ANS PRESS-in Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, bu addım Türkiyənin 2015-ci ildən ölkəyə gələn turistlərin sayını artırmaq istəyi ilə bağlıdır. Bu məqsədlə Türkiyə yuxarıda bəhs edilən güzəşti Azərbaycanla yanaşı Rusiya,İran, Ukrayna, Moldova, Tacikistan, Gürcüstan və Özbəkistandan gələn turistlərə də şamil edəcək. Türkiyə mədəniyyət və turizm naziri Nihat Zeybekçi bildirib ki, ölkəsi xarici turistləri cəlb etmək üçün bütün imkanlardan istifadə edəcək. Ölkə bu sahədə ciddi problemlə üz-üzədir. Türkiyə statistika xidmətinin məlumatlarına görə, 2015-ci ilin ikinci rübündə PKK terrorunun fəallaşması ilə əlaqədar ölkənin turizm gəlirləri 13,8% azalaraq 7,733 milyard dollara enib. Ankaranın bütün addımları bu problemin həlli ilə bağlıdır.Azərbaycanın turizmlə bağlı problemləri isə artıq 10 ildən çoxdur ki, davam edir. Turizm sektoruna bu qədər sərmayə yatırılmasına baxmayaraq ölkənin gəlirləri Türkiyə kimi dövlətlərlə müqayisədə çox aşağıdır. Rəsmi statistikaya görə, keçən il Azərbaycana turist yollayışı ilə təxminən 10 min nəfər gəlib. Bu, 10 il əvvəlki səviyyə ilə müqayisədə təxminən 2 dəfə azalma deməkdir, 10 il qabaq turist yollayışı ilə gələnlərin sayı 20 min ətrafında dəyişirdi. Bir turistin orta hesabla Azərbaycanda 500 ABŞ dolları xərclədiyi nəzərə alınarsa, 2014-cü ildə Azərbaycanın turizmdən gəlirlərinin 5 milyon dollar olduğunu düşünmək olar. Bunu Türkiyənin 7,7 milyard dollarlıq gəliri ilə heç cür müqayisə etmək olmaz. Potensial imkanlar nəzərə alınarsa, Azərbaycan turizmdən ildə ən azı 1 milyard dollar qazana bilər. Amma son illərdə ölkəyə turistlərin cəlbi istiqamətində heç bir addım atılmayıb. Əksinə, ildən ilə azalma baş verib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Hava haqqında - 26.08.2013
Bakının enerji operatoru abonentlər üçün GSM sayğaclar quraşdırır
“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlandı - FOTO
Bayrağımızdan necə istifadə edək?
Ulduzun gitarası 6,7 milyona satıldı-FOTO
Bədbəxt qadın siqaret çəkməz, yorğanı başına çəkib ağlar”
Saxta ətiri necə tanımalı?
3 aya 22 kq arıqladım
Yeni plastik maddə yaradılıb
İlham Əliyev Xalq artistinə mənzil bağışladı
Prezidentdən Ağdamdakı Ortaq Mərkəzlə bağlı AÇIQLAMA
Xaricdən gətirilən mal-qara sərfəlidirmi?
Bu ailə evdə nəhəng öküz saxlayır
Hamburger (foto resept)
Hamiləliyin uyğun dövrü müəyyənləşib
Süreyya Yalçın arıqladı
"Arka sokaklar"ın aktyoru nişanlandı - FOTO
Parazitlər artır, həkimlər azalır?
Google rouminqsiz plana keçir
Xəstəliklərin dəf olunması (1)
Seçki təşviqatı aparmaq istəyən KİV-lərə ayrılan vaxt başa çatır
Həyat dərsi
Baş dərisindəki sızanaqlar üçün qarışım
Salman Xan həbs oluna bilər-FOTO
Dünyanın tanınmış moda brendləri
19 yaşlı qızın bu addımı hər kəsi Heyrətləndirdi-FOTO
Bu gün imtahandır
Quran oxumağı öyrənin
Whatsapp məhz bu telefonlarda işləməyəcək - SİYAHI
Azərbaycanlı deputatlar ermənilərə görə ayağa qalxdılar
Ən bahalı saatları taxan məşhurlar
Günün ulduz falı
Noyabrı şaxta ilə yola salırıq
Ermənistan MN: Hadrutda döyüş başladı
Sahibsiz heyvanları peyvəndlədik
Feuerbach haqqında tezislər
Xoşbəxtlik axtarışı
Sadə tutmac (foto-resept)
Şokoladlı "Napoleon" tortu (foto resept)
Zümrüd adası- İrlandiya
Rusiya dünyanı QİÇS-dən xilas edə bilər
Tom and Jerry
Ovuntulu bulka (foto resept)
Xoşbəxtlik üçün qidalar
Azərbaycan apardığı irimiqyaslı arxeoloji qazıntılara görə MDB üzrə ilk yerləri tutur
Səhiyyə Nazirliyindən Qızılca AÇIQLAMASI
Ermənilərin “Köçəri” oğurluğuna cavab
2014-2015-ci il qış dəbi
Bu şəxslərin maaşı 25 faiz artdı
Bircə Akalay jurnalistləri təəccübləndirdi-FOTO















- ŞƏRHLƏR