Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan hərbi qulluqçusunun meyidinin geri qaytarılmasına ermənilərin əvvəlcədən razılıq verməsinə baxmayaraq sonradan bu məsələyə rədd cavabı verməsi, cəbhənin hər iki tərəfindəki vasitəçiləri sözün əsl mənasında şoka salıb.Təəssüf doğuran bir məsələ də odur ki, bu poseslərdə iştirak edən vasitəçilər də ermənilərin bu addımlarına prinsipial yanaşmır, onlara qarşı sərt tədbirlər görməyə, hərəkətlərinə qiymət verməyə və münasibət bildirməyə tələsmirlər. Bu, həm də sülhməramlı missiyanı yerinə yetirməklə bütün dünyada ad çıxarmış Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT kimi beynəlxalq təşkilatların imicinə zərbə vurulması və işgüzar nüfuzuna xələl gətirilməsi deməkdir.Eyni zamanda döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin çıxarılması zamanı vasitəçilərin heç bir foto-video çəkilişlərin aparılmaması barədə dəfələrlə xəbərdarlığına məhəl qoymayan ermənilər yenə də gizli şəkildə bunu həyata keçiriblər. Hələ bu azmış kimi, həmin videokadrlar sosial şəbəkələrə yerləşdirilərək yayımlanıb. Yalnız Azərbaycan tərəfinin beynəlxalq vasitəçilərə israrlı etirazından sonra videokdrların çıxarılmasına nail olunub. Mənəvi cəhətdən deqradasiyaya uğrayan ermənilər hətta insan ölümündən, faciədən də öz maraqları üçün hər zaman olduğu kimi istifadə etməyə çalışır, çirkin vasitələrə əl atımaqdan belə çəkinmirlər.Digər bir məqam isə beynəlxalq vasitəçilərin müraciətinə anlayışla yanaşan Azərbaycan tərəfinin, ermənilərin öz meyitlərini axtararaq çıxarmaları üçün onlara ideal şəraitin yaradılması məsələsidir. Ancaq buna baxmayaraq, hər cür şəraitin yaradılmasına rəğmən, tərəfimizdən müşahidə edilmişdir ki, düşmən tərəfi döyüşdə ölən əsgər və zabitlərinin cəsədlərinin toplanmasında heç də fəallıq göstərmir, bu məsələyə biganə, laqeyd yanaşır, hərbi qulluqçuların nəşinin valideynlərinə çatdırılmasında maraqlı olmadıqlarını sübut edirlər. Ehtimal ki, hələ də döyüş meydanında qalan erməni meyitləri Dağlıq Qarabağdan hərbi xidmətə çağırılmış və ya dünyanın digər qaynar nöqtələrindən könüllü adı ilə cəlb edilmiş terrorçuların cəsədləridir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb