Qoç - yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.
İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.
Buğa - şəxsi həyatınızdakı problemləri həll etməmiş yeni məqsədlərə can atmayın. Cəhdlərinizin effektivlik səviyyəsi aşağıdır. Peşəkar fəaliyyət müstəvisində işləri təftiş edin, vəziyyəti dəyərləndirin. Yolda ləngimələr və təxirəsalmalar yarana bilər.
Günün ikinci yarısı problemlərin həlli üçün əlverişli deyil. Səhiyyə, təhsil, daşınmaz əmlak sahələrində ləübəli zamandır.
Qarışıq situasiyada tələsik qərar verməyin. Müdrik olun.
Əkizlər - hadisələrin ritmini siz diqtə etmirsiniz. Çalışdığınız təşkilatda qaydaları pozmayın. Əməkdaşlıq etdiyiniz şəxslə təmaslarda diqqətli olun. Müzakirələr, yeni tərəfdaşlığın nəzərdən keçirilməsi üçün münasib zamandır.
Günün ikinci yarısında sualınıza cavab almağınız bir qədər ləngiyəcək. Kömhövsələlik etməyin, səbrli davranın. Mübahisəli məqamlarda soyuqqanlı olun. Daimi tərəfdaşlardan biri sizdə şübhələr yarada bilər. Nəticələrlə və mülahizələrlə tələsməyin.
Müşküllərin əksəriyyəti müvəqqətidir.
Xərçəng - bu gün önəmli irəliləyiş və ya ciddi uğur olmasa da, sizin üçün əlverişli keçəcək. Əhvalınız yaxşı olacaq, enerji və nikbinlik çatışmazlığından şikayətlənməyəcəksiniz.
Yeni, hətta çətin problemləri həll edə bilərisiniz.
Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar.
Günün ikinci yarısında mühüm müzakirə, danışıqlar və ya tapşırıqlar ola bilər. Çoxdankı dostunuzdan maraqlı təklif ala bilərsiniz.
Münasibətlərinizin sərin olduğu insanla tərəfdaşlığın bərpası üçün əlverişli gündür.
Şir - günün ilk yarısından etibarən dürüst taktika seçin. Olayları tələsdirməyin, hadisələrə süni təkan verməyin. Realist olsanız, şəraitdən maksimum dərəcədə yararlana bilərsiniz. İdealist olmayın, bəzi illüziyalar və xəyallarla vidalaşın.
Günün ikinci yarısında təfərrüatlarına yaxşı bələd olmadığınız sifarişi qəbul etməyin. Vəziyyətə ən müxtəlif amillər təsir edir. Sizi tərk etmək istəyəni saxlamayın, gözə dəyməyini aramayın. Belə insanlardan uzaq olsanız, yaxşıdır.
Axşam saatlarını sevdiyiniz insanla keçirməyə can atın.
Qız - bədbinliyə qapılmayın, fəal olun. Tənhalığa can atmayın. Səhhətinizlə problemlər yaratmayın. Tonusunuzun qeydinə qalın.
Ailə üzvlərinin problemlərini qulaqardına vurmayın. Dəyər verdiyiniz insanları diqqətlə dinləyin. Yeni fəaliyyət sahəsinin özülünü möhkəmləndirin. Əks təqdirdə illüziyalar aləminə qapılaraq ciddi səhvlərə yol verə bilərsiniz.
Günün ikinci yarısında yaşam arealındakı maneələrdən yan keçərək məqsədə doğru irəliləyin. Tapşırılan işə peşəkar yanaşın. Daşınmaz əmlak, biznes, karyera ilə bağlı təşəbbüslər üçün əlverişli zaman deyil.
Tərəzi - günün ilk yarısında dəqiq hesablarınıza rəğmən işlərdə müəyyən axsamalar və problemlər yarana bilər. Olayların zahiri görüntülərinə aldanmayın, izharların əsiri olmayın. Görüşlərin təxirə salınması, gecikmələr, təxirəsalmalar istisna deyil.
Günün ikinci yarısında problemlərin sistem formasını almasına imkan verməyin. Yolda qəfil maneələr olacaq. Səbrli olun, yaxın ətrafınızdakı insanların da maraqlarını nəzərə alın.
Axşam saatlarında diqqətli olun.
Əqrəb - qarşılıqılı hesablaşmalarda diqqətli olun. Alış-verişdə bədxərclik etməyin. Mümkün qədər çox məlumat və informasiya əldə etməyə çalışın. Proqram təminatında problemlər istisna deyil.
Maliyyə məsələlərində nagahani qərarlar verməyin.
Günün ikinci yarısında banklardan kredit götürməyin. Ekzotik qida və içkilərə aldanmayın. Aldığınız məhsulların keyfiyyətinə, saxlanma müddətinə fikir verin.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - bu gün baş verəcək hadisələrə real baxın. Əsassız nikbinliyə, qüvvənizin gerçək səviyyədən artıq dəyərləndirilməsinə və xam xəyallara qapılmayın. Əfsuslar olsun ki, belə darvanışınız yaxşı heç bir nəticə verməyəcək.
İzafi xərclər etməyin, alış-verişdə diqqətli olun.
Qiymətli əşyanızı itirə bilərsiniz.
Onsuz da, əməl etməyəcəyiniz vədlər verməyin.
Oğlaq - effektivliyinə şübhə etdiyiniz fəaliyyəti dayandırın. Yeni istiqamət seçmək və fəliyyət yönünü bəlirləmək olar. Yaşanan situasiyanı diqqətlə müşahidə edin. Köhnə səhvləri təkrarlamayın. Cari planlarda dəyişikliklər edin.
Günün ikinci yarısında konkret məqsədlərə üstünlük verin. Təhsil, biliklərin artırılması, bacarıqlarınızın peşəkar izharı ilə bağlı gözləntiləriniz reallaşa bilər.
Əsla nəzərdə tutmadığınız hadisə yaşana bilər. Obyektiv çətinliklərdən çıxış yolu tapmaq mümkündür.
Axşam saatlarında səhhətinizə fikir verin.
Dolça - günün ilk yarısından etibarən seçdiyiniz kurs ümümilikdə pis deyil. Lakin müəyyən sistem səhvləri var. Həmin yanlışlıqları mümkün qədər tez aşkarlayaraq aradan qaldırmağa çalışın. Problemləri sürətlə həll edin.
Günün ikinci yarısında maliyyə məsələləri, psixoloji durum, sifariş və tapşırıq, habelə daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi sahəsində çətinliklər yarana bilər. Gözləntilərinizi doğrultmamış insanların xidmətlərindən imtina edin.
Şübhələrinizdə yanılmadığınıza əmin olun.
Balıqlar - həddən artıq ehtiyatlı, sayıq olun. Sizi tələyə salmaq istəyirlər. Başqalarının məkri ilə yanaşı, diqqətsizliyiniz, izafi inamınız sizi sonradan ağır fəsadlar yaradacaq situasiyalara düçar edə bilər. Ağır işə razılaşmayın.
Günün ikinci yarısında vəziyyətin qəlizləşdiyini görəndə adekvat davranış variantını seçin. Ənənəvi üsullarla sınanmış metodlar işlək olmayacaq. Mütləq şəkildə irəliləməyə çalışaraq yanlış addımlar atmayın. Bütün tapşırıq və sifarişləri yerinə yetirmək asan deyil.
Axşam saatlarında normal istirahət edin.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Formula-1" Avropa Qran-prisi üçün biletlərinin 65 faizini əcnəbilər aldı
Kolleclərə tələbə qəbulu başladı
Hamilələr ciyər yeyə bilərmi?
Ən qəribə toy adətləri
24 karatlıq tualet kağızı (FOTO)
"Qarabağın məşhur müəllimləri" - Firidun bəy Köçərli
Gözəllik tövsiyələri
Ukraynalı model iki ölkəni bir-birinə vurdu
Balaca qız uşaqları üçün çimərlik geyimləri
Astroloq Kazanovadan 2018-ci il üçün - Proqnoz
Bayram gününün HAVAsı
Baldırğan, tərxun və dağ nanəsi
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA - VİDEO
Keyt Holmsun metro "səyahəti"-FOTO
Snoudendən şok iddia
Ermənilər Kəlbəcəri boşaldır - VİDEO
Məşhur müğənni yenidən ana olmağa hazırlaşır
Bilet fırıldaqçılarına qarşı əməliyyat keçirildi
Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
Samsung Galaxy Note 8 42 ölkədə satışa çıxarılıb
Stiven Siqal Rusiyada torpaq alacaq
15 iyun Milli Qurtuluş Günüdür
“Azərbaycanda koronavirusun ikinci dalğası başlaya bilər” - XƏBƏRDARLIQ
Gözlərin rənginə görə uyğunluq testi
Yaşadığım möcüzə...
"Milan" inanılmaz qələbə qazandı
Avropanın gerçəkləşən arzusu
Ermənilər üç səfirliyimizə hücum etdi
Yığılan kalorini necə atmaq olar?
Erməni tərəfi cəbhədə növbəti itki verib
Badımcandan bol-bol istifadə edin
COVID-19-a qarşı 100 faiz təsirli peyvənd yaradıla bilərmi?
İlham Əliyev: “Yaxın günlərdə Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq”
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Zəngilan rayonunun Genlik kəndinin görüntüləri - VİDEO
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Alimlər yuxu pozğunluğunu tənhalıqla əlaqələndirirlər
Cem Yılmaz prezidentin dəvətini qəbul etmədi-SƏBƏB
NASA-dan XƏBƏRDARLIQ ETDİ
102 yaşında doktor oldu
Bəyaz "Bəyaz Şou"dan danışdı-FOTO
Metroda hamını heyrətləndirən şəkillər
Ən bahalı yataq dəsti
İşıqların rəqsi
Yeni tədris ilində dərslər necə təşkil olunacaq? - VİDEO
Varlıların yeni dəbi
"Survivor" Ersinə ağır itki-FOTO
İşində nömrə bir olmaq istəyənlər oxusun
Gül hörüyü (fotolarla hazırlanması)
Tarkandan xanımının ad gününü bu cür təbrik etdi - FOTO














