Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Prezident İlham Əliyev konfransda iştirak edib.Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş sərgidə 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sferalarında əldə edilən uğurlardan bəhs edilir.Sərgidə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilir. Nümayiş olunan foto, cədvəl və diaqramlardan aydın görünür ki, müvafiq dövrdə regionların sosial iqtisadi inkişafını nəzərdə tutuan proqramların icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib. 2004-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçib. Son 10 ildə muxtar respublikada ÜDM-nin həcmi 10,3 dəfə, sənaye məhsulunun ümumi həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,6 dəfə, əsas kapitala investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə artıb. Bu dövrdə əhalinin gəlirləri 8,2 dəfə, orta aylıq əmək haqqı isə 5,8 dəfə çoxalıb. Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə də əsaslı dəyişikliklər baş verib.Konfransda çıxış edən Prezident İlham Əliyev dedi ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının qəbulundan 1 il keçir. Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitliyin və inkişafın hökm sürdüyünü deyən dövlət başçısı bu amilin əsasında iqtidarla xalq arasında olan birliyin dayandığını diqqətə çatdırdı. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramı da uğurla icra olunacaq və nəticədə əvvəllər olduğu kimi, bütün ölkə üzrə investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstəyin, quruculuq-abadlıq işlərinin davam etdirilməsi və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq.
Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqlarının olduğunu deyən Prezident İlham Əliyev bunu statistik rəqəmlərlə əsaslandırdı. Prezident İlham Əliyev dedi ki, son 11 ildə ölkədə 1 milyon 360 min yeni iş yeri açılıb, onlardan 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsindədir. Bununla yanaşı, dünyanın aparıcı reytinq agentlikləri ölkəmizin reytinq göstəricilərini artırıb, Davos İqtisadi Forumu Azərbaycanı inkişaf göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Dövlət başçısı onu da vurğuladı ki, hazırda dünyanın inkişaf etmiş ölkələrinin belə xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan bütün uğurlara öz imkanları hesabına, təkbaşına çatıb.
İqtisadi gücün siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqlarımızı qorumağa imkan yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycandan fərqli olaraq Ermənistanın aciz durumundan danışdı. Kriminal rejimin rəhbərlik etdiyi bu ölkənin öz çirkin və işğalçılıq siyasətindən əl çəkmədiyi təqdirdə onun müstəmləkə durumunun daha da dərinləşəcəyini diqqətə çatdırdı.
Ölkədə sosial sahənin də inkişaf etdiyini qeyd edən dövlət başçısı bildirdi ki, indi ölkədə orta aylıq əmək haqqı 565 dollar, orta pensiya 221 dollardır. Bu illərdə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub. Regionlarda 41 olimpiya-idman, o cümlədən 30 gənclər mərkəzi yaradılıb. Son 11 ildə məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib.
Ölkəmizdə tarixi, mədəni və dini abidələrin bərpa olunduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, bir xalq kimi biz öz tarixi köklərimizə hər zaman bağlı olmalı və hər bir gənc bu ruhda tərbiyə almalıdır.Bu illər ərzində paytaxtda və bölgələrdə böyük infrastruktur layihələrinin həyata keçirildiyini deyən dövlət başçısı bildirdi ki, son 11 ildə ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb. İndi bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min kilometr yol çəkilib, 340 körpü-tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla 6 aeraport inşa olunub. Son illərdə ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib.
Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi nəhəng enerji və nəqliyyat layihələrinin ölkəmizin gücünü daha da artırdığını bildirdi.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov son bir il ərzində görülən işlər barədə məruzə etdilər.
Yekun çıxışında Prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makro-iqtisadi sabitliyin qorunub saxlanmasının zəruri olduğunu diqqətə çatdırdı. Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını deyən dövlət başçısı görülən işlər zamanı israfçılığa yol verilməməsinin vacibliyini vurğuladı, investisiya proqramına ancaq prioritet məsələlərin salındığını qeyd etdi.
Dövlət başçısı bu il məktəblərin, səhiyyə ocaqlarının, uşaq bağçalarının tikintisinin, zəruri infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini, yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcəyini diqqətə çatdırdı. Bununla yanaşı, Prezident İlham Əliyev vurğuladı ki, qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dətəyin göstərilməsi də prioritet sahələr sırasındadır. Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal olunan məhsulların xaricə çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, həmçinin, istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev ekoloji vəziyyət və turizmin inkişafından danışdı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə əldə olunan uğurları qeyd etdi, vətəndaş-məmur münasibətləri məsələsində də Azərbaycanın nümunəvi ölkə olmasının vacibliyinə diqqət çəkdi.
Sonda Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Mənbə: ANS PRESS
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"ASAN xidmət"də yenilik
Ceyms Uorlik kimə işləyir?
Qara dəlik üçün "Oskar" verdilər
DİQQƏTLİ OLUN: İnternetdən istifadə edənlərin NƏZƏRİNƏ
BÜRCLƏR bizə nə vəd edir?-15 noyabr
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Ümumdünya Səhiyyə Təşkilatı valideynləri xəbərdar edir
Dünyanın ən bahalı şokoladı
"İnternet və texnologiyalar əsrində belə tədbirlərin keçirilməsi olduqca vacibdir"
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu məhsullar UCUZLAŞDI - SİYAH
Dərdin ən böyük dərmanı - təsəlli
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Azərbaycanın bəzi rayonlarında sərt karantin rejimi uzadıldı - SİYAHI
"Vatanım Sensin" serialı finala hazırlaşır
Ronaldunun uğurunun sirri açıldı
Eurovision-2019-un sloqanı məlum oldu
Nazirlik ölkədə müşahidə olunan toz-dumanın səbəbini açıqladı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Matriksin dəbə təsiri
Mehriban Əliyeva: “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir”
Dünyanın ən məşhur, ən xəsis milyarderi - FOTO
Divar saatları
Azərbaycanda güclü zəlzələ olacaq?
8 mindən çox adam öldü
Çətirlər
Uşaqlar üçün qəlyanaltı ideyaları
Özünü “İsa Məsih” elan edən şəxsdən koronavirus iddiası: “Milyardlarla insan…”
Günün ulduz falı
İdmanla məşğul olarkən motivasiyanı necə artırmalı?
HAVA necə olacaq?-24 FEVRAL
Şənbə havası
Cennifer Lopezin konsertində şok - İnsanlar təxliyyə edildi
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Təkrarlanan yuxuların insan həyatında və sağlamlığında rolu
Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
Moldova yığmasının baş məqşçisi Azərbaycan çempionu oldu
İtaliyaya səyahət (II hissə)
Hülya Avşar efirlərə qayıdır?
"Şaban"-ın oğlu evləndi-FOTO
Tibb işçilərinin NƏZƏRİNƏ
Bu gecə ilk Qədr gecəsidir
Cəbhədə növbəti təxribat
Marsda “pinqvin” tapıldı - FOTO
"Quş qripi" xəstəliyinin törədicisi müəyyən edilmədi
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Sağlam dizlər üçün 5 məsləhət
Bu domen 3,6 milyon dollara satıldı
Gözəllik standartlarını dəyişdirən model - FOTO
Qısa vaxtda gözəlləşmək üçün ən yaxşı məsləhətlər
- ŞƏRHLƏR