Son bir həftədə Azərbaycan oxucusu üçün yaddaqalan iki boşanma hadisəsi oldu. Bunlardan biri Hollivud ulduzları Ancelina Coli ilə Bred Pit, digəri isə Rza Zərrabla Ebru Gündəşin boşanma xəbəri oldu. Bu xəbərlərin hər ikisi bir anda medianın gündəmində yerləşdi.
Milli.Az musavat-a istinadən dünyadakı səs-küylü boşanma hadisələrinə nəzər salıb. Məlum olub ki, xeyli qabarıq siyahı formalaşıb. Öncə ilginc, hətta deyərdik, gülməli boşanma olaylarının siyahısına diqqət yetirək.
Hindistanın Bombey şəhərində bir nəfər həyat yoldaşından daha çox sevgi-məhəbbət istədiyi, amma bu istəyinə cavab ala bilmədiyi üçün boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. O, ərizəsində arvadı tərəfindən məcbur edildiyi üçün dərmanlar qəbul etdiyini, amma bu dərmanlar üzündən də xəstəxanaya düşdüyünü deyib. Arvadının istəklərini yerinə yetirməyi rədd etdiyi zamanlarda isə yoldaşının təhdidi ilə qarşılaşdığını söyləyib. İddia boşanma ilə nəticələnib. Ancaq bu bilinən ən qəribə boşanma hekayəsi deyil.
İtaliyada anasından ayrıla bilməyən kürəkən, bal ayına gedəndə anasını da apardığı üçün evliliyi 3 həftə çəkib. Almaniyada bir qadın həyat yoldaşının təmizlik xəstəliyi üzündən boşanmağa qərar verib. Yaxşı bəs niyə? Yoldaşının son qərarı "çirkli" olduğu üçün divarı uçurub yeni divar tikmək istəyi olub. 15 ilin tamamında evlilik başa çatıb.
30 yaşında olduğu halda yoldaşına 24 yaşı olduğunu söyləyən qadının yalanı 10 il sonra açılıb. Bu yalan isə boşanma ilə nəticələnib.
2001-ci ildə evindəki quşlar sayəsində bir qadın həyat yoldaşının onu aldatdığını öyrənib və boşanmağa qərar verib.
99 yaşı olan ər 96 yaşlı yoldaşının 60 illik eşq məktublarını tapdığı üçün boşanma ərizəsi ilə məhkəməyə üz tutub. Bu ayrılıqla dünyanın "boşanan ən yaşlı cütü" adı ilə "Ginnesin rekordlar kitabı"na düşüblər.
Fransız bir qadın həyat yoldaşını 20 ildir onunla yaşamadığı üçün məhkəməyə verib. Hakim "romantik zərər" verdiyi üçün ərə 14 min dollar dəyərində təzminat cəzası verib və onları boşayıb.
Bunlar boşanma yox, sərvət xərclənməsidir
Amerikanın Celebrity Cafe portalı məşhurlar arasında ən bahalı boşanmaların reytinqini müəyyənləşdirib. Reytinqə Maykl Cordan ilə xanımı Xuanitanın boşanması başçılıq edir. 17 il birgə yaşadıqdan sonra 2006-cı ildə ayrılmış cütlüyün boşanması Cordana 168 milyon dollara başa gəlib. O, eks-xanımına məhz bu qədər pul ödəyib.
İkinci yerdə müğənni Nil Daymond və prodüseri Mörfinin boşanmasıdır. Mörfi bundan 150 milyon dollar qazanıb.
İlk üçlüyü məşhur rejissor Stiven Spilberqlə aktrisa Emi İrvinqin boşanması qapayır. Boşanma Spilberqə 100 milyon dollara başa gəlib.
Sərvəti "Forbes" tərəfindən 8,8 milyard dollar qiymətləndirilən rusiyalı milyarder Dmitri Rıbolovlev keçmiş arvadına 3,3 mlrd avro (4,5 mlrd dollar) ödəməli olacaq. Bu qərarı Cenevrə məhkəməsi verib. Ərlə arvad evlənəndə nikah müqaviləsi bağlamayıblar. Buna görə də İsveçrə qanunvericiliyinə görə, onların bütün əmlakı evlilik dövründə birgə yığılmış sərvət sayılır, uyğun olaraq boşanma zamanı yarı bölünür. Amma vəkil bildirir ki, Cenevrə məhkəməsinin qərarından şikayət etmək mümkündür. Ər-arvad birlikdə 24 il yaşayıb, altı ildir ki, əmlakı bölməklə məşğuldurlar. Rıbolovleva 2008-ci ildə boşanma ərizəsi verib və buna səbəb ərinin ona xəyanət etməsi olub.
Onluqdakı sonrakı cütlüklərin qiymətlərində kəskin azalma müşahidə edilir. Müasir şou-biznesdə sənətçilər pulları ilə ehtiyatlı davranmağa üstünlük verirlər. Məsələn, müğənni Madonna və həyat yoldaşı Qay Riçinin boşanması 92 milyon dollara başa gəlib. Digər tanınmış rejissor Ceyms Kameron həyat yoldaşı, aktrisa Linda Hamiltona vur-tut 50 milyon ödəyib. "Bitlz" qrupunun keçmiş üzvü Pol Makkartninin qalmaqallı boşanması isə ona nisbətən ucuz başa gəlib. Müğənni həyat yoldaşı Hizer Millzə 46,8 milyon dollar verməli olub.
Reytinqi aktyor Maykl Duqlas və Diandra Lyükerin boşanması bağlayır. Cütlük 45 milyon dollarla nikahlarını pozublar. Aktyor Rassel Brend 30 dekabrda Keti Perri ilə boşanmaya verdi. Cütlük 2010-cu ilin oktyabrında evləndi. Müsahibədə 36 yaşlı Mark jurnalistlərə bildirib: "Təəssüf ki, Keti və mən ayrılırıq, amma mən həmişə onu sevəcəyəm, biz dost qalacağıq".
İnneyd O'Konnor 8 dekabrda Las-Veqasda Barri Xerridjaya ərə getdi. Cütlüyün nikahlarının 18 günündən sonra boşanıblar. Aktyor Terrens Xovard və arvadı Mişel Gent 2010-cu ilin yanvarında gizli evlənib. Amma Gent barışmaz fikir ayrılıqlarına istinad edib keçən ilin fevralında boşanmaya qərar verib.
Arvadını itirib, amma ən bahalı boşanma onunkudur...
ABŞ-ın və dünyanın ən zəngin iş adamlarından biri, neft maqnatı Harold Hemm arvadını itirsə də, dünyanın ən bahalı boşanmasını gerçəkləşdirmiş adam kimi tarixə düşüb. Oklahoma ştatının məhkəməsinin qərarı ilə multimilyarder ondan boşanan arvadı Syu Enn Ernalla 995,5 milyon dollar məbləğində təzminat ödəyib. "Continental Resources" neft-qaz korporasiyasının banisi və sahibi, dünyanın ən varlı adamlarından birinin arvadına ödəməli olduğu 995,5 milyon dolların 1/3 hissəsi ötən ilin sonunadək Syu Enn Arnalla çatmalıydı. Hemm yerdə qalan məbləği ayda ən azı 7 milyon dollar olmaqla ödəməlidir. Hemmin məbləği vaxtında ödəyəcəyinə əmin olmaq üçün məhkəmə "Continental Resources" korporasiyasının 200 milyon dollarlıq səhmlərini girov götürüb.
2012-ci ildə Harold Hemmin ona xəyanət etdiyini aşkarlayan Syu Enn Arnall o vaxtdan bəri təzminat qismində 25 milyon dollar alıb. Harold Hemmin vəkilləri apelyasiya iddiası qaldırıblar və təzminatın məbləğini azaltmağa çalışıblar. Lakin Syu Enn Arnall ərinin ona ünvanladığı $ 974800000 dollarlıq bank çekindən imtina edib.
O, vəkillərinə yeni prosesə başlamağı tapşırıb. Xəyanətə məruz qalan və boşanan Syu Enn Ernall indi ərindən təzminat qismində 18 milyard dollar tələb edir. Boşanma prosesi əsnasında Syu Enn ərindən Kaliforniyada yerləşən 14,7 milyon dollarlıq rançonu, habelə Oklahomada olan 4,6 milyon və 800 min dollarlıq iki villanı alıb.
Məşhurlar boşanırlar, çünki bu, onlara sərfəlidir
Məşhurlarla daim işləyən vəkillər isə mediaya verdikləri açıqlamalarda bildirirlər ki, bu cür cütlüklərin ailə həyatını davam etdirməsi olduqca çətindir. Belə ki, onların həyatı daim medianın gözü önündə olur. Hər şeylərini publikaya hesablayaraq yaşayırlar. Bundan başqa, pul və aşırı lüks də insanların istəklərini "azdırır". Onlar hər şeyi uc nöqtələrdə yaşadıqları üçün bir müddət sonra ailə həyatının sıradan, monoton ritmi yorucu və sıxıcı gəlməyə başlayır. Vəkillərin dediklərinə görə, adətən belə izdivaclarda qeyri-adi problem olmur. Maddi məsələlər heç vaxt mübahisə predmeti olmur. Aşırı kapriz, eqo savaşı, istəksizlik... cütlüyün bir-birindən soyumasına səbəb olur. Ən önəmlisi isə ulduzların dünyasında hər şey olduğu kimi, hisslər də tez tükədilir, xərclənir. Bəzən evliliklər də, boşanma kimi reytinqə hesablanır. Daha çox gündəmdə qalmaq, disk satışı, yeni filmin vizyonda populyarlığı... bütün bunlar da sanki həmin alverin tərkib hissəsi olur. Məsələn, müğənni və ya aktyorların əksəriyyəti boşanmasını məhz karyerasında hansısa addım atmadan öncə edir. Bununla da həmin addımına diqqət çəkməyi başarır. Düşünün, bir var "Ebru Gündəş boşanır" xəbərini oxuyasınız, bir də var "Yeni diski bu günlərdə işıq üzü görəcək Ebru Gündəş boşanır"... Sonuncu halda diqqətiniz avtomatik olaraq onun diskinə yönəlməyəcəkmi?..
Odur ki, belə xəbərləri oxuyub, təəssüflənmək yerinə, olayın pərdə arxasına baxmağı da təklif edərdik.
Milli.Az
XƏBƏR LENTİ
Geyimlərdəki sarı ləkələrdən xilas olmaq üçün ...
Dünya onların gözündən baxın
Qarabağda ilk şəhidləri verməyimizdən 28 il ötür
Şəkidə möhtəşəm turizm kompleksi tikilir
Burçin Tərzioğludan eşq etirafı - FOTO
Bu xanımlar yeni kraliçalardır
Azərbaycanda qış ayında yaz havası
Kürəyə taxılan çantalar
Prezidentin evi ələ keçirildi
Dünyada ilk elastik smartfon yaradıldı - VİDEO
Məhşurların pəhriz siyahıları (2)
Kottiqli pəriləri (4-cü hissə)
Obama bunu edən ilk prezident oldu
Ədviyyatlı bulkalar(foto resept)
Qadın.Netlə birlikdə hamiləlik (37-ci həftə)
Korotçenko: “Hadrutda təxribat törədən ermənilərə terrorçular kimi baxılmalıdır”
İnəyinin hərəkətinə görə cərimə ödədi
Saç uzadan zeytun yağı
"Chanel"dən yeni kolleksiya - FOTO
Əsla bunu YEMƏYİN!
Gəncədə də ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir
Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTO
Barış Arduç avtomobilini satdı-SƏBƏB
Putindən dünyanı ayağa qaldıran həmlə
Ebru "Vaxt tapsam, 5 övladım olar" dedi
Yumurtanın içindən bütöv yumurta çıxdı
Qozun sağlamlığımıza faydaları
Amerikalı cütlük süni mayalanma etdi, asiyalı uşaq doğuldu
"Qremmi"yə namizədlər açıqlandı
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
"Hercai"nin məşhur ulduzu erməni imiş-FOTO
Gələn həftə Gəncə və Sumqayıtda da seroloji testlərə başlanılacaq
Fədakarlıq möcüzəsi
Yeni ailə quranlara dinc həyat üçün xoşbəxtlik resepti
Banklar faizləri endirməyə başladı
Həccə getmək istəyənlərə xəbər var
İstifadəyə yararlı çimərliklər - SİYAHI
Məşhur müğənni intihar etdi-SƏBƏB
Təyyarədə koronavirus təşvişi sərnişinləri qorxutdu -FOTO
Hava haqqında
Orta məktəblərdə iş dəftərlərinin istifadəsi ilə bağlı açıqlama
Yataq otağı necə səliqəyə salınmalıdır?
“Ufak tefek cinayetler”in aktyoru boşanır
Zəncəfilli-bəhməzli "Ev peçenyesi"
Anası meymun, atası insan olan qeyri-adi varlıq - Video
"Azərbaycan Hava Yolları" bəzi reysləri üzrə xüsusi aksiya keçirir
.Bakıda möhtəşəm şeir gecəsi
Əriyən qar selə döndü, sakinlər təlaşda: bənd hər an partlaya bilər
HAVA necə olacaq?- 16 MART
Hande Erçel Muraddan ayrılmasının SƏBƏBİNİ AÇDI