Özünü sevmək insanın ən güclü nəfsani meyillərindəndir ki, ya insanı kamala çatdıra bilər, ya da əxlaqi rəzil sifətlərin meydana gəlməsinə səbəb ola bilər. Ona görə də insan əgər bu hissi düzgün yolda istifadə etsə, İlahi hədləri aşmasa - şəxsiyyətinin inkişaf etməsinə və istedadlarının çiçəklənməsinə səbəb olar. İnsanda ümid ruhunu və həyatda yaşamaq eşqini artırar. Onu insani kamallar əldə etməyə təşviq edər.
Qadin.Net Milli.az-a istinadən bildirir ki, insanın özünü sevməsi özlüyündə bir nöqsan və eyib deyildir, bəlkə Allahın böyük nemətlərindən biridir. Ancaq əgər bu meyil həqiqi yolundan çıxarsa, özünəpərəstiş halını alar və insanı yolundan azdırar. Bu cür insan özünü başqalarından üstün görər və öz mənfəətini başqalarının mənfəətindən daha dəyərli hesab edər. Təkəbbür insanı kamal yolundan saxlayar və inkişaf etməsinə mane olar.
Təkəbbürün nişanələri nədir?
O insanlar ki, təkəbbür tələsinə düşüblər, onun nişanələrindən biri hər şeyi və hər kəsi özləri üçün istəməkləridir. Özlərindən qeyrisinə etimad etmirlər. Məclislərdə ancaq özlərinin danışmasını istəyirlər və istəyirlər ki, hamı onun sözlərinə qulaq assın. Bu insanlar istəyirlər ki, başqaları ona xidmət etsin. Ancaq özü başqalarına xidmət etməkdən boyun qaçırdar, ona görə də başqalarının kinini qazanar. Belə bir insanın dostu həmişə az olur, çünki onlardan yersiz gözləntiləri olur ki, nəticədə onları əldən verir. Təkəbbürlü insan əgər kimisə bir xidmət edibdirsə, bunu heç bir zaman unutmaz və daima ona xatırladar.
Ancaq əgər başqaları ona böyük bir xidmət edirdirsə, tezliklə onu unudar. Onların zəhmətinə görə heç bir zaman təşəkkür etməz.
Təkəbbürlü insanın başqa nişanələrindən biri də budur ki, kəraməti nəfsi və insan izzətini dərk edə bilmədiyinə görə, hansısa mənfəətə çatmaq üçün başqalarına rahatlıqla yaltaqlana bilir.
Təkəbbürlü insan şöhrət istəyəndir. Hətta bunun üçün bəzən cinayət edər və ya dəlicəsinə işlər görər.
Bəs necə edək ki, təkəbbürdən xilas olaq?
Əgər həkimə problemi getsək, bizim cismi xəstəliklərimizi müalicə etmək üçün ilk əvvəl bizə diaqnoz qoyar. Ondan sonra necə müalicə edəcəyini müəyyən edər. Təkəbbürü müalicə etmək üçün də ilk addım - diaqnozdur.
İmam Əli (ə) buyurur: "Xoş olsun o insanın halına ki, başqalarının eybi ilə məşğul olmazdan əvvəl, öz eyiblərini aradan aparmaq üçün səy göstərər".
İkinci mərhələdə təkəbbürlü insan gərək özünü tərbiyə etsin və öz nəfsini Allaha tabe olmağa vadar etsin. Çünki təkəbbürün əsil kökü - insanın özünü tanımamasıdır. Əgər insan Allah qarşısında nə qədər kiçik olduğunu dərk etsə, o zaman təkəbbür etməkdən əl çəkər. Allahın ona bağışladığı nemətlərə diqqət edər.
Beləliklə, deyə bilərik ki, özünü sevmək o həddə ki, insanın düzgün inkişafına xidmət edir - normaldır və lazımdır. Amma həddini aşdıqda, insanı məhvə apara bilər.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Arda Turanın xanımı xəstəxanalıq olub
Yeni planet kəşf edildi
İranda Azərbaycan bayrağına hörmətsizlik
BVF son proqnozu açıqlayıb
Məsamələri necə təmizləməli?
İti ilə evlənən məşhur model
Bu günün hava proqnozu
Azərbaycanda xəstəliklərə diaqnozun qoyulmasında
Metroda ziyana düşməmək üçün oxuyun!
Çütlük xəstəxana palatasında evləndi-SƏBƏB/FOTO
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Qeyri-adi evlər
Bakıda ilk dəfə
Keçmişdən gələn romantik trend
ABU tələbələrinin bir problemi həll olundu
Muratda Aslıya 30 minlik tətil surprizi
Azərbaycanda Qurban bayramı qeyd olunur
"Oscar"-2019-təqdim olacaq-NAMİZƏDLƏR
Günün qoroskopu: bəzi məsələlərin çözümünü ertələmək olar
Yeməklərdən hazırlanmış sənət
Paşinyanın baş müşaviri Azərbaycanın dinc əhalisinin bilərəkdən vurulduğunu etiraf etdi - VİDEO
Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub - RƏSMİ
Ayaqları gözəlliyinə kölgə saldı - FOTO
Daha bir nəfərin ölümü təsdiqləndi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır
Sevgi ruhu canlandırır
Trampa qarşı sui-qəsd təşkil olundu
Kayli Cenner şirkətinin 51%-ni REKORD Məbləğə Satır
2017-nin bahar dəbi
Axtarışda olan şəxs dövlət yaratdı
Münasibətdə ən çox yol verilən xətalar
Payızın trend saç rəngi
Həm güldürən, həm də ağladan filmlər
Daha iki filmdə "Agent-007"ni canlandıracaq
Qara duzun xeyri və zərəri
Yatarkən bunları geyinməyin!
Bu makiyaj səhvlərini etməyin!
Meryem Üzerlinin FOTOsu səs-küy yartdı
Yer kürəsi həqiqətən düzdür?
Tülkü ilə dovşanın nağılı
Dünyada ən böyük sualtı park inşa olunacaq
Yeniyetməlik yaşında artıq çəki dəhşətli xəstəlik yaradır
Aşiq kişi uşaq kimidir
Kökəlmək istəyən xanımların nəzərinə
Hava haqqında
Yumru üzlər üçün ən yaxşı qısa saç modelləri
2 gün əvvəl ölən aktyorun Covid19-a yoluxduğu ortaya çıxıb
Öyrəşmək tərzi və öyrəşmək problemi
Bu gecə də həyəcan olacaq














