Qoç - Cari işlərlə məşğul olun, rutin məsələləri çözün. Faydalı biliklər və bacarıqlar əldə edin. Çətinlikləri kimsədən yardım gözləmədən özünüz aradan qaldırın. Hadisələrin standart axarından kənara çıxan məqamlarda səbrli olun.
Günün ikinci yarısında fəaliyyətiniz üçün real stimul olacaq. İşlər uğurlu olacaq. Sizi tələsdirsələr də, tələyə düşməyin. İşlədiyiniz kollektivdəki yeni intriqa və şayiələrin ömrü uzun olmayacaq. Aktivlərinizə fikir verin. Etibarlı gəlir mənbəyi əldə edin.
Buğa - Maraqlandığınız işləri yarımçıq qoymayın. Qətiyyətli olun, ən cüzi səhvdən və kiçik problemdən sonra geri çəkilməyin. Gərəkli proseslərə təkan verə bilərsiniz. Tələsmədən, ahəstə şəkildə çalışın. Şanslarınızdan yararlanın.
Günün ikinci yarısında işdə rəhbərliklə müzakirələrdə irəliləyişə nail olun. Ağır fiziki işdən qaçmayın. Bilik və bacarıqlarınızı real qiymətləndirin. Qarşı tərəfin imkanlarını heç bir halda aşağılamayın.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - Yaşam arealını qaydaya salın. Fəaliyyət müstəvisindəki problemləri tədricən həll etməyə aludə olmayın. Çətinlikləri ən qısa zamanda aradan qaldırmağa can atın. Maliyyə vəsaitlərinin uzunmüddətli saxlanması və ya qorunması ilə bağlı məsələlər aktuallaşır.
Günün ikinci yarısında hədəflərlə məqsədlərdən asılı olmayaraq mövqelərinizi səbatlı edin. Maliyyə və daşınmaz əmlakla bağlı məsələlərin çözülməsi üçün əlverişli zamandır. Ailə üzvləri ilə münasibətləri gərməyin.
İşgüzar tərəfdaşlıqda qarşılıqlı anlaşma xüsusi əhəmiyyət kəsb edəcək.
Birgə səylərin əhəmiyyəti artır. Nəticələr pis olmayacaq.
Xərçəng - Valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümkündür.
Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar.
Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür.
Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil.
Ehtiyatlı olun, tanış olduğunuz insan sizinlə səmimi olmaya bilər.
Şir - Təsərrüfat işləri ilə məşğul olmaq mümkündür. Pullarınızın qədrini bilin. Maliyyə vəsaitinizi yalnız real zərurətlərə, praqmat ehtiyaclara ödəyin.
Önəmli saydığınız məsələ ilə bağlı qərar verməzdən əvvəl vəziyyəti araşdırın, imkanları götür-qoy edin. Borclarınızı qaytarmağa başlayın. Kredit götürməyə tələsməyin.
Günün ikinci yarısında yeni layihəyə başlamaq olar. Tərəfdaşları aldatmayın. Etimadı doğruldun. Sizdən sui-istifadə etmək istəyənlərə aldanmayın.
Qız - Günün ilk yarısı xoş, münasib zamandır. Səhvlər etsəniz də, onların fəsadları ağır olmayacaq. Yanlışlıqları müstəqil şəkildə aradan qaldırın. Kimsədən yardım gözləməyin. Seçimdə başqalarının məsləhətlərini aprior həqiqət saymayın.
Günün ikinci yarısında gəlirin artması və ya maliyyə yardımı istisna deyil. Əks cinsin mənsubu ilə mükalimələrdə diqqətli olun. Ünsiyyət zamanı sərt və qaba davranmayın.
Ziddiyyətləri danışıqlar, müzakirələr vasitəsilə həll etmək olar.
Tərəzi - Gün ciddi problemlərin təhlili, mürəkkəb məsələlərin həlli ilə bağlıdır.
Sadə olmayan analitik işlə məşğul olaraq mürəkkəb durumu çözə bilərsiniz.
Yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın.
Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər.
İnadkar olmayın, gərəksiz mübahisələr etməyin.
Əqrəb - Məqsədə doğru aramla, amma yolunuzdan əsla sapmadan hərəkət edin. Situasiya sizdən bəzi xam xəyallardan və illüziyalardan qurtulmağı tələb edir. Ayıq olun. Nə qədər çevik davransanız, bir o qədər yaxşıdır.
Maliyyə imkanlarınızı realist qiymətiləndirin. Ani hisslərə qapılmayın.
Günün ikinci yarısında birgə fəaliyyətinizdə tərəfdaşların və şəriklərin rolları ilə yerlərini dəqiqləşdirin. Konkretlik vəziyyətin tələbidir.
Axşam saatlarına yaxın şəxsi problemlərinizin həllini başa vurun.
Sevdiyiniz insanlarla münasibətləri qorumaq istəyirsinizsə, güzəştə getməyi bacarmalısınız.
Oxatan - Peşəkar bacarıqlarınızı artırın, tutduğunuz mövqeləri möhkəmləndirməyə çalışın. İş yerində rəhbərlik və həmkarlarla münasibətləri kəskinləşdirməyin. Gərgin, əsəblərin tarıma çəkiləcəyi situasiyalarda səbrli davranın.
Məqsədə çatmaq üçün ilk baxışdan kiçik, önəmsiz təsir bağışlayan problemləri sürətlə həll etməkdən çəkinməyin.
Günün ikinci yarısında aldığınız sifarişlər və ya tapşırıqları vaxtında yerinə yetirin. Tərəfdaşın fərdi yox, işgüzar məziyyətlərini önə çəkin. İşlərinizdə inadkar, qətiyyətli olun.
Oğlaq - Az danışın, çox iş görün. Bəzi hallarda ifrata vararaq tələskənlik etməyin. Müvəqqəti passiv gözləntidə fayda var. Vaxtınızdan səmərəli istifadə edin. Alış-verişdə bədxərclik etməyin. Atacağınız addımları əvvəlcədən təhlil edərək hazırlayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Maraqlandığınız nəsnə ilə bağlı mümkün qədər çox informasiya əldə etməyə çalışın.
Hadisələrə təsir imkanlarına malik insanlarla təmasları fəallaşdırın. Yaşananlara ayıq münasibət bəsləyin. İllüziyalara qapılmasanız, uzunmüddətli, möhkəm, qarşılıqlı faydalı əməkdaşlıq mümkündür.
Dolça - Xırdalıqlara və mənasız olaylara həddən artıq diqqət yetirməyin. Sizi sinirləndirəcək, qıcıqlandıracaq məqamlar olacaq. Gördüyünüz işə verilən qiymətdən, habelə yeni tapşırıqdan narazı qala bilərsiniz.
Konkret işə köklənin. Çətinliklərdən qorxmayın, problemlərdən yan keçməyin.
Günün ikinci yarısında fəaliyyət və yaşam arealındakı maneələri aşkarlayın. Daşınmaz əmlak, torpaq, mənzil və ya istehsalat məkanları ilə bağlı məsələlərlə məşğul olmaq üçün əlverişli zamandır.
Axşam saatlarını qiymətli saydığınız insanlarla keçirin.
Balıqlar - Günün ilk yarısında kollektiv fəaliyyət üçün tərəfdaşı diqqətlə seçin. İşgüzar münasibətlərə fərdi əlaqələr və emosiyalar müdaxilə etməməlidir. Qarşı tərəfi tam anlamaq üçün sayıq olun, sərvaxt davranın. Dəyər verdiyiniz insanın kiçik nöqsanlarına, cüzi səhvlərinə göz yummaq da olar.
Günün ikinci yarısında rəqibləri üstələməyə çalışın. Ciddi rəqabət olacaq. Barrikadaların müxtəlif tərəflərindəki insanların asanlıqla dil tapa biləcəyini düşünməyin. Səbrli, təmkinli olun.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
"WhatsApp"a bu yeniliklər gələcək - FOTOLAR
Çağatay Ulusoy rejissorluğa başladı
Hava haqqında
Ukrayna müxalifəti Moskva razılaşmalarını satqınlıq saydı
Bakı buxtasının ən böyük Gülü sökülür?
UEFA-dan yeni format
Dünya bu görüntülərdən danışır
Ən varlı idmançıların adları açıqlandı
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
"QazEL"lər xəttdən çıxarılır
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
Daxilimizdəki uşaqlıq
"Benim tatlı yalanım" serialı FİNAL edir-SƏBƏB
Bakıda Azarkeşlər Evi açıldı
AQTA-dan çörək AÇIQLAMASI
Karbondan Bugatti velosipedi
Kişilər əsəbləşəndə kimə çevrilir?
Evdə yaradıcı iş otaqları
İnsan ömrünü 12 il qısaldan, xərçəng yaradan SƏBƏB
Fitovannalar
Qocalmağı gecikdirən maska.
Britni Spirs psixiatrik xəstəxanaya yerləşdirildi-SƏBƏB
İstanbulda yenə Ebola həyəcanı
Türkmən xoru Ginnes rekordu vurdu
Azərbaycan Silahlı Qüvvələrinin generalı və polkovniki ehtiyata buraxılıblar
Ətli şorba (foto resept)
Kokos suyu sağlamlığın unikal iksiridir
ABŞ Azərbaycan Ordusunu ən güclülər siyahısına saldı
Yarımfabrikat qidalar mədə xərçənginə səbəb olur
Müxtəlif dizaynlı saatlar
Cütlük 135 milyon dollar uddu
"Bizim Tarla" Kompot məhsulu – "Ləziz və Əziyyətsiz"
Türkiyə ekranların ən dəbli məşhurları
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
Bakıda Parklamaya Nəzarət Sisteminin fəaliyyəti gücləndirildi
Putin ermənilərə "hə" dedi
Hamiləlik zamanı qidalanmada nələrə diqqət etməliyik
Qara kişmişli kurabiyə (foto-resept)
"Arsenal"ın qərarı hamını şoka saldı
HAVA necə olacaq?
Buzun fərqli quruluşları
Svarovski kolleksiyası
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
“Titanik 2” gəmisi tikilir
Tüpürcək vəzi iltihabı və müalicəsi
Azərbaycan qatarlarında maraqlı dəyişiklik
Etirazçılar Paşinyanın mənzilinə basqın etdilər - VİDEO
İrem Dericidən qəribə paylaşım
İstilik sistemləri sağlamlığa ZƏRƏRLİ İMİŞ
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
![](/sfiles/img/icons/valuable-icon.png)
- ŞƏRHLƏR