Təşkilatın Avropa Regional Bürosundan bildirilib ki, Azərbaycan qripin yayılmasına görəAvropa regionunda sporatik, yəni təsadüfi rast gəlinən, tendensiyasına görə isə azalma müşahidə edilən ölkə kimi dəyərləndirilir: “ÜST-nin Avropa Regional Bürosu Respublika Taun Əleyhinə Stansiyanın milli qrip laboratoriyasını və Səhiyyə Nazirliyinin qripə nəzarət edən yerli nəzarət orqanını dəstəkləyir. Azərbaycan, həmçinin Regional Qripə Epidemoloji Nəzarət Şəbəkəsində - “Avropa Qrip Xəbərləri” platformasında iştirak edir və Azərbaycandan olan məlumatlar bülletenə daxil edilib”.
Bürodan əlavə edilib ki, 2009-2010-cu illərdə Azərbaycan dünyada ÜST-dən pandemiya qrip peyvəndini alan və milli peyvənd kampaniyasının icrasına yardım göstərilən ilk ölkələrdən biri olub. Bunun nəticəsində pandemiyanın Azərbaycana təsiri nisbətən az olub: “İndi A(H1N1) mövsümi qrip virusudur. Qrip peyvəndi hər mövsüm tədqiqatlar əsasında insanlar arasında yayılmağı gözlənilən viruslardan qorumaq üçün hazırlanır. 2015-2016-cı il mövsümündə şimal yarımkürəsi üçün peyvəndə A(H1N1), A(H3N2) və B viruslarının ştamı daxildir. Bu mövsümdə peyvəndin mövsümi qrip viruslarının çoxu ilə yaxşı mübarizə aparacağının əlamətləri mövcuddur. Yəni peyvənddəki virusların insanlar arasında gəzən viruslarla yaxından bağlılığı var. Buna görə də cari peyvəndin yaxşı müdafiə təmin edəcəyi gözlənilir”.
Qeyd edilib ki, 2009-cu ildəki pandemiyadan sonra hər qrip mövsümündə müxtəlif virusların üstünlük təşkil edə bilməsinə baxmayaraq, digər iki mövsümi qrip virusu - A(H3N2) və qrip B virusları ilə yanaşı, A(H1N1) qrip virusu da yayılmağa başlayıb: “2015-2016-cı il mövsümündə Avropa regionunda bir sıra ölkələrdə A(H1N1) qripindən ciddi ağırlaşma və ölüm halları müşahidə olunur. Güman ki, bölgənin bəzi digər ölkələri də bu hallarla üzləşə bilər”.
Bürodan bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrə yerlərdə mövsümi qrip əleyhinə peyvənd proqramına malik olmağı və qripin ağır formalarına yoluxma riski olan qruplar üçün mövsümi qrip peyvəndlərinin təminatının mövcudluğuna əmin olmağı tövsiyə edir. Risk qrupuna yaşlı insanlar, yaşlılar və əlillər üçün müəssisələrin daimi sakinləri, hamilə qadınlar, xroniki ürək və ya ağciyər xəstəlikləri və ya xroniki nevroloji xəstəlikləri olan insanlar, eləcə də 6-59 aylıq uşaqlar daxildir: “Məlum olduğu kimi, A(H1N1) ciddi xəstəliyə, bəzi hallarda sağlam böyük insanlar, o cümlədən hamilə qadınlarda ölüm hallarına səbəb ola bilər. Həkimlər xəstələrə virusa qarşı preparatlarla dərhal müdaxilə etmək üçün məlumatlandırılmalı və təlimat almalıdırlar”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz