Qadin.NET / Bakıdan qaçan turistlər

Bakıdan qaçan turistlər

Bakıdan qaçan turistlər
Bu ildən başlayaraq Türkiyə bu ölkənin turizm obyektlərinə Azərbaycandan turistlərin təyyarə ilə daşınması üçün kompensasiya kimi hər reysə görə 6 min dollar ödəmək niyyətindədir.
ANS PRESS-in Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, bu addım Türkiyənin 2015-ci ildən ölkəyə gələn turistlərin sayını artırmaq istəyi ilə bağlıdır. Bu məqsədlə Türkiyə yuxarıda bəhs edilən güzəşti Azərbaycanla yanaşı Rusiya,İranUkraynaMoldovaTacikistanGürcüstan və Özbəkistandan gələn turistlərə də şamil edəcək. Türkiyə mədəniyyət və turizm naziri Nihat Zeybekçi bildirib ki, ölkəsi xarici turistləri cəlb etmək üçün bütün imkanlardan istifadə edəcək. Ölkə bu sahədə ciddi problemlə üz-üzədir. Türkiyə statistika xidmətinin məlumatlarına görə, 2015-ci ilin ikinci rübündə PKK terrorunun fəallaşması ilə əlaqədar ölkənin turizm gəlirləri 13,8% azalaraq 7,733 milyard dollara enib. Ankaranın bütün addımları bu problemin həlli ilə bağlıdır.Azərbaycanın turizmlə bağlı problemləri isə artıq 10 ildən çoxdur ki, davam edir. Turizm sektoruna bu qədər sərmayə yatırılmasına baxmayaraq ölkənin gəlirləri Türkiyə kimi dövlətlərlə müqayisədə çox aşağıdır. Rəsmi statistikaya görə, keçən il Azərbaycana turist yollayışı ilə təxminən 10 min nəfər gəlib. Bu, 10 il əvvəlki səviyyə ilə müqayisədə təxminən 2 dəfə azalma deməkdir, 10 il qabaq turist yollayışı ilə gələnlərin sayı 20 min ətrafında dəyişirdi. Bir turistin orta hesabla Azərbaycanda 500 ABŞ dolları xərclədiyi nəzərə alınarsa, 2014-cü ildə Azərbaycanın turizmdən gəlirlərinin 5 milyon dollar olduğunu düşünmək olar. Bunu Türkiyənin 7,7 milyard dollarlıq gəliri ilə heç cür müqayisə etmək olmaz. Potensial imkanlar nəzərə alınarsa, Azərbaycan turizmdən ildə ən azı 1 milyard dollar qazana bilər. Amma son illərdə ölkəyə turistlərin cəlbi istiqamətində heç bir addım atılmayıb. Əksinə, ildən ilə azalma baş verib. 

Mənbə: ANS PRESS

29 sentyabr 2015
GO BACK