
Bakıda "Naxçıvan" adından qeyri-qanuni istifadə etməklə istehsal olunmuş saxta məhsullar aşkarlanıb.
Milli.Az xəbər verir ki, bu barədə naxcivantv.az-a Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, geni modifikasiya olunmuş məhsullardan istifadənin məhdudlaşdırılması, qida əlavələrindən, pestisidlərdən və emulqatorlardan istifadənin ciddi dövlət nəzarəti ilə əhatə olunması son nəticədə geniş ictimai rəydə xüsusi rəğbətə malik, ekoloji təmiz, insan sağlamlığı üçün faydalı və yüksək keyfiyyətli Naxçıvan məhsullarına özünəməxsus imic qazandırıb.
Lakin, bir sıra hallarda Naxçıvan məhsullarının yüksək imicinə xələl gətirə biləcək faktlara, saxtakarlıq hallarına rast gəlirik ki, bu da ciddi təəssüf doğurmaqla istehlakçıların aldadılmasına səbəb olur.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən daxili bazarda aparılan müşahidələr üzrə müəyyən olunmuşdur ki, Abşeron rayonu Xırdalan şəhəri İlham Cəfərov küçəsi 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs S.G.Nabatov və Heydər Əliyev prospekti 184 a ünvanında fəaliyyət göstərən fiziki şəxs N.S.Əsgərov tərəfindən istehsal olunmuş 3 çeşiddə kolbasa məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan "Naxçıvan" adı ilə markalanmışdır.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçıların və sahibkarların nəzərinə çatdırır ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Eyni zamanda əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt-saxta məhsullar hesab edilir.
Belə məhsullara rast gəldikdə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə operativ məlumat verilməsi xahiş olunur.
Aşkar olunmuş saxtakarlıq hallarına qarşı mübarizə tədbirləri çərçivəsində müvafiq hüquqi prosedurlar başlanılıb.
Milli.Az
XƏBƏR LENTİ
Bu gün Azərbaycanda Bilik Günüdür
Yağış yağacaq, şimşək çaxacaq
"T" hərfi ilə başlayan adların mənası
Gül bayramına 4 milyondan çox gül gətirildi
Müdafiə Nazirliyi erməni yalanını ifşa etdi: "Şəkillər saxtadır"
Eşq
Əmanətlərlə bağlı yeni qərar verilə bilər
Jestlər, mimikalar: nəyi, nə qədər doğru anlayırıq?
Günün ulduz falı
Burun və qulaqlara qulluq
Uşaqlarda otit xəstəliyi
BÜRCLƏR bizə nə vəd edir? -28 MAY
İnternet beynin qocalmasını ləngidir
Azərbaycanda yaşlı şəxslərin evdən çıxması qadağan olundu - RƏSMİ
Göz makyajı
Nağıl qəhrəmanı olmaq üçün sərvət xərclədi - FOTO
"Üzüm" qurabiyəsi (foto resept)
Qadın metroda doğdu
Ev dekorasiyasında yol verilən 4 xəta
Beyin üçün məşğələ
Saçlarınız üçün lazım olan qidalar
Medvedev: "Türkiyə heç vaxt Avropa İttifaqının üzvü olmayacaq"
HAVA necə olacaq?
Azərbaycan Yaponiyanın kosmik sənaye təcrübəsi ilə tanış olacaq
Ən gözəl kitabxanalar
İslandiyada yeni qanun-"X"
Hava haqqında
Günün qoroskopu: işlər pis getməyəcək
2015 yaz-yay dəbi çantalar
Günün ulduz falı
Cəbhədə yenidən gərgin döyüşlər, ermənilərin döyüş tankı heyətlə birlikdə məhv edildi
Günün qoroskopu:Qətiyyətli və sürətli olun!
"Qara qutu"ların faciəli etirafları
Dənizi hasarlardan xilas edib sahiblərinə - Xalqa qaytaraq
Alsunun qızının birinciliyi əlindən alındı
Noxud şorbası (foto resept)
Bağırsaq parazitləri və müalicəsi
Azərbaycan etiraz etdi, erməni abidəsi qoyulmadı
İran Ermənistan arasında mərmi qalmaqalı
Günəş və Ay tutulacaq
Bu məşhurlar 2018-ci ildə VALİDEYN OLACAQ – SİYAHI
İspan qadınlarının makiyaj sirləri
Putindən nüvə zərbəsi hədəsi
Tanınmış obrazlar fərqli qələmdən
Laçınsız 24 il
Yadplanetlilərin Antarktidadakı bazası - VİDEO - FOTO
Kitablarımız Almaniyada sərgilənəcək
Məşhur model həbs olundu
Onlayn ticarət sürətlə artır
Sürətli koronavirus testi yaradıldı














