Qoç - Mühüm saydığınız işdə aktiv olun. Maraqlı və sərfəli imkanları əldən verməyin. Yaşananlara operativ reaksiya verin. Yaxşı ideyalar var, amma əlverişsiz şərait onları gerçəkləşdirməyə imkan vermir. Səbrli olun.
Günün ikinci yarısında yeni tanışlıq ciddi münasibətlərə çevrilməyəcək.
Uzaq səfərə çıxmayın. Yorulacaqsınız, nəticə də sizi razı salmayacaq. Bədxahların yaydıqları şayiələr və dedi-qodular sizə zərbə vura bilər.
Buğa - Ehtiyatlı olun. Düşünülməmiş addımlar atmayın. Ciddi fəsadlar yarada biləcək səhvlərə yol verməyin. Anlaşılmazlıq, xırda məsələyə görə münaqişə riski var. Vədlər verməyin. Vəd səsləndisə, onu mütləq yerinə yetirin.
Günün ikinci yarısında israfçılığa, uğursuz sərmayə yatırımına yol verməyin. Dövlət qurumlarının mənsubları ilə sıx təmaslar məsləhət deyil. Zəhərlənmə riski var. Bu səbəbdən də kulinar ekspertimentlər etməyin.
Səhhətinizə fikir verin.
Əkizlər - İstənilən mühüm məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Mövqe, baxış və fikirləri sizdən fərqli insanlarla da dil tapa bilərsiniz. Prinsipial fərqlərlə bağlı məqamları nəzərdən keçirin. Təhsildə və fəaliyyət sahəsində irəliləyişə nail olmaq üçün əzmlə çalışın.
Günün ikinci yarısında intellektual potensialınız yüksək olacaq. Problemlər ciddi deyil. Tamamilə yeni işə başlamaq olar.
Şəxsi həyatda ciddi dəyişikliklər ehtimalı azdır. Alış-veriş üçün münasib zamandır.
Xərçəng - Son vaxtlar sizi ciddi şəkildə narahat edən problemlərdən birini həll edə bilərsiniz. Baş verən hadisələri fərqli səpkidə görməyi bacarın. Prioritetlər dəyişir. Yaxın ətrafınızdakı insanla münasibətlərdə müəyyən korrektələrə və düzəlişlərə ehtiyac var.
Pozitiv olsanız, yaşam asanlaşar.
Günün ikinci yarısında yeni maraqlar yaranır. Radikallıq etməyin, ekstremal davranışı seçin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Vaxtınız və qüvvənizdən qənaətlə istifadə edin.
Axşam saatlarını ailə üzvlərinə ayırın.
Şir - Xırda və kiçik məsələlərə görə əhvalınızı korlamayın. Soyuqqanlı olun. İstənilən çətinliyin, problemin öhdəsindən tez gələ bilərsiniz. Çətinliklər ağır deyil.
Nəzərdə tutduğunuzdan artıq iş görə bilərsiniz. Amma ifrat dərəcədə çalışaraq ifrat yorğunluğa düçar olmayın.
Günün ikinci yarısında ünsiyyətdə sərvaxt olun. Maraqlı tanışlıq istisna deyil. Münasibətlərə süni təkan verməyin. Hadisələr öz axarında cərəyan edərsə, sizin üçün daha yaxşı olar.
Qız - Şəxsi münasibətlərdəki problemi həll edə biləcəksiniz. Hissləriniz və istəklərinizdə konkretliyə nail olun. Tərəfdaş və müttəfiqlərin sizdən nə gözlədiyindən hali olun. Yaxın perspektivlə bağlı planlarınızı ailə üzvləri ilə müzakirə edin.
Fikir ayrılıqları yaranmayacaq.
Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Alış-veriş etmək olar. Yaxınlarınızdan birinə hədiyyə alın.
Yeni işlər üçün münasib zaman deyil. Cari və rutin işləri başa vurun. Axşam saatlarında ehtiyatlı davranın. Yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Travma riski artıb.
Tərəzi - Yaşananlar sizi narahat edir. Qıcıq bu günün ən güclü emosiyasına çevrilməsin. Mənfi hisslərin öhdəsindən gəlməyi bacarın. Situasiyada müsbət dəyişikliklər etmək olar. Etibar etdiyiniz şərik və ya tərəfdaş sizə yardım edəcək.
Günün ikinci yarısında spontan etiraf istisna deyil. Yaxınlarınızla müzakirə olunası məsələlər var. Lakin mürəkkəb, ağır söhbət üçün əlverişli zaman deyil. Yalnız təxirəsalınmaz, aktual nüanslar barədə danışın.
Əqrəb - Yeni kəşflər zamanıdır. Darıxdığınız, görmək istədiyiniz insanlardan xoş xəbər alacaqsınız. İndiyədək tətbiq etmədiyiniz bacarıqlarınızı reallaşdırın.
Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Yeni müttəfiqlər sizə yardım etməyə hazırdırlar.
Günün ikinci yarısında yaşlı qohumlarla təmaslarda diqqətli olun. Bu gün münasibətlər korlanarsa, inciklik uzun çəkə bilər. Axşam saatlarında əhvalınızda problemlərin yaranması istisna deyil. Zökəm və soyuqdəymə riski var.
Oxatan - İşgüzar məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. Kommersiya baxımından perspektiv məsələlərdə aktiv olun. İdeyaları dərhal həyata keçirmək mümkün deyil. Buna rəğmən yeni variantları diqqətlə dəyərləndirin.
Bir qədər sonra fərqli layihənin icrasına başlamaq və yeni biznesə start vermək olar.
Günün ikinci yarısında potensial müttəfiqlərin imkanlarını dəyərləndirin. Şirin vədlər verərək sizi tələyə salmağa can atan insana inanmayın.
Yaxınlarınızla fikir ayrılıqları ola bilər. Mövqelərinizi həddən artıq sərt müdafiə etməyin. Düşünülməmiş sözlər söyləməyin. Sonradan peşman ola bilərsiniz. Qohumlardan birinin xətrinə dəyməyin.
Oğlaq - Pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Xoş sürpriz, qəfil uğur istisna deyil. Son vaxtlar sizi narahat edən problemin həlli asanlıqla tapılacaq. Yeni planlar formalaşır. Onların sayəsində gələcəyə nikbin baxacaqsınız.
Günün ikinci yarısında ev işləri və ailə qayğılarını qulaqardına vurmayın. Şəraitdə dəyişikliklər edin. Nüanslara fikir verin. Yeni tanışlıqlara nail olmaq istəyirsinizsə, axşam saatlarını evdə keçirməyin.
Dolça - Tələskənliyə yol verməyin. Qərarlarınız və həyata keçirdiyiniz layihə yaxşı düşünülmüş olmalıdır. Yaşlı qohumlar və köhnə dostlar yaxşı məsləhətlər verəcəklər.
Şəxsi münasibətlərdəki problemi həll etməyə çalışanda köhnə tanışlardan birinə müraciət etməkdən çəkinməyin. Onlar sözünüzü qəribliyə salmayacaqlar.
Günün ikinci yarısında xoş təəssürat oyatmağa can atdığınız insanla görüşün. Təbii davranın, olduğunuzdan yaxşı görünməyə çalışmayın. Unutmayın ki, səmimiyyət qəlbləri fəth edir.
Axşam saatlarında gəzintiyə yollanın.
Balıqlar - Mühüm görüş olacaq. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bunun üçün xüsusi səy göstərməyə lüzum yoxdur. Rəsmi tədbirə, dəvət aldığınız məkana qayıtmaq üçün pis gün deiyl.
Düşünülməmiş sözlər deməyin. Əməlləriniz anlaşılmazlıq yaratmasın.
Günün ikinci yarısında yeni maraqlar və ideyalar formalaşacaq. Məlumatlarınızı artırın. Axşam saatları romantik görüş üçün əlverişlidir.
XƏBƏR LENTİ
Günün ulduz falı
Şagirdləri izləyən “ağıllı” geyim təqdim edildi
Sevin, sevilin, kəşf edin...
İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxaraq qalib gəldi
20 yaşlı qız hamilə olduğunu doğuş zamanı öyrəndi
Toylarda bizə niyə toy tuturlar?
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Nədir sevgi?
Qara nöqtələr üçün 3 təbii maska
Ağıllı və müdrik qadın arasındakı fərqlər
Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi
Anaya və ataya hörmət
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Bu şəxslər də güzəştli ipoteka krediti ALA BİLƏCƏK
Qeyri-adi toy karvanı hər kəsi təəccübləndirdi-FOTO
Azərbaycan Rusiyadan qaz alacaq
Sibel Can Bakıya gəldi
Qadın DYP avtomobilində uşaq dünyaya gətirdi
İnternetdə mühafizə problemləri artır
Dünyanın ən bahalı retro maşınları Bakıda
"Çinar" şokoladı (foto resept)
2019 toy trendləri
Neft ucuzlaşdı
Hədiyyə ilə bağlı etiket qaydaları-3 (son)
Saçlar sağlamlığınız haqqında nə deyir?
Azərbaycanda dövlət saytlarında niyə problem yaranıb?
Göz sağlamlığınız üçün incə məqamlar
Onlar qardaş imiş - FOTO
Mübariz İbrahimovun şəhadətindən 7 il ötür
Listdə pendirli rulo boxça (foto resept)
Süfrəmizdə iştahla yediyimiz insan saçı
Əhaliyə xəbərdarlıq
Bananlı kokteyl (foto resept)
Həsən Məmmədovun bu gün doğum günüdür
HAVA necə olacaq? 18 Mart
Kəlbəcərdə 380-dən çox tikilinin mühəndisi olmuş şəxs barədə: “Atamın həsrətdən gözləri tutuldu” - VİDEO
Depressiyadan xilas olmaq üçün nə etməlisiniz?
Namaz: Allaha ibadət, yoxsa...?
Dövlət qulluqçuları hər ay testdən keçəcəklər
23 gün Şaxtada yaşayan şəxs xilas edildi-VİDEO
Onu kim unudar?! "Məhəmməd, ay Məhəmməd..."
Yağları əridən çay
Bu gün Olimpiya çempionumuzun ad günüdür
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
Kartof Kroket (foto-resept)
At şampununun saçlarımıza təsiri
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Şvartsenegger əməliyyat olundu
Bu günün hava proqnozu
Cəfəri ye,sağlam ol!