Məsum imamlarımız Məhərrəm ayı girəndə matəmə qərq olar, İmam Hüseynə (ə) əza saxlayardılar. İmam Rza (ə) buyurub ki, Məhərrəm ayı girəndən atamın güldüyünü görən olmazdı. Ona görə də hər şeydən əvvəl möhtərəm oxuculardan xahiş edirik ki, bu müqəddəs ayın və onun ardınca gələn səfər ayının ehtiramını gözləsinlər, şadlıq və şənlikdən çəkinsinlər, Peyğəmbərin, Fatimənin və 12 imamın (ə) ruhunu incidəcək hərəkətlərə yol verməsinlər. Bu iki ayda toy, nişan, ad günü və şadlıq məclisləri keçirmək, belə məclislərdə iştirak etmək, şən musiqiləri dinləmək günahdır.Ümumiyyətlə, Məhərrəm ayının ilk doqquz gününü oruclu halda yaşamaq müstəhəbdir. Amma aşura günündə oruc tutmaq məkruhdur (bəyənilməzdir; bu məsələ şiə məzhəbindədir).Məhərrəm ayının birinci gecəsi müstəhəb niyyətlə namaz qılmağın savabı var. Dua kitablarında Məhərrəmin birinci gecəsi üçün bir neçə cür namaz qeyd etmişlər. Məsələn, bu gecə 100 rükət namaz qılmaq müstəhəbdir. Namazlar qoşa rükətlər şəklində sübh namazı kimi qılınır, hər rükətdə Fatihə və İxlas surələri oxunur. İkinci növ namaz iki rükətdən ibarətdir. Hər rükətində bir dəfə Fatihə və 11 dəfə İxlas surələri oxunur. Peyğəmbər buyurub ki, hər kim bu namazı qılsa və ertəsi gün (yəni Məhərrəm ayının 1-də) oruc tutsa, bütün il ərzində xeyir əməllər etmiş adam kimi sayılar və o il ərzində amanda olar. Əgər bu ilin içində ölsə belə, cənnətə gedər inşaAllah. (Əlbəttə, bu mükafat həmin ibadətləri səmimi niyyətlə, ixlasla, qaydasına uyğun şəkildə yerinə yetirən, il ərzində bu ibadəti günahla bulaşdırmayan adama aiddir). Nəhayət, üçüncü növ müstəhəb namaz da iki rükətlikdir. Birinci rükətdə Fatihə və Ənam surələri, ikinci rükətdə isə Fatihə və Yasin surələri tilavət edilir. Bu namazda oxunan surələr uzun olduğu üçün, bunları əzbər bilməyənlər o biri namazları qılsalar məsləhətdir. Məhərrəm ayının ilk gecəsini oyaq qalmaq (ehya saxlamaq), ibadət və dua ilə məşğul olmaq, Kərbəla faciəsi haqqında düşünmək, İmam Hüseynin (ə) qatillərinə lənət demək də savabdır.Məhərrəm ayının birinci günündə oruc tutmaq müstəhəbdir. İmam Rza (ə) buyurub ki, hər kim bu gün oruc tutub Allahı çağırsa (yəni dua etsə), Allah-təala onun duasını Zəkəriyya Peyğəmbərin (ə) duası kimi müstəcab edər. Yenə İmam Rza (ə) buyurub ki, Həzrət Mühəmməd Peyğəmbər (ə) Məhərrəmin birinci günündə iki rükət namaz qılar, sonra əllərini qaldırıb dua edərdi. Peyğəmbərin "Allahümmə əntəl-ilahül-qədim" cümləsi ilə başlayan duası "Məfatihül-cinan" kitabında bütöv verilib.Bundan əlavə, Məhərrəm ayının 3-ü də mübarək gündür. Həzrət Yusuf Peyğəmbər (ə) həmin gün zindandan azad olub. O gün oruc tutan adamın çətin işlərini Allah asan edər, qəm-qüssəsini uzaqlaşdırar və duasını yerinə yetirər.Aşura gecəsinin və aşura gününün müstəhəb əməlləri ayrıca məqalə şəklində diqqətinizə təqdim ediləcək.
("Məfatihül-cinan" kitabına istinadən).
Mənbə: Milli.Az
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Şaurma (foto-resept)
Kişilər necədirlər?
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
Nanənin faydaları
Neft yenidən ucuzlaşdı
Gəlin?Qaynana?
Boşanmış qadınlar ona tapınırlar
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Azərbaycanda Qafqaz Kuboku keçirilib
Azərbaycan tarixindən yüz şəxsiyyət-5
Varlanmaq üçün iki şey lazımdır
Meryem Üzerli izləyicilərini təəccübləndirdi-FOTO
Boksçumuz ermənini məhv etdi
Beynimizi dəyişən smartfonlar
Dərslərə az qaldı...
Seçki təşviqatı aparmaq istəyən KİV-lərə ayrılan vaxt başa çatır
Fransada açıq məkanlarda maska taxmaq məcburi oldu
Bu şəxslərə koronavirusa görə birdəfəlik ödəmə verilməyəcək - RƏSMİ
Fahriye Evcenin qış kolleksiyası - FOTO
Ağcabədinin Qiyaməddinli kəndi atəşə tutuldu - RƏSMİ
Şəkillərdə gözəl görünməyin yolları
"Harri Potter"-in məşhur aktyoru əməliyyat olunacaq-SƏBƏB
Tatlısəs ata olacaq?-FOTO
Güclü qasırğa ABŞ-ın cənubuna doğru irəliləyir
2 min hamilə qadın dəhşətli virusa yoluxub
Sarımsaqlı-kartoflu zapekanka (foto resept)
93 yaşlı nənənin etdikləri hər kəsi heyran etdi-VİDEO
Yerli TV və radiolar yayımlarını dayandıracaq-SƏBƏB
Çox pul gətirən yeni işlər
Azərbaycan millisində 3 yeni sima
Türkiyənin görməli yerləri
Azərbaycan dili - VII dərs
Məşhur futbolçunun qabırğası sındı
Dağlıq Qarabağ: vəziyyət çox təhlükəli ola bilər
Tbilisidəki televiziya qülləsi bayrağımızın rənglərinə boyandı
Apple bazarı "işğal" edib
Koronavirusa görə bu məhsullar idxal rüsumundan azad edildi - QƏRAR
Evimizdə təhlükə
Azərbaycanda daha 23 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Ləkə çıxararkən edilən 7 xəta
Soçi-2014: İdmançımızın növbəti cəhdi
Sərdarla Demet arasında qalmaqal
Dərini təmizləyən badam südü necə hazırlanır?
"Üzüm" qurabiyəsi (foto resept)
"Avro-2016"nın ən yaxşıları müəyyənləşdi
İran həcc təşkilatının rəhbəri Səudiyyə Ərəbistanını əxlaqsızlıqda ittiham edib
Əbu-Dabidə dünyanın ən qədim mirvarisi tapılıb
TPAO-nun rəhbəri: "Neftin ucuz olması Azərbaycanla həyata keçirdiyimiz layihələrə əngəl olmur"
Bakı bulvarı dəyişiləcək
Aşura günü qan töküldü
![](/sfiles/img/icons/valuable-icon.png)