Qoç - işdə problemlər yarana bilər. Yol verdiyiniz səhvlər və yanlışlıqlardan rəhbərlik xəbər tutacaq. Sizi sərt tənqid edəcəklər və iş bununla bitməyəcək. Səhvlərin fəsadlarını aradan qaldırmaq üçün maksimum səylə çalışmasanız, maliyyə itkiləri, peşəkar fəaliyyət müstəvisində çətinliklər qaçılmazdır.
Günün ikinci yarısında şəxsi münasibətlər sahəsində müsbət təmayüllərin təsiri güclənəcək. Yeni tanışlıqlar üçün əlverişli zamandır. Romantik görüş istisna deyil.
Küçədə çox vaxt keçirmək fikriniz varsa, normal geyinin. Soyuqdəymə və zökəm riski var. Həmin bəlaların nəticələri çox ağır ola bilər.
Buğa - bir qədər əvvəl başladığınız işləri sonuclandırın, bitirin. Bunu indi etməsəniz, həmin işlər hələ uzun müddət çözülməmiş qalacaq və sizə ciddi çətinliklər yaradacaq. Yeni anlaşmalar və sövdələşmələrə tələsməyin. Aramla oxumadan, anlamadan, mənasını dərk etmədən, şərtləri aydınlaşdırmadan heç bir sənəd imzalamayın.
Tələskənlik və diqqətsizliyin qiyməti çox baha ola bilər.
Sevdiyiniz insan günün ikinci yarısında sizdə narahatlıq, nigaranlıq və təlaşa səbəb ola bilər. Qısqanclığa qapılmayın. Yaşlı qohumlarla ünsiyyət, müzakirələr üçün münasib zamandır.
Əkizlər - hətta ən sadə və primitiv işlərlə bağlı qərar verə bilməyən insanların yarıtmazlığına görə məsuliyyəti öz üzərinizə götürməli olacaqsınız. Ətrafınızdakı insanların laqeydliyi, diqqətsizliyi və süni köməksizliyi sizi heyrətləndirməsin. Ağıllı olun, hiylələrə və fəsadlara aldanmayın.
Günün ikinci yarısında planlaşdılmamış, amma zəruri xərclər əhəmiyyətli məbləğ təşkil edəcək. Amma narahat olmayın: sərf etdiyiniz pulların əvəzində yeni gəlirlər olacaq.
Yeni romantik münasibətlərə başlamağa tələsməyin. Bu gün yanınızdakı adamları olduqlarından artıq dəyərləndirir, dünyaya çox nikbin baxırsınız. Aldanmayın, sadəlövh olmayın.
Sizi sizdən və Allahdan savayı kimsə düşünmür.
Xərçəng - yeni işlər və layihələr üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisində ambisioz layihələrdən birini reallaşdıra bilərsiniz. Diqqətli, iradəli, ötkəm və eyni zamanda çevik, fəndgir olun. Çevik və aktiv olsanız, karyeranızda irəliləyiş olacaq.
Günün ikinci yarısı çox gərgin keçəcək. Maliyyə məsələlərində ehtiyatlı və sərvaxt olun. Ətrafdakılar sizi nə qədər tələsdirsələr də, tələsik qərar verməyin.
Yüz ölçüb bir biçin.
Axşam saatlarını evdə keçirmək məsləhətdir. İstənilən formada yorucu və usandırıcı işi təxirə salın, ertələyin. Çünki izafi çalışmaq xroniki ağrıları kəskinləşdirə bilər.
Vaxtdan istirahət və qüvvələrin bərpası üçün istifadə edin.
Şir - qətiyyətli, iradəli, cəsarətli olun. Bu məziyyətlərinizi nə qədər parlaq nümayiş etdirsəniz, işləriniz bir o qədər uğurlu və düşərli olacaq. Qeyri-adi, maraqlı macəralar və sərgüzəştlər ola bilər. Ehtiyatlı olun, düşünülməmiş addımlar atmayın. Sizi riskli avantüralara, təhlükəli işlərə cəlb etməyə çalışacaqlar. Təxribatlara uymayın.
Günün ikinci yarısı müsbət emosiyalarla yanaşı, gəlir vəd edir. Qiymətli informasiya alacaqsınız. Elm və ya tədqiqatlarla, axtarışlarla məşğulsunuzsa, uğurlar istisna deyil.
Axşam saatlarında emosiyalara uymayın, hisslərin əsiri olmayın. Yeni tanış olduğunuz insanlardan bəzilərini asanlıqla unudacaqsınız.
Qız - günün ilk yarısı məhsuldar olacaq. Özünüzlə qürrələnə bilərsiniz. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, sizin üçün önəmli münasibətlərdə də irəliləyişə nail olacaqsınız. Aktiv və təşəbbüskar olun.
Günün ikinci yarısında əhvalınız pozula bilər. Meteohəssas insansınızsa, səhhətinizdəki problemlərin ağırlaşmasına imkan verməyin. Uzaq səfərə yollanmayın, sükan arxasında çox vaxt keçirməyin.
Ailə üzvləri ilə təmaslarda həssas, diqqətli olun.
Tərəzi - baş verənlərə rəğmən soyuqqanlı olun, təmkinli davranın. Ətrafınızdakı insanlar sizi çulğayan emosiyalar və batininizdə təlatüm edən hisslərdən xəbərdar olmamalıdır. Sizinlə manipulyasiya etməyə çalışacaqlar. Sizə, sadəcə, yardım və ya kömək istəyi ilə müraciət etmək əvəzinə bədxahlar intriqalara, hiyləgərliklərə əl atırlar.
Günün ikinci yarısında maliyyə məsələlərinə xüsusi fikir verin. Pulsuz qala bilərsiniz.
Axşam saatlarında pul və ya yaxşı xəbər alacaqsınız. Əndişələri, nigaranlığı unudun.
Əqrəb - ətrafınızdakı insanlar işlərinizə qarışırlar. Məsləhət istədiyiniz insanlarla yanaşı, əsla danışdırmaq, kəlmə kəsmək istəmədiyiniz adamlar belə, müdaxilələrə əl atırlar. Belə vəziyyətdə sakit, soyuqqanlı qalmaq asan deyil.
Günün ikinci yarısında emosional partlayış riski artır. Buna yol verməyin, təmkinli olun.
Axşam saatlarına yaxın situasiya normallaşmağa başlayacaq. Yaşananları soyuqqanlı şəkildə izləyin. Yeni tanışlıqlar ola bilər.
Oxatan - taledən hədiyyə, işlərinizin ideal dərəcədə rəvan gedişini gözləməyin. Nəyəsə nail olmaq, məqsəd və hədəfə çatmaq istəyirsinizsə, zəhmət çəkməli, çalışmalı olacaqsınız. Özü də müstəqil işləməlisiniz. Sizə yardım verən, köməklik göstərən yoxdur.
Günün ikinci yarısında yeni hədəfləri müəyyənləşirin. Bütün diqqəti işə yönəldin, yerdə qalan hər şeyi müvvəqqəti də olsa, təxirə salın. İdeyalarınızı unutmayın. Onlardan birinin reallaşdırılması sizə yaxşı gəlir gətirə bilər.
Yaxınlarınızdan biri ilə fikir ayrılığı, ailədə mübahisə ola bilər. Ailə üzvləri sizi ciddi problemin həllinə qeyri-ciddi yanaşmaqda, addım və qərarlarınızın nəticələrini düşünməməkdə suçlayacaqlar. Onları fikirlərindən daşındırmaq cəhdləri heç bir nəticə verməyəcək.
Oğlaq - çox mühüm, önəmli işə başlamağa dəyməz. Kiçik anlaşılmazlıqlar, yanlışlıqlar planlarınızı pozacaq, maliyyə itkilərinə səbəb olacaq. Fikrinə və mövqeyinə dəyər verdiyiniz insanla münasibətlərdə ciddi ixtilafın yaranmasına imkan verməyin.
Maliyyə itkiləri, gözlənilən ödənişlərin gecikməsi istisna deyil.
Günün ikinci yarısında yaxınlarınızla kiçik, amma çoxsaylı fikir ayrılıqları ola bilər. Ən kiçik, xırda məsələlərin müzakirəsində ortaq məxrəcə gəlmək asan deyil.
Sevdiyiniz insan bu gün qayğı və diqqətinizə xüsusilə möhtacdır.
Həssas, qayğıkeş olun.
Dolça - peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli dəyişikliklər ola bilər. Yeni işgüzar təkliflər alacaqsınız. Karyera ilə bağlı məqsədlərinizi və perspektivlərinizi düşünün. Ətrafınızdakı vurnuxma, tələskənlik və qarışıqlıq olsa da, soyuqqanlı və sakit qalın. Belə olarsa, dürüst qərarlar verib ətrafdakı insanlardan yaxşı məsləhətlər ala bilərsiniz.
Günün ikinci yarısında özünüzü sevindirmək üçün imkanı əldən verməyin. Əhvalınız yaxşı, nikbin olsun. Alış-veriş etmək, almaq istədiyiniz əşyalara yiyələnmək olar. Bədxərclik etməyin.
Balıqlar - yorucu və mürəkkəb, amma çox mühüm məsələyə xeyli vaxt sərf etməli olacaqsınız. İşdə rəhbərliyin izafi diqqəti qıcıq yarada bilər. İlk baxışdan belə təəssürat yaranır ki, rəhbərlik sizin səhv buraxmağınızı gözləyir, tənqid və tənbeh üçün fürsət gözləyir.
Sizi yeni gəlirdən məhrum etmək istəyənlər var. Peşəkar fəaliyyət müstəvisində yaranmış situasiyanı həmkarlarla müzakirə etməyin. Çox danışmaq sizə zərər vura bilər.
Axşam saatlarında səhhətinizdə kiçik problemlər, yuxusuzluq ehtimalı var. Sağlam rasionu seçin, düzgün qidalanın. Orqanizminizi izafi yükdən qurtarın.
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz