Kreml xəstəxanasının eks-baş həkimi, Rusiyanın tanınmış iş adamlarının və siyasi elitasının müalicə aldığı M. E. Jadkeviça adına şəhər klinikasının rəhbəri - Aleksandr Myasnikov hesab edir ki, istehsal edilən dərmanların immunitetə heç bir təsiri yoxdur. Rusiyanın məşhur alimi "50 yaşdan çox necə yaşamaq olar?" kitabında həkimlərin xəstələrə yazdığı həblər və son illərdə geniş şəkildə reklam olunan dərman şirkətlərini ifşa edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, kardioloqun müzakirələrə səbəb olan fikirlərini təqdim edir.
Myasnikov iddia edir ki, reklam edilən tibbi preparatların demək olar ki, hamısı faydasızdır, xüsusilə də yalnız preparatların hesabına sağlam olmaq istəyən insanlar üçün. Həkimin sözlərinə görə, geniş reklam kampaniyası preparatların şəfaverici xassələrini əsla təsdiq etmir.
Myasnikovun şok edici araşdırmalarından biri də odur ki, immuniteti qaldırmaq olmaz. İnsan immuniteti ya var, ya da yox. İmmun çatışmazlığı anadangəlmədirsə, onda bu uşaqlar çox vaxt yetkinlik yaşına qədər sağ qalmır və infeksion xəstəliklərdən ölürlər. Əgər immun çatışmazlığı sonradan baş veribsə, bu, QİÇS-dir. Çünki immunitet sisteminə təsir edən başqa heç bir xəstəlik praktiki olaraq mövcud deyil. Nəticə etibarı ilə immuniteti qaldırmağa gərək yoxdur. Və geniş reklamlı immunomodulyatorlar sadəcə pul itkisidir. Hətta QİÇS xəstələrinə bu dərmanlar verilmir. Avropa və Amerika standartlarında QİÇS müalicəsi virusla (ya da digər patojenin) mübarizəyə yönəlib.
Rusiyada indi immuniteti testdən keçirmək dəbdədir. Və demək olar ki, əhalinin çoxunda immun sistemi sıfıra yaxınlaşır. Ancaq həkimlər dərhal sakitləşdirir ki, bir neçə həftə immunomodulyator vurdurmaqla immun sistemini xilas etmək olar. Onların qiyməti 10-120 dollardan 1000 dollara qədər dəyişir. Myasnikovun fikrincə, Qərbi Avropada və ABŞ-da bu preparatların birmənalı şəkildə səmərəsiz olduğu sübut və qəbul edilib. Bir çox rus həkimləri isə immunomodulyatorların gücünə hələ də inanmağa davam edir.
Əgər kimsə epidemiya nəticəsində xəstələnirsə, bunu dərhal immun sisteminin aşağı düşməsi ilə izah edirlər. Lakin alim bu yanaşmanı rədd edərək izah edir ki, bu, immun sisteminin zəifləməsi yox, bədənin qoruyucu reaksiyaların təsirinin azalmasıdır. Myasnikovun fikirlərini Amerika xəstəxanasında çalışan gürcü həkim İrakli Buziaşvili də təsdiq edir.
A.Myasnikov hesab edir ki, vegetativ damar distoniya xəstəliyi yoxdur. Onun əlamətləri müxtəlif nasazlıqların səbəbi ola bilər, odur ki, yanaşma müxtəlif olmalıdır. Antidepressantlar haqqında danışan həkim onu da əlavə edib ki, bu, ticarət cəllaları gündən-günə çoxalır. Həkimlərin bir qismi açıq-aşkar bu ticarətə qoşularaq böyük pullar qazanır.
XƏBƏR LENTİ
Rusiya Ermənistana vəd etdiyi $200 milyonluq silahı göndərməyə başlayıb
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Sürücülərə şad xəbər
Dünyanın möhtəşəm mənzərəli yolları
Geyim kombinasiyaları
Kaya Çilingiroğlu Hülya Avşardan danışdı
İlin ilk günəş tutulması belə olacaq
"Həbsdən qaçış" 3 il sonra yenidən başlayacaq
Cennifer Lopezin 10 illik sevgilisi öldü-FOTO
Kələmli toyuq kotleti (foto resept)
İdmançımız erməni rəqibini “sürüdü”
Sinan Akçıldan qəribə açıqlama
Prezident seçkiləri günü Azərbaycanda hava necə olacaq?
Avro da qalxdı
Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı
Əfqanıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı
Bu il 47 mindən çox nəfər evləndi, boşananlar da oldu - 10 mindən çox
Məktəbə erkən gedən uşaqlarda psixoloji problemlər yaranır
Soğan suyu ilə saç uzatma
Ən gözəl körpülər
Erməni soyadlı idmançı Bakıdan qovuldu
Samsung iPad üçün...
Dodaq ətrafı qırışları necə yox etməli?
Cəlilabadda 11 yaşlı operator var
Uşaqlarla bağlı YENİ QANUN qəbul edildi
Yaddaşını itirən xanımını yenidən özünə aşiq etdi-FOTO
Dünyanı bu bəladan Rusiya xilas edəcək?
Həkimlər koronavirus xəstələrinə yardım göstərməkdən imtina edir
Dırnaq boyasının insan bədəninə təsiri
"No Makeup" trendinə qoşulan məşhurlar
İlahiyyatçı yazar İlqar Kamilin növbəti kitabı işıq üzü görüb
Havada, suda və quruda çəkilən klip
Yeni il üçün qreypfrutlu ördək (foto resept)
Dünyanın ən balacaboy aktyoru dünyasını dəyişdi
Qadin.Netlilərlə səyahət(Son)
2012-nin ən dəbli gəlinlik kolleksiyası
Cift qanının dondurulması və əhəmiyyəti
Dəridəki məsamələri sıxlaşdıran çiyələk maskası
Günəş ləkələrinin lazerlə müalicəsi
Uşaqlarımıza qayğı göstərək
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Keti Perri nişan FOTOlarını paylaşdı
Rihannaya bənzəyən uşaq hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Alişan əməliyyat olundu-FOTO
"Aşk-ı Memnu"nun aktyoru öldü
Həqiqəti yıxa bilməyən erməni güləşçinin yalanı - VİDEO
Məşhur müğənni həbs olundu - Bu gün məhkəməsi olacaq
Bu gün Azərbaycanda 196 nəfər koronavirusdan sağalıb
Halitlə Bergüzar dostlarına hədiyyə almağı qadağan etdi-SƏBƏB
İstilər qayıdır














