Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası layihəsi əsasında qədim Qəbələdə geniş miqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri aparılmaqdadır.AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələrə şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın apardığı tədqiqatların maraq doğuran nəticələrindən biri Soltan Nuxa kəndi ərazisində 1800-1900 il yaşı olan antik qəbirlərin aşkarlanmasıdır. İlkin kəşfiyyat işləri zamanı 7 antik qəbir aşkar edilib.Antik qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilirlər. Belə ki, tədqiq edilən qəbirlərin birində bükülü vəziyyətdə qoyulmuş skeletin ətrafına 40 ədəd saxsı qablar düzülüb. Qablarla yanaşı qəbirə dörd ədəd bütöv qoç da qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri var. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf olunub. Ehtimal ki, bu varlı təbəqəyə aid olan mərhumun xidmətçisi olub.Bununla yanışı qeyd olunan antik qəbiristanlıqda digər zəngin qəbirlərə də təsadüf olunub. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, həmçinin, digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti xüsusi marağa səbəb olmuş dəfn ənənəsini nümayiş etdirib. Antik qəbiristanlıqda arxeoloji tədqiqatların davam etdirilməsi ilə paralel olaraq, aşkar edilmiş qəbirlərin olduğu kimi rekonstruktiv modellərinin Qəbələ Dövlət Tarix – Bədii Qoruğunun muzeyində nümayişi də nəzərdə tutulub.Layihə çərçivəsində Azərbaycan-Koreya arxeoloji ekspedisiyası Səlbir yaşayış yerində, həmçinin, ekspedisiyanın Cənubi Koreyalı mütəxəssisləri tərəfindən Dızaxlı kəndi ərazisində 4500-5000 il yaşı olan kurqanın arxeoloji tədqiqi də davam etdirilməkdədir.Qeyd edək ki, Qəbələ ərazisində geniş miqyaslı arxeoloji tədqiqatlar SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə aparılır.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hər şeyinlə əzizsən!
Viruslu hepatitlər
Yağış az idi, külək də əsəcək
Azərbaycanda yağış yağacaq
Dirəklərdən asılmış ev
“Facebook”da təhlükəsizliyiniz üçün 10 məsləhət
Həftəsonu yağış var
Stiven Siqal Bakıya gəlir
DİQQƏT! Ət satışı qadağan edildi
"Kral" salatı (foto resept)
Tərəvəzli toyuq (foto resept)
Səlçuk Bayraktardan Gəncə ilə bağlı paylaşım
Diqqət çəkmək istəyən İrem Derici pəncərədən hoppanıb-FOTO
Dəbli ayaqqabılar
2050-ci ildə dünya əhalisinin sayı 9,6 milyarda çatacaq
Kafkanın 12 qadını (2)
Yayın istisində "buz taksi"-FOTO
YouTube artıq 85 ölkədə
Qadınlarda menopauza və müalicəsi
Dukan pəhrizi haqqında bilmədikləriniz
Qızılın qiyməti qalxır
Kartof suyunun faydaları
Qiyməli kartof
Alexander Mcqueenin 2013-2014 payız-qış geyim kolleksiyası
Qəbələdə torpaqla bağlı sənədlər vətəndaşlara təqdim olundu
2019 Məzuniyyət Saç Modelləri
Türkiyədə Facebook və Twitter-ə yasaq
Bu gün 36 mindən çox şagird imtahan verir
Özümüz olmadıq...
Ringelman effekti nədir?
Kişilər üçün ondan yaxşısı?
“Qarabağ” ordeni ilə təltif olunan gizirin həyat yoldaşı: “Zəng edib dedi ki,...”
İcbari tibbi sığorta ilə bağlı xidmətlər zərfi təsdiqləndi
“Ermənilər təxribata davam etsə, onları hələ çox “sürprizlər” gözləyəcək”
"Qadin.Net" - bənzərsiz məkan
Ən ağıllı heyvanlar hansılardır?
Arıqlamaq istəyənlər, mütləq oxuyun!
Erməninin başını partladan güləşçimiz danışdı
Dadlı makaron (foto resept)
Laura Bernardın əl işləri
Los-Anceles polisi: “Ermənilər azərbaycanlılara qarşı nifrət zəminində cinayət törədiblər”
Dünyanın ən təhlükəsiz şəhərləri
Divardan asılmış restoran
Kim nə qədər yatır?
Kosmosdan Qütb parıltısını çəkərkən gözlənilməz mənzərə ilə üzləşdi – VİDEO
Ali məktəblərin boş qalan yerlərinə qeydiyyatı başa çatdı
“Kainat gözəli”nin gəlinliyi cırıq-cırıq oldu - FOTO
Hərəkət edən anda çəkilən 5 heykəl - İNANILMAZ VİDEO
Bu xəstəlikləri olanlara gündə qaralmaq olmaz!
Rəngarəng çanta modelləri















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]