
İrəvandan gələn xəbərləri düzgün anlamaq üçün yada salmaq lazımdır ki, bu ölkə ikiqat işğal altındadır - Qarabağdan gəlmiş səhra komandirlərinin və Moskvanın işğalı altında.
Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözlər rus publisist və dramaturq Vladimir Qolışevin "Azadlıq" radiosunun rus redaksiyasının saytında dərc olunmuş "Tanınmamış Ermənistan" məqaləsində yer alıb.
"Bir dövlət kimi Ermənistanın öz maraqları nəinki nəzərə alınmır, nəsə onlar heç mövcud deyil. Daha doğrusu, onlar Rusiyada "mənəvi təsdiq" sayılan anlayışlara - keçən əsrin 90-cı illərinin əvvəlində Qarabağda erməni silahının qələbəsinə görə iftixara və yüz il qabaq həlak olmuş soydaşların matəminə qurban verilir",- deyə müəllif davam edir.
Vladimir Qolışevin fikrincə, bu "iftixar" və "matəm" Ermənistana yoxsulluq, beynəlxalq təcrid, yaxın qonşularla əməkdaşlıqdan imtina və Rusiya ilə sırf müstəmləkə münasibətlərindən başqa heç nə vəd etmir: "Aprelin əvvəlində baş vermiş "dördgünlük müharibə" özünəməxsus "soyuq duş" rolunu oynamaya bilməzdi. Ermənistan Rusiyadan və KTMT-dən nə siyasi, nə də diplomatik dəstək ala bilmədi. Hərbi yardımdan isə danışmağa dəyməz! Bundan başqa, "hərbi müttəfiqlər" tam heyətlə Azərbaycanı dəstəklədilər".
Məqaləyə görə, Rusiya tərəfi elan etdi ki, Azərbaycana Ermənistana göndəriləndən 15 dəfə çox həcmdə ən yeni silahlar vermək niyyətindədir: "Rusiya diplomatiyası Bakıya üstünlük verdi. Lavrov dərhal ora uçdu. Məhz Əliyevin ünvanına çox saylı təriflər və əbədi dostluq andları səsləndirildi. İrəvan ilə heç kim maraqlanmaq istəmədi. O (İrəvan - red.) nə edə bilər ki? Bütün bunlar təbii ki, 1999-cu ildən hakimiyyəti əldə saxlayan "Qarabağ qruplaşmasının" xarici siyasi kursunun tənqidinə səbəb olmaya bilməzdi".
Müəllif Ermənistanda son günlərdi Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı başlanmış kampaniyaya da toxunub: "Əgər Dağlıq Qarabağın dövlət müstəqilliyi rəsmi səviyyədə tanınsaydı, bu, Ermənistan üçün fəlakət olardı. Ordusunun sayına və silahına görə yetərincə üstün olan, çox sayda müttəfiq və hətta həmrəylərə malik Azərbaycan hücumların davam etdirilməsi üçün betonlaşmış əsas əldə edərdi. Təklənmiş Ermənistan Azərbaycanın qarşısına nə ilə çıxa bilərdi?".
Məqalə Ermənistandan ciddi maraq doğurub. Bir sıra erməni portalları məqaləni erməni dilinə tərcümə edərək ölkənin real vəziyyətini işaqlandırıblar.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Uşaq təhsil mərkəzi - FOTO
iPhone 7 necə olacaq?
BÜRCLƏR bizə nə vəd edir? - 25 APREL
Mehriban Əliyeva yemək bişirdi - FOTO
Quru dəriyə qulluq
Cenner 10 il əvvəlki FOTOsu ilə TƏƏCCÜBLƏNDİRDİ
Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO
Gavalılı piroq (foto resept)
Tərəvəzli plov (foto resept)
Ermənistan Nazirlər Kabineti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan etdi
Əhalinin sayı açıqlandı
Pensiyalar verilməyə başlandı - ARTIM VAR
Azərbaycanda yas mərasimləri ilə bağlı qadağa
Qat-qat xəmirdən çiçək(foto resept)
Azərbaycanda hava yenidən kəskin dəyişəcək
Övladlığa götürülən uşaqlara görə müavinət veriləcək – LAYİHƏ
Stiven Hokinqin pandemiya ilə bağlı DƏHŞƏTLİ PROQNOZU: 1 il ərzində...
Şahzadə və sevgilisi bal ayını Türkiyədə keçirmək istəyir
Məktəblərdə qış tətilinin VAXTI açıqlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı AÇIQLAMA
Toyda çəkilən FOTO hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Əl yazısı sıradan çıxır?
ABŞ-da koronavirus qurbanları maraqlı tərzdə anıldı - VİDEO
“Victoria’s Secret” ənənəvi şousunu ləğv etdi - 25 ildə ilk dəfə
Yeni il axşamı hamilələr ehtiyatlı olsun
Körpənin rahat yatması üçün...
Üzdə çıxan sızanaqların yerinə görə səbəbləri
Ermənilərin Bərdəyə terror hücumu zamanı yaralanan şəxslərin son durumu-VİDEO
Bir insanla ünsiyyət qurmağın rahat yolu
Demi Murun cadulu qalstuku-FOTO
11 ildə evimizdə nələr dəyişdi?
Antibiotiklərin orqanizmdə rolu
Virusun sürətlə yayıldığını sübut edən eksperiment keçirildi – VİDEO
Sarımsaq yeyənlərin ağciyər xərçənginə tutulma riski azdır
Tramvay xətti üçün uyğun yol hansıdır?
Sərhədçi olmaq istəyənlərin diqqətinə
Kibariye hamilə qızı ilə fotosunu paylaşdı - FOTO
Polad Bülbüloğlu Qızıl Orden aldı
Halit Ergenç xəstəxanaya yerləşdirildi-FOTO
Qapalı geyim dəstləri
Oruc tutan adamın çox yatması düzgündürmü?
Dünyadakı ən qısa uçuşlar - CƏMİ 2 DƏQİQƏ...
Bu qışın dəbi: Fəxriyyə Xələfovadan məsləhətlər
Hamilə qadınlarda qinqivit
Bakıda iki nəfərdə koronavirus şübhəsi - Rəsmi
Vafli (foto resept)
Kəşfiyyatçı polkovnikin qəhrəmanlıq DASTANI
Ayaq bilərzikləri-4
Müasir bərbərliyin inkişafı














