Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelli qəbul edib.
Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq ölkəmizin davamlı sosial-iqtisadi inkişaf dinamikasına malik olduğunu konkret göstəricilər əsasında diqqətə çatdırıb: "Bu inkişaf dinamikası cari ilin ilk yarımilində da uğurla davam edib, bu müddətdə ümumi daxili məhsul 2,1 faiz artıb. Qeyri-neft sektorunda real artım tempi 7 faiz təşkil edib və artıq ümumi daxili məhsulda bu sektorun payı 56,3 faizə çatıb. Fəal investisiya siyasətinin daha bir nəticəsi olaraq, son 6 ayda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,4 faiz artaraq, 7,6 milyard manat olub".
BP şirkətinin Azərbaycan iqtisadiyyatındakı roluna toxunan S.Müslümov bu gün xeyli sayda insanın çalışdığı şirkətdə yerli mütəxəssislərin də sayının getdikcə artmasının müsbət faktor olduğunu qeyd edib.
Nazir bildirib ki, BP ilə ƏƏSMN arasında işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, əmək miqrasiyası, peşə və kvalifikasiya standartlarının hazırlanması və s. məsələlərin müzakirəsi məqsədilə bir sıra görüşlər keçirilib: "Hesab edirəm ki, bizim əməkdaşlığımız işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, peşə və ixtisas standartlarının hazırlanması, neft sektorunun inkişafı ilə əlaqədar gələcəkdə tələbatın artacağı peşə və ixtisaslar üzrə proqnozların hazırlanması sahələrini əhatə edə bilər".
S.Müslümov həmçinin əməyin mühafizəsi, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması işinin təşkili və məşğulluqlarının təminatı, əlilliyi olan şəxslərin, gənclərin, əhalinin sosial cəhətdən həssas olan digər qruplarının məşğulluğuna kömək göstərilməsi və s. sahələrin də gələcək əməkdaşlıq üçün xüsusi önəm kəsb etdiyini bildirib: "ƏƏSMN, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və BP şirkəti qeyd olunan sahələrdə əməkdaşlığa dair Tədbirlər Planı hazırlamaqdadır və artıq bununla bağlı təkliflər nəzərdən keçirilir".
Q.Birrell şirkətdə işçilərin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, peşəkarlıq səviyyələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması yönündə görülən işlərdən bəhs edib.
Səslənən təklifləri müsbət qarşıladığını vurğulayan Q.Birrell təmsil etdiyi şirkətin qeyd olunan sahələrdə ƏƏSMN ilə əməkdaşlıq əlaqələrini gücləndirmək iradəsinə malik olduğunu diqqətə çatdırıb.
Görüşdə BP şirkətinin regionda həyata keçirdiyi layihə və əməliyyatlardan söz açılıb, işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, işçilərin əmək hüquqlarının qorunması, o cümlədən əməyin mühafizəsi, işçi qüvvəsinin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, peşə və ixtisas standartlarının hazırlanması, boş iş yerləri (vakansiyalar) barədə məlumatların ƏƏSMN-nə təqdim olunması və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? -5 iyul
Dünyada aclıq başlayacaq
“Dərs vaxtı” üzrə teledərslərin sabaha olan cədvəli
İlk görüşdə bu yeməklərdən uzaq olun
Rusiyaya daha bir zərbə
Bu qadın həyatını oyuncağa qurban verib
Yadplanetlilərin Antarktidadakı bazası - VİDEO - FOTO
Azərbaycanda zəlzələ olub
Günün qoroskopu: yaxınlarınız ideyalarınıza dəstək olacaqlar
Dərs buraxan şagirdlərə pul cəzası!
Şimali Koreya özünün ən bahalı dağ kurortunu açır
Bakıda sürücülərə şad xəbər
“Kosmik” malikanəsini Satışa Çıxardı-Rekord məbləğ-FOTO
Koronavirusu dünyaya yayan Uhandan şok görüntülər - FOTO
Qreypfrutun sağlamlığa xeyiri
Bu tələbələrin magistratura xərclərini dövlət ödəyəcək
Muzey işçiləri evdə
Gənc analara tövsiyələr
Ən həssası odur
Qatıqlı keks (foto resept)
Naxçıvan dolması (foto resept)
Göçmən börəyi (foto resept)
Fahriye Evcen hər gün Buraka yemək aparır-SƏBƏB
Artıq keçmişə qayıtmaq mümkün olacaq (FOTO)
Məşhur aktyorun davranışı haqqında araşdırma başladı-SƏBƏB
Unun içinə pulları kim qoydu?-FOTO
Kirayə pulu verməkdən bezən qız çarəni bunda tapdı-FOTO
Azərbaycan həkimlərinə şad xəbər - Maaşlar artır
Evdəki bu əşyalar xərçəngə səbəb olur
Bakı metropoliteni iş qrafikini dəyişəcək
Azərbaycanda Facebook istifadəçisilərinin sayı nə qədərdir?
Arif Quliyev orduya yazıldı
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Marsda müəmmalı baza tapıldı-FOTO
"Milan" dəyişir
Leyla Əliyeva: "Onlar yalan danışa, ikiüzlü ola bilmirlər"
Rusiya sülhməramlıları Dağlıq Qarabağla bağlı yeni xəritə yayımladı
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
BÜRCLƏR bizə nə vəd edir? - 27 APREL
Düşüncənin riyazi dili - Ala dəymiş
Ebola Azərbaycanda yayıla bilər?
“Haber Global” Kəlbəcərdə
Dünyanın ən qocaman ailəsi özünün uzunömürlülük sirrini açıb
Melaniya Tramp hər kəsi heyran etdi-FOTO
Britaniyanın nüfuzlu jurnalında Azərbaycanın bəzi rayonlarının Ermənistan tərəfindən işğalından 20 il ötməsi barədə elan yerləşdirildi
Günün qoroskopu: Ağlınızı işlədin!
Qurban bayramının vaxtı açıqlandı
Sevgilisindən qisas almaq üçün pilot oldu - FOTO
Abituriyentlərin nəzərinə: Qeydiyyat başlayır
Körpə dünyaya gəldikdən sonra xoşbəxt evlilik üçün...
- ŞƏRHLƏR