Milli.Az Avtosfer.az-a istinadən bildirir ki, deputat deyib ki, adı çəkilən məcəllələrdə bir sıra maddələrə, oğurluq, avtomobil ələ keçirtmə, əmlakı qəsdən məhv etmə və ya zədələmə maddələrində cərimələr sərtləşdirilir: "Cərimələr 300 manatdan 500 manata qədər, 700 manatdan 1000 manata qədər, 1000 manatdan 2000 manata qədər və s. artırılır. Bunu ağlabatan hesab etmək olar. İstəmirsən günlərini dəmir barmaqlıqlar arasında keçirəsən, buyur, cərimə ödə və azadlıqda qal. Belə təcrübə bir çox Qərb ölkələrində mövcuddur, özü də cərimələr bizimkindən qat-qat sərt və yüksəkdir.
Bununla yanaşı bir məsələni mütləq qeyd etmək lazımdır. Bu da cəmiyyətimiz tərəfindən məhkəmə qərarlarının icrasına qarşı laqeydliyin olmasıdır. Belə ki, məhkəmənin təyin etdiyi cərimələr vətəndaşlar tərəfindən hətta 3-4 il ərzində ödənmir və onlar bunu ödəmək fikrində də deyillər, bir tərəfdən imkansızlıq, digər tərəfdən isə məsuliyyətsizlik hökm sürür. Özünüz də tanıdığınız icraçılardan maraqlanın görün cərimələrin ümumrespublika üzrə neçə faizi icra olunur. Demək olar, cərimələrin 60-70 faizi icra olunmur.
Həqiqətən də dövlət orqanlarının tələblərinə, məhkəmə qərarlarına laqeyd yanaşma, məhkəmə qərarlarının cavabdehlər tərəfindən icra edilməməsi günümüzdə çox aktualdır. İstər aliment, kredit öhdəlikləri, istərsə də digər mülki mübahisələrlə bağlı məhkəmənin qəbul etdiyi qərarların icrasından on minlərlə yayınmalar var.
Bildiyiniz kimi, məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Cinayət Məcəlləsinin 306-cı maddəsi üç ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Amma hələ də bir çox vətəndaşlar bu maddənin təsiri altına düşməkdən qorxmurlar. Bir çoxları alimentin, bəziləri borc öhdəliyinin, həmçinin digər mülki öhdəliklərinin icrasından boyun qaçırmağa davam edirlər.
Məlumat üçün qeyd edim ki, 2015-ci il 17 noyabr tarixində Rusiya Dövlət Duması yol hərəkəti qaydasının pozulmasına görə müəyyən olunan cəriməni və 10 min rubldan çox aliment borcunu ödəməyən şəxslərin sürücülük hüququndan məhrum olunmasını nəzərdə tutan qanun qəbul etdi. Bu qanun həmçinin sağlamlığa ziyana görə zərərin ödənməməsi, ailə başçısının ölümünə görə ziyanın ödənməməsi, cinayət nəticəsində vurulan ziyanın ödənməməsi və s. görə sürücülük hüquququn məhdudlaşdırılmasına da aid edilir. Bu, əlbəttə, bizim üçün də gözəl nümunə ola bilər".
Yeri gəlmişkən, deputat xatırladıb ki, bir neçə il əvvəl də maraqlı təklif irəli sürüb: "Təkliflə çıxış etmişdim ki, alimentin icrasından boyun qaçıran şəxslərə qarşı ölkədən çıxma məhdudiyyəti ilə yanaşı onların sürücülük hüququ da məhdudlaşdırılsın. Biz Rusiyadan fərqli olaraq təkcə aliment öhdəliyini icra etməyənlərə qarşı yox, ümumiyyətlə, belə bir maddənin tətbiq dairəsini genişləndirərək mülki öhdəliklərini yerinə yetirməyənlərə, təyin edilən cərimələri ödəməyənlərə qarşı bənzəri tədbirlər həyata keçirə bilərik. Düşünürəm, bu cür tədbirlər öhdəliklərin yerinə yetirilməsində əhəmiyyətli rol oynaya bilər.
Buna görə mən cərimələri sərtləşdirməklə yanaşı, Cinayət və ya İnzibati Xətalar məcəllələrinə yeni maddənin salınmasını təklif edərdim.
Fikrimcə, cərimələri ödəməyənlərə qarşı ölkədən çıxmanın qadağan olunması, müxtəlif lisenziyanın geri alınması, sürücülük hüququnun məhdudlaşdırılması və s. kimi müddəaları nəzərdə tutan dəyişiklikləri ya Cinayət, ya da İnzibati Xətalar Məcəlləsində etməliyik ki, bu gün və gələcəkdə edəcəyiniz dəyişikliklər kağız üzərində qalmasın, icra olunsun".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?