
İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu keçirilib. 45-ci ənənəvi illik Forumun əsas mövzu isə ''Yeni qlobal kontekst'' olub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətləri iştirak edib. Azərbaycanı Prezident İlham Əliyev təmsil edib. Dövlət başçısı Forumun sessiyalarında nitq söyləyib. Onlardan biri ''Regionların transformasiyası: Avrasiya'' adlanırdı. Burada irəli sürdüyü ideyalarla dinləyicilərin dərin rəğbətini qazanan ölkə rəhbəri kifayət qədər peşəkar siyasətçi olduğunu bir daha təsdiq edib. Toxunduğu bütün məsələlərlə bağlı məntiqli, dolğun və əhatəli fikirlər söyləyən İlham Əliyevi tədbirdə iştirak edənlər diqqətlə dinləyib, öz münasibətlərini bildiriblər. Onların hər biri ölkə rəhbərinin söylədiyi strateji xarakterli tezislərin vacibliyini bir daha vurğulayıblar.
Əhəmiyyətli tədbir: dünyanı narahat edən məsələlərin müzakirəsi
Davosda keçirilən Dünya İqtisadi Forumunda, bir qayda olaraq, hər kəsi narahat edən məsələlər müzakirə olunur. Bu il keçirilmiş tədbir isə daha aktual təsir bağışlayırdı. Bunun əsas səbəbi dünyanın çoxlu sayda qlobal problemlərlə üz-üzə qalmasındadır. İsveçrənin bu şəhərinə toplaşanlar həqiqi mənada vacib problemləri müzakirə ediblər. Əsası 1971-ci ildə isveçrəli professor K.Şvab tərəfindən qoyulmuş Dünya İqtisadi Forumu siyasi, geosiyasi və təhlükəsizliklə bağlı əhəmiyyətli məsələləri gözdən keçirib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə və Almaniyaya uğurlu səfərlərindən sonra Davosda da öz dərin məntiqli çıxışı ilə diqqətləri çəkib. Dövlət başçısının iştirak etdiyi iclaslarda iştirakçıların Azərbaycanla bağlı gedən proseslərə böyük maraq göstərdiyi açıq hiss olunub. Bunun fonunda Prezident İlham Əliyevin söylədiyi fikirlərə münasibət, heç şübhəsiz, maraq doğururdu. O cümlədən ölkə başçısının ''Regionların transformasiyası: Avrasiya'' mövzusunda sessiyadakı nitqi diqqətlə dinlənilib.
Dövlət başçısı, hər şeydən əvvəl, Azərbaycan üçün çox ağır olan keçən əsrin 90-cı illərini xatırladıb. O zamanlar Azərbaycan dövləti qarşısında xeyli çətinliklər yaranmışdı. Əsas məqsəd siyasi sistemin transformasiyasına nail olmaqdan ibarət idi. Ancaq bu, o qədər mürəkkəb şərtlər altında həyata keçirilməli idi ki, yeni inkişaf səviyyəsinə çıxmaq mümkün olsun. Təcrübə göstərdi ki, Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəldi. Bu kontekstdə Prezidentin aşağıdakı fikirlərini xüsusi vurğulamaq gərəkdir: ''Mən belə hesab edirəm ki, 23 illik müstəqillik dövrü açıq qapı siyasətini yürüdən, sərmayələri cəlb edən və bugünkü əsas çağırışları aradan qaldıran ölkənin əldə etdiyi nailiyyətləri baxımından çox maraqlı dövr hesab edilə bilər''.
Burada Azərbaycanın siyasi və iqtisadi sahələrdə əldə etdiyi tarixi nailiyyətlərin qısa məzmunu ifadə edilib. Çünki söhbət sadəcə dəyişikliklərdən deyil, bütövlükdə sistemi yeniləşdirən və ardıcıl olaraq reallaşdırılan proqramlardan gedir. Bu aspektdə Prezidentin vurğuladığı kimi, ''əsas çağırışları aradan qaldıran'' dövlət qurmaq böyük ustalıq tələb edir. Həmin müstəvidə Davosdakı Forumda Azərbaycanın belə bir səviyyədə iştirakı ayrıca diqqətə alınmalıdır. Söhbət Azərbaycanın hansı çətinliklərə sinə gərməsindən gedir? Bu sualın cavabı İlham Əliyevin çıxışı boyu konkret nümunələrlə verilib.
Sirr deyil ki, hazırda dünyanın əksər dövlətləri iqtisadi böhrandan və o cümlədən neftin qiymətinin ucuzlaşmasından əziyyət çəkir. Müxtəlif ölkələrdə həyat tərzi sürətlə aşağı düşür, milli valyutalar ucuzlaşır. Bu prosesin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin bir şey aydındır – bütövlükdə dünya mürəkkəb sosial-iqtisadi vəziyyətə düşüb. Təbii ki, belə şəraitdə ayrıca ölkə daxilində sabitliyi qoruyub saxlamaq olduqca müşkül işdir.
Lakin məhz Azərbaycan rəhbərliyi buna nail olur. Dövlət başçısı xüsusi qeyd edib ki, həm daxili siyasətdə sosial-iqtisadi inkişafı təmin edən tədbirlər həyata keçirilir, həm də xarici ölkələrlə əlaqələr yeni səviyyəyə qaldırılır. Bu bağlılıqda iri enerji və nəqliyyat layihələrinin reallaşdırılması prinsipial əhəmiyyət kəsb edir. Azərbaycanın bu siyasətini bütün dünya üçün nümunə hesab etmək olar.
İlham Əliyev ürəkləri fəth edib
Birincisi, ona görə ki, müstəqilliyini əldə etmiş bir dövlət xarici siyasətdə yalnız qarşılıqlı faydalı əməkdaşlıq əsasında proqnozlaşdırıla bilən mühit yaratmaq kursu götürüb. Müqayisə üçün deyək ki, Ermənistandan bu cür davranış gözləmək əbəsdir. Bu kiçik ölkənin əsas məqsədi qonşulara qarşı müxtəlif iddialar irəli sürməklə öz varlığını təmin etməkdir. Belə bir xəttin perspektivi olmadığını hər kəs bilir, lakin rəsmi İrəvan başqa siyasətə qadir deyil.İkincisi, Azərbaycan həyata keçirdiyi nəqliyyat və enerji layihələri ilə müxtəlif regionlar arasında əlaqə yaradır. Bu da ancaq böyük və qüdrətli dövlətlərə xas olan davranışdır. Prezident İlham Əliyevin həmin aspektdə ''Cənub qaz dəhlizi''nin və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin adını çəkməsi təsadüfi deyil. Hər iki layihə Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayır. Yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, Bakı bu planlarını reallaşdırmaqda israrlıdır. Dövlət başçısı həmin məqamı çıxışında ayrıca vurğulayıb.
Bunlarla yanaşı, Azərbaycan rəhbəri iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində həyata keçirilən proqramlardan da danışıb. O deyib: ''İqtisadi cəhətdən Azərbaycan iqtisadiyyatının 85 faizini özəl sektor formalaşdırır. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi siyasəti də uğurla həyata keçirilir. Neft qiymətlərindən asılılığımız get-gedə azalır. Beləliklə, iqtisadiyyatımızın böyük bir qismi qeyri-enerji sektoru tərəfindən təmin edilir''.
Deməli, Azərbaycan bir çoxlarının iddia etdiyi kimi, yalnız neftdən asılı olan iqtisadiyyat yaratmayıb. İllərlə reallaşdırılan proqramlar imkan verir ki, neftin ucuzlaşması mərhələsində belə ölkədə gəlir gətirən özəl sektor fəaliyyət göstərsin. Bunun sayəsində Azərbaycan bu dəfə də çox az itki ilə yeni inkişaf səviyyəsinə yüksələ biləcək.
Bizcə, Forum iştirakçıları üçün ən maraqlı olan məhz bu məqam olub. Prezident İlham Əliyevin nitqi ilə bağlı öz fikirlərini ifadə edənlərin söylədikləri belə bir nəticə çıxarmağa əsas verir. Məsələn, Avropa Komissiyasının keçmiş sədri J.M.Barrozu vurğulayıb ki, ''Bu səbəbdən, biz enerji təchizatı marşrutlarının şaxələndirilməsi təşəbbüsünə əvvəlcədən dəstək vermişik. 2012-ci ilin yanvarında mən Prezident İlham Əliyevlə ''Cənub qaz dəhlizi'' ilə əlaqədar sənəd imzaladıq''. Tədbirdə Qazaxıstanı təmsil edən iqtisadi inteqrasiya məsələləri üzrə nazir J.Aytjanova isə xüsusi qeyd edib: ''Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas vəzifə milli iqtisadiyyatın şaxələndirilməsi və daha yaxşı investisiya mühitinin yaradılmasıdır. Bu, regionda çağırışların aradan qaldırılmasına dair Qazaxıstanın yanaşması və mövqeyidir''.
Bütün bunların fonunda ölkə başçısı çıxışında təhlükəsizlik və terrorla mübarizəyə dair aktual fikirlər söyləyib. Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini coğrafi və metodoloji baxımdan dəqiq qiymətləndirib. Hesab edirik ki, bu, bütövlükdə münaqişələrin həlli tarixində ayrıca vurğulanmalı məqamdır. Çünki İlham Əliyev siyasətçilər sırasında ilk olaraq həmin münaqişənin geosiyasi təsir dairəsini nəzəri və praktiki aspektlərdə dolğun açıqlayıb. Real olaraq Cənubi Qafqazda mövcud olan bu problem bütövlükdə dünyanın nizamını poza bilər. Çünki müasir dövr cüzi dəyişikliyə belə çox həssasdır.
Bununla yanaşı, məsələ Azərbaycanla Ermənistanın dövlət kimi fəaliyyətlərinin məzmunu ilə əlaqəlidir. Ermənistan regionda radikal, təcavüzkar, kənar qüvvələrdən asılı siyasətin təmsilçisidirsə, Azərbaycan tam müstəqilliyi hədəfləyən kurs həyata keçirir. Bir-birinə diametral əks mövqedə olan bu faktorlardan böyük dövlətlər hər an istifadə edə bilərlər. Məhz bu mənada münaqişənin geosiyasi təsir dairəsi bütün dünyanın əhatə edir. Bu münaqişə həll edilmədikdə, yeniləri yaranacaq. Yəni problemin ədalətli həlli yalnız Azərbaycanın deyil, dünyanın marağında olmalıdır.
Prezident İlham Əliyev həmin kontekstdə onu da vurğulayıb ki, indi mövcud olan təhdidlərə qarşı bir yerdə mübarizə aparmaq lazımdır. Onlar əvvəlcədən məlum idi. Əgər ikili standartlar siyasəti olmasaydı, vəziyyət indikindən qat-qat yaxşı olardı. Bizcə, dövlət başçısının bu fikirlərindən ciddi nəticələr çıxarılmalıdır – Qərb ədalətli və şəffaf siyasət həyata keçirməlidir.
Həmin məqamları sessiyada iştirak edənlər hiss ediblər. Onlar verdikləri suallar və etdikləri çıxışlarla bunu nümayiş etdiriblər. Baş verənlərdən aydın görünürdü ki, bir sıra dairələrin Azərbaycana qarşı apardığı ''qara piar'' kampaniyası gözlənilən nəticəni vermir. Bu da təbiidir, çünki ''yalan ayaq tutar, ancaq yeriməz''.
Beləliklə, Davos Forumu Azərbaycan üçün əhəmiyyətli olub. Biz ölkə rəhbərinin həmişə dərin məzmunlu nitqlər söylədiyini yaxşı bilirik. Bu dəfə böyük bir beynəlxalq tədbirdə cənab Prezident Azərbaycanın adını yüksəklərə qaldırıb.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Zəngilanın işğaldan azad olunmuş kəndindən görüntülər - VİDEO
Şəklini çəkib Dünyaya rəzil etdi - FOTO
Ruhların sirri açıldı
İsmayıllıda zona birinciliyi
Azərbaycanda yeni qaydalar təsdiq edildi
Kanadanın baş naziri koronavirusun ikinci dalğasının gəldiyini elan etdi
Cütlüklər arasında güclü bağlılıq olduğunu göstərən əlamətlər
Qadınla kişinin maddələr mübadiləsi fərqlidir
Evdəki vasitələrin möcüzəvi təsiri
Pakistan mətbuatında Prezident İlham Əliyev haqqında məqalə dərc edilib
Hamlet Xanızadənin doğum günüdür
Sənatkarın ailəsi mətbuata əsəbləşdi
"Aprel döyüşlərində bir kəndi də itirmişik"
Əliyev büdcəni təsdiq etdi
Ətli perojki (foto resept)
Səsverməyə ayı balası ilə gəldi – FOTO/VİDEO
Yasin” surəsi oxuyanın çatdığı 10 BƏRƏKƏT
Koronavirusa yoluxma riskini üçdə birə qədər azaldan xəstəlik
Şok dərman ucuzlaşması
Geni dəyişdirilmiş milçəklər
Xəyallarımızdakı evlər
Ön cəbhədə atışma
Saçları tez-tez yumaq zərərlidirmi?
Dünyanın ən bahalı fast-fudu hazırlandı
HAVA necə olacaq?- 4 fevral
Mövsüm keçidlərində qidalanmağa diqqət
Azərbaycanda şəhərlərin ümumi və baş planlarının monitorinq müddəti müəyyənləşdi
Həkimlə ünsiyyət qorxusu
Zərafətin "ə"-si, zarafatın "a"-sı
Azərbaycan kitab bazarında rekord
Bizim fəlsəfə dünyamız (2)
Bu da Marsdan selfi
Gənc göstərən makiyaj
Kompüter satışları niyə azalır?
"Survivor"2020-nin çempionu hər kəsi təəccübləndirdi
Cem Yılmazdan ayrılan Defne diqqət çəkdi-FOTO
Çavuşoğlu və Lavrov Qarabağdan danışdı
Türkiyə çempionatı: "Beşiktaş"ın super şansı
Ohanyanı yenə parlamentə çağırdılar - Qapalı müzakirə gedir
Coğrafiya elminin yaranması və inkişafı
COVID-19-a təkrar yoluxmanın başlıca səbəbi
Bred Pitt 20 ildən sonra ilk dəfə...-FOTO
Mal ətinin ardınca toyuq əti də bahalaşdı
Görme qüsurlu insanlar üçün smart eynek.
"Qoyun" salatı (foto resept)
Bu şəxslər də cərimələnəcək - Rəsmi
Dəbli koftalar
Nikahla bağlı yeni qanun
Sabahın HAVAsı
Azərbaycanda telekommunikasiya trafikinin idarə edilməsi dövlətin nəzarətində olacaq















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]