Hamiləlik zamanı qidalardan anaya və körpəyə verə biləcəyi zərərlər baxımından diqqətli istifadə edilməlidir. Mütəxəssislər xüsusən qış aylarında daha çox içilən bitki çaylarının erkən doğuş və düşüyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edir.
Milli.Az ailem.az-a istinadən bildirir ki, təbii olduğu üçün daha çox içilən bu bitki çaylarının tərkibində sağlamlığa zərərli ola biləcək bəzi maddələr də var.
İmmunitet sistemini gücləndirən, xəstəliklərə qarşı qoruyan bitki çayları sırasında zəncəfil, cökə kimi çayların içərisinə şəkər yerinə bal əlavə edilməsi məsləhətdir, çünki bal çayın antioksidant keyfiyyətini daha çox artırır və çay daha faydalı hala gəlir.
Nanə, cökə, adaçaylarının təsiri daha qüvvətlidir. Ancaq daha qüvvətli təsirə malik bu çaylar bəzi xəstəliyi olan insanlara zərər verə bilər. Qışda çox içilən adaçayı tənəffüs yolu xəstəliklərinə faydalı olub bronxları yumşaldır, amma təzyiq xəstələri üçün təhlükəli ola bilər. Bir fincandan çox içilsə, təzyiqi yüksəldər, ürək döyüntüsünü artırar. Yaşıl çay da çox içilsə, nəbzi artırar və ürək döyüntüsü yaradar.
Təzyiq, qaraciyər və böyrək xəstələrinə bu çayı çox içməmək məsləhət görülür.
Hamiləlik zamanı isə çox içilən bitki çayı doğuş ağrılarını artıra bilər, düşük, yaxud erkən doğuşa səbəb ola bilər. Gündə 3 fincandan çox içilməməsi tövsiyə edilir.
Ürək problemi olanlarda isə bir fincan belə içilməsi zərərli ola bilər. Bundan başqa, bu bitki çaylarının çoxunun tərkibində kofein vardır və bu, insanın sidiyə çox getməsinə, maye itirməsinə səbəb olur. Bu da ürək xəstələri üçün təhlükəlidir. İnternetdən, kitabdan oxuyub nəyisə içməyin, mütləq həkimlə məsləhətləşin.
Bitki çaylarını uzun müddət dəmləmək düzgün deyil. Bu çaylar qaynamış və uzun müddət saxlanmış suyun içinə atılmalı və 3-5 dəqiqədən çox suyun içində saxlanmamalıdır. Dərhal süzüb içmək lazımdır. Dəmləyib gün ərzində bir neçə dəfə içməyin. O zaman çayın içindəki zərərli maddələrin miqdarı artar.
Dəyişik otları qarışdırıb dəmləmək də zərərlidir. Çünki qarışdırdığınızda bu çayların tərkibindəki kimyəvi birləşmələr ola bilər. Buna görə ot dəmləyərkən tək dəmləyin, digər otlarla qarışdırmayın. Həm də içinə limon suyu sıxmaq da tövsiyə edilmir. Açıq satılan çaylar yerinə paketlənmiş çay alın.
XƏBƏR LENTİ
Kəmaləddin Heydərov FHN-in apardığı yoxlamalar barədə məlumat verib
Bir gün internet olmazsa...
Qarabağ kətəsi (fotoresept)
Abituriyentlərin nəzərinə: Qeydiyyat başlayır
Silikon implant qoydurdu - Xərçəng oldu-FOTO
Günün ulduz falı
Yeni şirkətlərə 1,6 milyard dollar
Məşhur müğənnilər karantində olanlar üçün konsert verdilər - VİDEO
Uşağı kimə verməli?
Günün qoroskopu: problemlərin sayı az deyil
Dekabra manat bahalaşa bilər
Azərbaycanda bu körpünü görən hər kəs TƏƏCCÜBLƏNİR - FOTO
"Günəş" börəyi (foto resept)
İdmandan əvvəl içə biləcəyiniz enerji verən 3 içki
Prezident ailəsi Peyğəmbər məscidində
Məşhur ulduzun ölüm səbəbi məlum oldu
Rəsədxana işçisi qasırğadan danışdı
İquain: "Dünya çempionatında qol vuracağıma əminəm"
Ziyafət üçün yay donları
Öyrəndiklərinizi rejimli şəkildə təkrar edirsinizmi?
ABŞ-da koronavirusdan rekord ölüm
Təhsil İdarəsindən Yeni ilə dair BƏYANAT
Manatın məzənnəsi
Uşaq ayaqqabıları
2018-in gəlinlikləri
Yeni doğulan körpə ilə belə oynayın
Yaponiya hökuməti koronavirusla mübarizədə regionlardan yardım istəyir
Jül Vern Bakıda
Bölgələrdə Ulu Öndərin xatirəsi anılır
Ən çox bal toplayan tələbə budu
Qanunsuz ağac kəsənlərə qarşı YENİ CƏRİMƏLƏR
Peskov: “Rusiya KTMT-yə görə Qarabağ qarşısında yox, Ermənistan qarşısında öhdəlik daşıyır”
Azərbaycanda hava şəraiti dəyişəcək
Südlü jelatin (foto resept)
Tac Mahal yeddi aydan sonra turistlərin üzünə açıldı
Messi Ronaldoya çatdı
Çizkek (foto resept)
Həftənin ilk iş gününün havası
Seriala baxıb evdən qaçan qadınlar
Bulvarda Yeni İl sürprizi
Gökçe Bahadır Hindistana gedir-SƏBƏB
5 kilometrlik qızıl zəncir nümayiş etdirildi-video
Oğlan üçün bezlər sonsuzluq yaradır?
Bu gündən İCAZƏ VERİLDİ - Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Obama məscidə gedir
Tatlısəsdən duyğusal paylaşım-FOTO
Vitse-prezident: ""Qarabağ" Azərbaycan Ordusunun qələbə estafetini davam etdirəcək"
Sirat körpüsünün hansı keçidləri var?
Cəbhədən YENİ XƏBƏR
- ŞƏRHLƏR