"Türkiyə olaraq ziyarətin təşkilatçılığını intizamlı şəkildə həll edərik".
Səudiyyə Ərəbistanının Məkkə şəhərində yüzlərlə zəvvarın ölümünə səbəb olan izdiham faciəsindən sonra Türkiyədən bu ölkəyə şok təklif səsləndirilib. ANS PRESS-in məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini ziyarət zamanı Məkkədə təhlükəsizlik yönündən ciddi bir əskiklik olduğunu deyib. Mehmet Əli Şahin həcc ziyarətinin təşkilatçılığının Türkiyəyə verilməsini təklif edib. Şahin, baş verənlərə "tale", "vaxtı çatdı", "əcəl" və s. deyib keçməyin mümkün olmadığını deyib. Sədr müavini həmçinin Məkkə və çevrəsinin Səudiyyə Ərəbistanı ərazisində olsa da bu müqəddəs məkanın bütün müsəlmanlara aid olduğunu vurğulayıb: "Oradakı təhlükəsizlik probleminin həlli üçün bütün müsəlman ölkələrinin birlikdə müzakirələr aparmasında fayda var. "Oradan gələnlər buradan gələnləri sıxışdırıb əziblər". Elə şey olar? Bunu dünyaya necə izah edəcəksiniz? İzahı mümkündürmü? Minə yaxın, 753 insan dünyasını dəyişdi. Belə şey olar? Heç kim millətçilik elədiyimi fikirləşməsin. Bizə versinlər, Türkiyə Allahın izni ilə heç kimin burnunu qanatmadan həcc ziyarətini təşkil edər. Zəhmət haqqı da istəmirik. Səudiyyə Ərəbistanı hökumətinə müraciət edirəm. Verin bizə, Türkiyəyə. Türkiyə olaraq ziyarətin təşkilatçılığını intizamlı şəkildə həll edərik". Mehmet Əli Şahin Səudiyyə Ərəbistanı rəsmilərinin baş verənləri zəvvarların səhlənkarlığıl ilə əlaqələndirməsinə də kəskin etirazını bildirib: "Qardaşım, tədbiri sən görəcəksən. İntizamı sən təmin edəcəksən. Onlara istiqamət verəcəksən. Afrikadan gəliblər. Ola bilər ki, gediş-gəlişi bilmirlər. Onları öyrədən, yol göstərən siz olmalısınız. İstiqamət lövhələri, hətta insanlarla onlara rəhbərlik etməli olan da sizsiniz. Bunun bəhanəsi ola bilməz. Səhlənkarlıq nəticəsində insan tələfatı meydana gəlmişdir. Bir daha belə şeylərin olmamasını təmənna edirəm". İki gün öncə Səudiyyə Ərəbistanının Məkkə şəhərində 753 zəvvarın ölümü, 887 nəfərin isə xəsarət alması ilə nəticələnən faciə baş verib. Qəza Mina çölündə yaranan izdiham nəticəsində baş verib.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
2016-cı ilin bayram günləri SİYAHI
“WhatsApp” istifadəçilərinə daha bir xoş xəbər
Uşaqların oyun asılılığına qarşı 7 tövsiyə
Mənim bəyaz gəlinliyim
Şəhid ailəsi üçün Prezidentinin təqaüdü artırıldı
Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər
Hər qadına yaraşan geyimlər
Hafiz Paşayev: "Hər bir təhsil və elm ocağının ürəyi kitabxanadır"
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq
Qeyri-adi stollar
Payız və qış gəlinləri üçün saç modelləri
Kraliçanın gəlinlərinə QADAДћA-FOTO
Sevgililər günü üçün dekorasiya tövsiyələri
BÜRCLƏR bizə nə vəd edir?-30 dekabr
İnanmaq istəmirəm...
Zövq, yoxsa səviyyə?
Cizgi film qəhrəmanları karantində
Yeni qaş dəbi
Bu rayonlar qazsız qalacaq
Milli Şura bəhanə idi?
İki dəfə məzara girən dahi
Makiyajsız gözəl görünmə sirləri
Ərəblər Burak Özçivitə SƏRVƏT qazandırdı
Hamilə qadınlar hansı geyimləri almalıdır?
Komandamız Dünya Kubokunun finalında
Qar fobiyası - Chionophobia
Məşhur cütlük “Netflix”lə müqavilə bağladı
İşıq saçan delfinlər peyda oldu – VİDEO
Eyfel qülləsinə səyahət
Səhiyyə Nazirliyi yeni platforma yaratdı
O yaşda beyin duru
Asena ev dustağı olub-SƏBƏB
Tatlısəs evlənir-FOTO
Alsunun qızına görə Rusiyada QALMQAL
Məşhurların qəribə gözəllik sirləri
Con Frenç Sloanın rəsmləri (3)
Əkiz olan məşhurlar
Bakı yollarında yenilik
Dünya ölkələri haqqında maraqlı faktlar
20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər - FOTO
Naviqatorları niyə sevmirik?
Normal yuxu orucu asanlaşdırır
Bu şirkət 4 günlük iş rejiminə keçdi
Səsi nazik olan kişilər, diqqət
"Ali məktəblərdə təhsil alan qızların sayı artıb"
Hamiləlikdə ürəkbulanma necə keçər?
“Bakı Metropoliteni”nə subsidiya azaldılır
Dodaqları silikon olduğundan bağlanmır - FOTO
Hansı ölkə daha çox yatır?
Azərbaycan alimlərindən bir ilk














