Milli Məclisin payız sessiyasının ilk plenar iclasında "Kredit büroları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsi Prezident İlham Əliyev tərəfindən təqdim edilib. Onun sözlərinə görə, bu gün maliyyə-kredit sisteminin təkmilləşdirilməsi başlıca prioritetlərindədir. Z.Səmədzadə əlavə edib ki, problemli kreditlərin həcminin artmaması və maliyyə-kredit sistemində dayanıqlığın təmin olunması üçün kredit bürolarının yaradılmasına ehtiyac var.
Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, onun sözlərinə görə, qanun layihəsinin məqsədi fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.
"Qanun layihəsi 4 fəsil, 23 maddədən ibarətdir. Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır", - deyə Z. Səmədzadə vurğulayıb.
Komitə sədri qeyd edib ki, kredit bürolarını Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətindən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Belə ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq.
Qeyd edək ki, kredit bürolarının fəaliyyəti ilə bankların xərcləri azalacaq. Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, kredit bürolarının yaradılmasına ehtiyac var. Bunu əsas gətirən spiker qanun layihəsinin qəbul edilməsinin vacib olduğunu vurğulayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, qanunun təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq: "Kredit bürolarının yaradılması bankların risklərini azaldacaq. Hər bir bank borc götürənin vəziyyətini qiymətləndirir. Hər bir bank bunu ayrı-ayrılıqda etdikdə banklar bunun üçün xeyli əməkdaş saxlayır və vəsait xərcləyir. Kredit bürolarının yaradılması bankların vəsaitlərinin xərclərinin azalmasına və vətəndaşların hüquqlarının qorunmasına xidmət edəcək. Yəni, əgər bank əsas olmadan kredit verməkdən imtina edərlərsə, kredit bürolarındakı məlumata əsasən, kredit götürmək istəyən şəxsin hüquqları bərpa ediləcək. Yəni, kredit bürolarının fəaliyyəti həm banklar, həm də vətəndaşların xeyrinədir".
Sonda qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.
Milli.Az
XƏBƏR LENTİ
Kartof pəhrizi (3 günə 5 kilo)
Dəmir yolları ətrafındakı bəzi evlər köçürüləcək
Bu gün Tofiq Bəhramovun günüdür
Bakı metropolitendə yeni xətlər - Lökbatan, Mehdiabad...
Tramp yenidən prezidentliyə namizəd oldu
Kakaolu gecə maskası
Coronavirus körpələrə "toxunmur"-SƏBƏB
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Üç qat keks (foto resept)
Gül kələmli zapekanka (foto resept)
Məktəbli formaları indi neçəyədir?
Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi - VİDEO
Yaponiyalı astronavtın boyu kosmosda 9 sm uzanıb
Depressiya zəngli saat kimidir, qurduğunuzda çalar
Uşaqlarımız itəndə nə etməlidirlər
Erməni silahlıları cəbhənin iki istiqamətində fəallaşıblar
Kakoslu qurabiyələr (foto resept)
İlon Mask Marsda məskunlaşma üçün bütün sərvətini satacaq
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən hərbi təlimlərdən görüntülər paylaşdı - VİDEO
Həkimlər pasiyentlərə dərman əvəzinə göbək rəqsi oynamağı məsləhət görürlər
Portağaldan şam düzəldin
Kainatın kiçik modeli tapıldı - FOTO
“Bakı”nın sabiq futbolçusu millidən getdi
Azərbaycanda 5 gün iş olmayacaq
Gədəbəyə dolu düşdü - VİDEO
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Sosial izolasiyanın normal hala çevrildiyini göstərən şəkillər
Azərbaycanda 20 minə yaxın şagird yenidən məktəbdaxili qiymətləndirmə üçün müraciət edib
"Netflix"də yayımlanacaq ilk türk filminin tizeri - VİDEO
Piylənmə və maddələr mübadiləsi sindromu
Şaxta baba xəstəxanada
Sadə qələmlə çəkilmiş şəkillər
Rusiya COVID-19 peyvəndini uşaqlar üzərində sınayacaq - RƏSMİ
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
Kişilər niyə aldadır? (2)
"Rüzgar gülü"pizza (foto resept)
Günün qoroskopu: əlverişli zamandır
Gündəlik istifadə etdiyimiz ÇAYIN zərərləri
Şumaxerin həyatı ilə bağlı xoş xəbər
Günün qoroskopu: həm uğurlu, həm də maraqlı gündür
İsmayıllıya dolu yağıb
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
Bakı sakinlərinə XƏBƏRDARLIQ: 18:00-dan sonra çalışın küçəyə çıxmayın
Rahibələr 10 ildə daim oğurluq etdilər-FOTO
Planetimizin iki yeni peyki kəşf edildi
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (5)
Məşhur prodüseri öldürmək istədilər-FOTO
3 tələbə böcək yeyib sağ qaldılar
Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR
Enrikenin yeni doğulan körpəsi - FOTO














