Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Azərbaycanı “Qafqazın mirvarisi” adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu deyib. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tədbirdə iştirak etməsindən şərəf hissi duyduğunu bildirib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış edib.
Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.
Qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə malik Azərbaycan bu gün sürətlə inkişaf edən ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın paytaxtı Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması da təsadüfi deyil.
Bu gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Bununla yanaşı, ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə Azərbaycan layiqincə təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə keçirilən qəbulda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları səsləndirilib.
Qeyd edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Expo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Expo 2015”dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan “Antalya Expo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.
Azərbaycan “Expo 2025 Bakı” Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.
Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.
Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər iştirak ediblər.
Tədbir zamanı qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, ölkəmiz barədə nəşrlər böyük maraqla qarşılanıb.
Sonda tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər, paytaxtımızın “Expo 2025”ə namizədliyinə həsr olunmuş kataloqlar və digər xatirə hədiyyələri təqdim edilib.

XƏBƏR LENTİ
Günün ulduz falı - 27.08.2013
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
Bədii ədəbiyyata maraq niyə azalıb?
Beynində 25 şiş var idi-Özü özünü sağaltdı-FOTO
"Eurovision 2019"- təmsilçimiz Çingiz oldu?
Ruslardan "Kara sevda"ya etiraz
Dünyada ilklər
Mətbəx masaları
"Artıq ət" nə vaxt kəsilməlidir?
Ana bətni daha dəqiq görüləcək
Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutur
Telegram-da yazışmaları gizlicə oxumaq olurmuş
Alina Boz və Kubilay Aka koronavirusa yoluxdu
Orta məktəb şagirdlərinin diqqətinə: işiniz çətinləşdi
Neft bolluğu problemlər yaradacaq
"Facebook"da nə baş verir?
Emo stili
Toyuq ətli salat (foto resept)
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Ayla Raydan möhtəşəm klip-VİDEO
Ailənin övlad dərdi: problem kimdədir?
Adam başına düşən mənzil sahəsi genişləndiriləcək
“Mad Max” filminin çəkilişləri dayandı
Bakıda 22 dərəcə isti olacaq
Günün qoroskopu:Uğurlu gündür!
Bakıda bazarın fəaliyyəti dayandırıldı - RƏSMİ + VİDEO
CNN: “Alov qüllələri” Azərbaycan tarixinin simvoludur
Utanmaq da bir gözəllikdir
Günün qoroskopu: buyruq quluna çevrilməyin
Kibrit qutusu kimi evlər belə tikilirdi
Kraliça II Yelizavetanın əri xəstəxanalıq oldu-SƏBƏB
Motivasiya edən 19 cümlə
Bakının bu hissəsində qaz olmayacaq
Serenay Sarıkayanın 90 minlik paylaşımı-FOTO
Məşhur markaların siması indi odur-FOTO
Yeni evlənənlərə xoş xəbər
Tuba Büyüküstün rejissorla eşq yaşayır?
Günün qoroskopu: bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz
Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib
Suya düşmüş telefon: nə etməli?
Ecazkar xanımların seçimi
Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu sərvətini bağışladı
Pəhriz saxlamaq nə üçün çətindir?
Tuba Büyüküstün Engin haqqında danışdı-FOTO
Yeni imperatorun ilk əmri sizi də çox çaşdıracaq
Koronavirusun YENİ ƏLAMƏTLƏRİ: bunlar sizdə varsa....
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
E. əvvələ aid TİBBİ CƏDVƏL tapıldı
Xüsusi icazəsi olmayan nəqliyyat vasitələri necə aşkar ediləcək? - RƏSMİ
Mətbəxdə tapa biləcəyiniz nəmləndiricilər
