
Bu barədə məlumat verən Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Cavid Alıyev bildirib ki, əgər uşağın valideynlərlə (onlardan biri ilə) qalması onlardan asılı olmayan hallarda (psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət və s.) uşağın həyatı üçün təhlükə yaradırsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Başqa sözlə, valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə və valideynlik hüquqlarından məhrumetmə üçün əsas yoxdursa, valideynlik hüquqları məhdudlaşdırıla bilər.
C.Alıyev qeyd edib ki, valideynlik hüquqlarının məhdudlaşdırılması məhkəmə qətnaməsi ilə həll edilir. Valideynlik hüquqlarının məhdudlaşdırılması işinə müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə baxılır. Bu zaman məhkəmə valideynlərdən (onlardan birindən) aliment tutulması məsələsini də həll edir.
Hüquq məsləhətçisinin sözlərinə görə, əgər bu hüquqları məhdudlaşdırılan valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrumetmə iddiası qaldırmalıdır. Həmin orqan valideynləri, yaxud onlardan birini bu müddətdən də tez valideynlik hüquqlarından məhrumetmə barədə iddia qaldıra bilər. Bununla yanaşı, uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr də valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.
Valideynlik hüquqlarının məhdudlaşdırılmasının nəticələri ilə bağlı C.Alıyev göstərib ki, valideynlik hüquqları məhdudlaşdırılan valideynlər uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər. Lakin onlar uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad edilmirlər. Valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynin uşaqlarla əlaqə saxlamasına bir şərtlə icazə verilir ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin. Valideynlərlə uşaqların əlaqəsinə müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının, uşaqların qəyyumunun (himayəçisinin), himayədar valideynlərin və ya uşaqlar yerləşdiyi müəssisənin rəhbərliyinin razılığı ilə icazə verilir.
“Valideynlik hüquqları məhdudlaşdırılan valideynin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya yaşayış sahəsindən istifadə, valideyn və digər qohumlarla faktiki qohumluğa
əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdirlər. Əgər hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının himayəsinə verilir”, o deyib.
Sonda hüquqşünas qeyd edib ki, valideynlik hüquqlarının məhdudlaşdırılmasına əsaslar aradan qalxdıqda, məhkəmə valideynlərin (onlardan birinin) verdiyi iddia üzrə uşağın onlara (onlardan birinə) qaytarılması haqqında qətnamə qəbul edə bilər. Uşağın valideynə qaytarılması uşağın mənafeyi ilə ziddiyyət yaradarsa, məhkəmə iddianı rədd edə bilər.
Mənbə: Anspress.com
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda istirahət günü hava necə olacaq?
Ümumi müşahidələrdən “xüsusi nəticəyə” məktub
Dünyanın ən bahalı almaz ayaqqabısı
Bir peyvəndlə bütün qrip növlərindən qorunmaq mümkün olacaq
Ceyhun Bayramovla ABŞ-dakı həmyerlimiz arasında maraqlı dialoq - VİDEO
Dünyanın ən cazibədar, gözəl çempionu
Əfsanəvi 7 Oskar aparıcısı
Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ
Aleyna Tilki paylaşımı ilə Gündəmdədir
Daha baxımlı və dolğun kirpiklərə sahib olmaq üçün...
2019-cu ilin xüsusi dekorasiya nümunələri
Sultan şirniyyat (foto resept)
Göyəm salatı (foto resept)
Azərbaycanda internet: niyə ehtiyat variant yoxdur?
Bayram "sürprizi": ətin qiyməti qalxdı
Doqquzuncu siniflər üzrə buraxılış imtahanları yeni modellə keçiriləcək - RƏSMİ
Uorlik cəbhədən yazdı
Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verildi
Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ: Müsahibələr başladı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb
Azərbaycanlı milyarder Xəzərə 350 milyard ayırır
İşğaldan azad edilən rayonlarımızla bağlı daha bir vacib ADDIM
İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər - VİDEO
"Kainat Gözəli"nin əməliyyatdan əvvəlki FOTOsu
Məşhur cütlük evlənir - FOTO
Günün ulduz falı
Bananlı bonjur (foto resept)
Ağız qoxusu yaradan yeməklər
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Bazarlardakı son vəziyyət: Qışa hazırlıq necə gedir? - VİDEO
AMEA və UNESCO-dan ermənilərə qarşı birgə layihə
Bu dəfə də sirli sütun Britaniyada peyda oldu - FOTO
Bergüzar Korel ağladı-SƏBƏB
Ağdam barədə sərəncam verildi
Mükəmməl qadının 5 xüsusiyyəti
Tək qaşlı üzük modelləri
Saç tipinə görə maskalar
Yaşlı görünməyinizə səbəb olacaq stil səhvləri
Sabahdan Bakıda ictimai nəqliyyat işləməyəcək
Füzuli şəhərinin mərkəzi küçələri- VİDEO
Beynindən qurd çıxarıldı-FOTO
Ruh sağlamlığınızı qoruya bilmək üçün nə etməlisiniz?
Bakıda uşaqlar arasında yoluxucu virus yayılıb
Millət vəkili: “Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər”
Yıldız Tilbenin hər kəsdən gizlətdiyi SİRRİ məlum oldu
Sinidə qızartma (foto resept)
Moskva növbəti dəfə İrəvana kömək etməkdən imtina etdi - RF XİN-in rəsmi cavabı
Əhali GMO məhsullar barədə məlumatlandırılacaq
Bu gün Ramazanın 12-ci günüdür















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]