Azərbaycanda çörəyin qiymətinin yenə də bahalaşdığına dair məlumatlar dolaşmağa başlayıb. Hətta bununla bağlı Milli.Az-a müraciət edən oxucular bahalaşmanın çörəyin piştaxtalardakı real qiymətlərində deyil, çəkisinin azalmasında əks olunduğunu iddia edirlər.
Məsələyə rəsmi aydınlıq gətirmək məqsədi ilə Milli.Az İqtisadiyyat və Sənaye Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bu məlumatların həqiqətə uyğun olmadığını bildirib: "Çörək belə bir şeydir ki, onu hamımız alıb istehlak edirik. Şəxsən mən özüm çörəyin qiymətinin qaxlmasına və çəkisinin azalması faktına rast gəlməmişəm. Rəsmən də bildiririk ki, ölkədə çörəyin qiymətinin qaldırılmasına və onun çəkisinin azaldıldığına dair yayılan xəbərlər həqiqətə uyğun deyil və bunun heç bir iqtisadi əsası da yoxdur. Əgər belə bir şey olsaydı, hamı görərdi. Bu məlumatların hansı məqsədlə yayıldığına dair isə bir şey deyə bilmərəm".İqtisadçı-ekspert Nicat Hacızadə də deyir ki, çörəyin qiymətinin bahalaşmasının heç bir iqtisadi əsası yoxdur. Hətta onun fikrincə, gələn ildən etibarən çörəyin qiymətində ucuzlaşma olmalıdır: "Baş verən süni qiymət artımlarını çörəyin də qiymətində müşahidə etmək olur. İndi mağazalarda 20, 30, 40 qəpik və 1 manata qədər qiymətdə çörək növləri var. Deməli, sahibkarlar müxtəlif çəkilərdə çörək istehsal edirlər. Süni qiymət artımı barədə tam olaraq rəsmi məlumat yoxdur. Sadəcə olaraq, Qazaxıstandan, Rusiyadan gələn taxıl nəqliyyat xərcləri və bəzi neqativ hallara görə bura baha qiymətə gəlib çıxır.Çörəyin qiymətində onun çəkisinin azalması hesabına müşahidə edilən bahalaşma da ölkəyə gətirilən un məmulatlarının qiymətinin bahalaşması ilə əsaslandırılır. Amma iqtisadi cəhətdən çörəyin qiymətinin qalxması əsassızdır. Əvvəla, bu il kənd təsərrüfatı ilidir. Hal-hazırda ölkəmizdə gözlənilən proqnozdan 5 dəfə artıq taxıl istehsal edilib. Hətta ölkə başçısı da bu barədə qeyd etmişdi ki, əgər bizdə taxıl varsa, demək ki, kənd təsərrüfatı mallarında qiymətlər enməlidir. Keçən illərdə taxılın bir hissəsini Qazaxıstandan idxal edirdik. Amma 2016-cı ildən etibarən buna ehtiyac olmayacaq. Deməli, ölkədə sahibkarlara satılan unun qiyməti enəcək və avtomatik olaraq, çörəyin də çəkisi saxlanmaq şərti ilə qiymətlər minimum səviyyəyə qədər enməldir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR