
Yuxu tələbatına laqeyd münasibət xəstəliklərə yol açır. Səhiyyə ekspertlərinin qənaətincə, müasir cəmiyyət insan sağlamlığı üçün yuxunun nə dərəcədə əhəmiyyətli olmasından xəbərsizdir və ümumiyyətlə, bu məsələyə laqeyd yanaşır. Anspress-in məlumatına görə, Britaniya mətbuatında Oksford, Kembric, Harvard, Mançester və Surrey universitetlərinin aparıcı alimlərinin yuxu çatışmazlığının insan sağlamlığına ağır fəsadlar yarada bilməsi barədə xəbərdarlığı yer alıb. Alimlər hesab edirlər ki, cəmiyyət və hökumət problemə ciddi yanaşmalıdır.Onların qeyd etdiyi kimi, yuxu çatışmazlığı xərcəng, ürək çatışmazlığı, şəkər, piylənmə və bu kimi digər xəstəliklərin yaranmasına gətirir.Qeyd olunur ki, orqanizmin təbii ritmləri insan bədəninin normal funksional fəaliyyətinə cavabdehdir: insanın emosional durumu, sinir sisteminin, ürək-damar sisteminin, beyinin və digər mühüm orqanların normal fəaliyyəti məhz həmin ritmlərdən asılıdr.
Bu xüsusiyyət insanlarda qədim dövrlərdən bəri təkamül nəticəsində əmələ gəlib və günün işıqlı yarısında oyaq olmaq, qaranlıq düşəndə isə yuxuya getmək kimi təbii instinktlər insanın normal həyat fəaliyyətinin əsasını təşkil edir.Lakin alimlər qeyd edirlər ki, təkamül nəticəsində insan orqanizminə xas qaydada formalaşmış bioloji saatın normal axarını müasir həyat tərzi əksər hallarda pozur, insanları orqanizmin təbii ritmlərinə əks olaraq yuxuya daha az vaxt ayırmağa məcbur edir.
Oksford Universitetinin professoru Rassell Foster deyir ki, son 60 il ərzində insan yuxusu orta hesabla 1-2 saat qısalıb. O, deyir ki, bioloji saatın əksinə olan həyat tərzi gec-tez özünü xəstəliklərin yaranmasında göstərir. Professor Fosterin sözlərinə görə, yeniyetmələr üçün yuxusuzluq artıq ciddi problemə çevrilib. O özü yuxusuzluqdan əziyyət çəkən uşaqların yuxu həbləri qəbul etdiyinin şahidi olduğunu qeyd edib.Müasir texnologiyalar da insanların daha az yuxu almasına yol açır. "Axşam düşəndə süni işıqdan, işıq lampalarından istifadə etmək vərdişi insanın biloji saatını pozan əsas amillərdən biridir", - Harvard Universitetinin professoru Çarlz Seysler (Charles Czeisler) qeyd edir. Onun sözlərinə görə, işıq lampaları, smartfon, planşet, laptop və bu kimi digər elektron cihazlar insan orqanizminin təbii ritminin pozulmasında başlıca rol oynayır.
Bütün bu cihazların yaratdığı mavi rəngli süni işıq orqanizmin yuxuya getməsini gecikdirir, nəticədə yuxu hormonu olan melatoninin beyinə hərəkəti ləngiyir, bu isə səhər yuxudan oyanmağı ağırlaşdırır.Professor Çarlz Seysler, süni işığın üzun müddətli təsiri və yuxusuzluğun bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olduğunu deyərək xəbərdarlıq edir. Alimin sözlərinə görə, insan geni üzərində aparılmış son tədqiqatlar qısa yuxu və gecə növbəli işin orqanizm üçün olduqca zərərli olduğunu təsdiqləyib.
Surrey Universitetindən olan doktorun təbirincə, yuxusuzluq və gecə növbəli iş rejimi ürək-damar xəstəliklərinə, şəkərə, piylənməyə, xərcəngə və bu kimi bir sıra digər xəstəliklərə yol açır. Keçirilmiş təcrübələrə əsasən, bir neçə həftə çəkən gecə növbəli iş rejimi şəkər xəstəliyinin yaranması riskini xeyli gücləndirir.Kembric Universitinin doktoru Akhileş Reddi insan orqanizmində baş verən bütün bioloji proseslərə təbii ritmlərin cavadeh olduğunu deyir: "Bioloji saatın pozulmasının mənfi fəsadlarla nəticələnməsi şübhəsizdir, ilk növbədə bu özünü döş vəzində xərcəngin əmələ gəlməsində göstərir".
Mançester Universitetinin professoru Endryu Loudon hesab edir ki, bioloji saatın əksinə olan həyat tərzi müasir cəmiyyətin ən əsas problemidir. Alim, "Qısa zaman kəsiyində bunun mənfi nəticələrini hiss etmək çətin olsa da, uzun müddətdən sonra insan sağlamlığı üçün acı nəticələr göz qabağına gəlir", - deyə xəbərdarlıq edir."Hökumət və cəmiyyət bu problemə ciddi yanaşmalıdır, gecə növbəli işin sağlamlıq üçün mənfi təsiri nəzərə alınaraq bu sahəyə aid qanunvericilik yenidən nəzərdən keçirlməlidir", - doktor Akhileş Reddi vurğulayır.

Günün müəllifi

XƏBƏR LENTİ
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?

- ŞƏRHLƏR