cəfər Cabbarlı" stansiyasının keçidlərindən istifadə edirdilər.
Onu da xüsusi qeyd edək ki, Bakı metropoliteninin bütün infrastrukturu, o cümlədən mövcud stansiya və tunellərinin vəziyyəti, dayanıqlığı, etibarlığı daimi nəzarət altındadır. Metropolitendə bununla bağlı gündəlik təftiş və yoxlamalar aparılır. Tunel geyiminin və onun arxa hissəsinin müayinələri və monitorinqləri də bu prosesin tərkib hissəsidir. Bunun üçün müxtəlif müasir avadanlıqlardan, 2015-ci ildən isə həm də dünyada nadir diaqnostika qurğularından biri hesab olunan metropoliten infrastrukturunu çoxfunksiyalı diaqnostik yoxlama kompleksindən istifadə olunur.
Bir daha xatırladırıq ki, "Bakı Metropoliteni" QSC fəaliyyətində sərnişinlərin maraqlarını daim əsas götürür və təmir-bərpa, yenidənqurma işlərinə başlanmazdan əvvəl bütün məlumatları tam təfsilatı ilə ictimailəşdirir, yaranan hər bir sualı cavablandırır. Bundan savayı, təmir işlərinin gedişi ilə bağlı ictimaiyyətə müntəzəm məlumatlar yayır.
Qeyd edilənləri nəzərə alaraq, "Bakı Metropoliteni" QSC bir daha kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, Bakı metropoliteni şəhərin əsas ictimai nəqliyyat vasitələrindən biridir, şəffaflıq və obyektivlik, ictimaiyyətə maksimum açıqlıq müəssisənin fəaliyyətinin prioritet istiqamətlərindədir. Dəqiqləşdirilməmiş məlumatlar ictimaiyyətdə, ələlxüsus metro sərnişinləri arasında yanlış təsəvvürlər, çaşqınlıq və təşviş yaradır, birmənalı qarşılanmır, müəssisənin nüfuzuna və onun kollektivinin əməyinə xələl gətirir"
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Gecə geyimləri-2
Monika Belluçi karantin günlərindən danışdı-FOTO
Şimali Koreyanın keçirdiyi ballistik raket sınağı uğursuz olub
"РњРёСЃСЃ Р РѕСЃСЃРёСЏ-2015" modelliklə vidalaşdı
"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı
Qan analizinin daha bir sirri
Ərikli tart (foto resept)
Hər kəs əxlaqını saflaşdıra bilmirsə...
Serenay “Yasak elma”da rol alacaq?
Böcəklərdən necə qurtulaq?
Körpə bezlərinə sensor gəlir
Yeniyetmələri bu təhlükədən qoruyun
Məşhur aktrisa gözlənilmədən öldü-FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-82
Koronavirusdan ölüm riskini 40 faiz artıran SƏBƏB
Paşinyan xarici işlər nazirini istefaya göndərdi
Bu əslində mebeldir?
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycanda məktəb direktorları üçün təlimlərə başlanılır
2015 yaz-yay dəbi çantalar
Tovuz döyüşlərində Ermənistana silah satılıb? - RƏSMİ AÇIQLAMA
Valideynsiniz? Övladınız üçün oxuyun
Dünya Rəssamlıq Akademiyasının Bakı ofisi Beynəlxalq sərgiyə hazırlaşır
Selfi həvəskarlarına Göygöldən şad xəbər
Bakının tramvay keçəcək ünvanları məlum oldu - SİYAHI + RƏSMİ
Məşhur küçəyə logerlər buraxılmayacaq-SƏBƏB
Qəbul imtahanının VAXTI açıqlandı
Məhəbbət alverə çevriləndə
Qadın şəkilli dollar...
Yaralı dostunu xilas edərkən şəhid olan 20 yaşlı Səxavət - VİDEO
Mənim nənəm
Qazlı təhlükə...
Şahzadə Harri mahnı yazdı-FOTO
Dünyanı yeni xəstəlik bürüyür: "WhatsAppitis"
Şokoladlı yeni il keksləri (foto-resept)
Qolları, ayaqları yoxdur, amma
Məşhur aktrisadan gözlənilməz Açıqlama
Çörək iki dəfə bahalaşdı?
Məşhur model 1,4 milyon dollar ödəyəcək
Məkkə tarixində İLK - Ərəfat dağında uşaq doğdu - FOTO
“Facebook” like tələb edən səhifələri az göstərəcək
Hava haqqında - 09.02.2014
"Zərrabla bağlı etdiyimiz heç bir işdə qanunsuzluq yoxdur"
Ata həsrəti
Gəlinin ətəyini 250 uşaq daşıdı - FOTO
Can Yamanı onlar da müdafiə etdilər
Riqada Serjə niyə zurna verdilər?
Dırnaq boyası çəkən məşhur kişilər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]