Almaz kubik kristal quruluşa malik materialdır. Dünyada ən bahalı və füsunkar zərgərlik əşyaları məhz almazdan hazırlanır. Almaz (almanca - Diamant (m), fransızca - Diamant (m), ingiliscə - Diamond) saf karbondan meydana gəlib bilinən ən sərt maddələrdən biridir. Karbon elementinin bir modifikasiyası da almazdır. Almazın saf karbon olduğu ilk olaraq fransız kimyaçı Lavoisier tərəfindən aşkar edilib. Lavoisier almazı yandırmış və yanma qazının yalnız karbondioksit olduğunu görüncə, almazın karbon olduğu qənaətinə gəlmişdir.
Qadin.Net almaz haqqında heç yerdə rast gəlmədiyiniz maraqlı faktları təqdim edir:
1. İlk dəfə 5 min il əvvəl almazdan baltaların, qılıncların parıltılı görünməsi üçün çinlilər istifadə ediblər. Özləri baltaları məhz almazdan alınan mineral qalıqlardan hazırlayaraq onların möhkəm olmasını təmin edirdilər. İndi isə təxminən əldə edilən 80% almazlar (100 milyon karatlıq), onların qarışığından hazırlanan daha qiymətli süni daşlar istisna olmaqla, bu sənayedə birinci sıradadır.
2. Almaz Yer kürəsində ən bərk material hesab edilir, lakin bu, doğru deyil. Baxmayaraq ki, uşaqlıqdan bu günə kimi məktəbdə, universitetdə hər kəs bizə almazın yer üzündə ən bərk material olduğunu deyirdi. Almaz öz-özlüyündə bərk materialdır. Ancaq insanlar 2005-ci ildə daha bərk material kəşf etdilər. Belə ki, Natalya Dubrovinskaya Heydelberq Universitetindən olan kolleqaları ilə birlikdə tərkibində 11% almaz olan yeni material - "hiperalmaz"ı yaratdı.
3. Almazlar elə də nadir tapıntı hesab edilmir. Bu, bir qədər sərt səslənsə də, doğru iddia deyil. Təbiətdə almazlara elə də sıx rast gəlinmir. Almazların tapılması və çıxarılması prosesi olduqca ağırdır. Milyonlarla almaz çıxarılsa da, onların böyük əksəriyyəti heç bir zərgərlik nümunələrinin hazırlanmasına yararlı olmur. Məsələn, bir milyon almaz arasında yalnız 3 cür qüsursuz minimum karatlı almaz istifadəyə yararlı olur ki, bunlardan nişan üzüklərinin bəzədilməsində istifadə edilir. Tələbat çox olsa da, tam ödənmir. İri almazlar çox kiçik parçalara bölünərək hardan baxsan, bir bütöv almazın dəyərində satışa çıxarılır.
4. Almazlar Yerdə sıx olmasa da, kosmosda olduqca çoxdur. Kainatda almazlara çox tez-tez rast gəlinir desək, yalan olmaz. Yer kürəsində vəziyyət az-çox məlumdur. Bəs görəsən kosmosda vəziyyət necədir? 2004-cü ildə amerikalı astronom Trevis Metkalf kosmosda çəkisi 10 milyard trilyon olan, trilyon karatda almazın olduğunu aşkar etmişdir.
"Daily Mail" nəşri yazır ki, bu böyük almaz vaxtilə sönmüş ulduzun nüvəsi olub. Hazırda isə onun diametri 4 min kilometr təşkil edir. O, təxminən Yer kürəsindən 50 işıq ili uzaqlıqda yerləşir. Astronomlar bu nəhəng almazı Bitls qrupunun məşhur "Lucy in the Sky with Diamonds" mahnısının şərəfinə "Lyusi" adlandırıblar.
5. Artıq geniş yayılan süni almazları təbii almazlardan ayırmaq qeyri-mümkündür. Yaxın vaxtlara qədər, daha dəqiq desək, keçən əsrdə külli miqdarda yayılan süni almazları, orijinallarından rahatlıqla ayırmaq olurdu. Lakin artıq bu, mümkünsüz hal alıb. Ən yaxşı zərgərlər belə artıq süni və təbii almazları ayırd etməkdə çətinlik çəkir. Son 10 il ərzində istehsala buraxılan almazlar üzərində sonsuz sayda ekspertlər araşdırmalar aparıblar. Heç bir ekspert vəziyyətin bu dərəcə qəliz olduğuna inana bilməyib. Bu keyfiyyət fərqi isə kəmiyyətə əksinə təsir edir. Süni almazlar təbii almazların qiymətinə satılır. Təbii ki, almazlar heç zaman dəbdən düşmədiyi kimi, heç zaman da ucuzlaşmayacaq. (publika.az)
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Wi-Fi-da ciddi təhlükə aşkarlanıb
Kakaolu piroq (foto resept)
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
"Çılğın Bediş" 23 il sonra yenidən-FOTO
Cennifer Lopezin yeni filmi QADAДћAN olundu-SƏBƏB
İran pullarını Bakıya axıtmaq istəyir
Qardaşını xilas etmək üçün imtahana girmədi-FOTO
Bu ölkə pulu qadağan edir
"Dördbucaq" piroqu(foto resept)
Yağış yağacaq
Emin koronavirusa yoluxubmuş
Bel bölgəsini incəldən yaşıl ayran detoksu
Qadınlar mobil oyunlara kişilərdən daha çox pul xərcləyir
Koronavirusla bağlı SON STATİSTİKA
Günün qoroskopu: yaranan problemləri sürətlə həll etməyə çalışın
Sosyopatdan uzaq durmaq üçün nə etməli?
Qurama (Dərs 2)
İşğaldan azad olunan Mincivanda son vəziyyət... - VİDEO
Supermarketlərin "cazibə" qüvvəsi
Koronavirusla bağlı SON STATİSTİKA
Hadisənin 5 gözəllik sirri
Yalnız üzündəki döymələri sildirir, səbəbi... - FOTO
Günün qoroskopu: Pis vərdişlərdən uzaq olun!
Məşhur bloger 160 illik evini göstərdi-FOTO
Köhnə çayın fəsadları
İçimizdəki daş karxanası
Müsəlman qadınlarından qeyri-adi aksiya
İnternet xidməti ilə bağlı yeni qaydalar hazırlanır
Dəhşətli nəticə - Beyinə də sıçraya bilər
Baş rol ifaçısı “Sen anlat Karadeniz”dən ayrılır
“Araz” supermarketlər şəbəkəsində əməkdaşlar arasında COVID-19-a yoluxanlar var? - AÇIQLAMA
3 qat Avropa çempionu olan azərbaycanlı xanım
Pendirli, yulaflı çubuq(foto resept)
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
Bulvar uzana-uzana gedir
Ermənistana Qarabağdan silah-sursat daşınır - VİDEO
Günün ulduz falı - 03.10.2013
Dondurmalı bisküvit (foto-resept)
Qadınlara və kişilərə fərqli təsir edən xəstəliklər
Vannada körpənin təhlükəsizliyi necə təmin olunur?
İŞİD təhlükəsi sürətlə böyüyür
Günün ulduz falı
Uşaq otağı dizaynı
Praktik makiyaj etməyin yolları
“Microsoft” korporasiyası “Tiktok” üçün 30 milyard dollar ödəyə bilər
Müharibələrin insanlara psixoloji təsirləri
Tramp: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”
Dəbli koftalar
Gözlənilən zərbə gəldi: bazarlarımız batır
Rənglərlə tərzinizi yaradın















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]