Yəqin çoxları uzun-uzadı tıxacda qalıb. Addım-addım irəliləyən avtomobillər, yanından ötüb keçən piyadalar... Həmin vaxtı piyadanın yerində olmaq istəyənlər də az deyil. Magistral yol, soyuq hava, "kənarda saxlamaq olmaz" işarəsi və bir neçə tonluq avtomobil... Nə cibə qoyub aparılası, nə də yolun kənarında qoyub gediləsi deyil. Nəhayət, 1-2 saatlıq tıxacın səbəbi birdən-birə aydınlaşır. Məlum olur ki, sənin səhərdən işə gecikməyinin, əsəblərinin tarıma çəkilməyinin, benzinə verdiyin o qədər pulun boşa getməsinin səbəbi hansısa avtomobilin güzgüsünün zədələnməsi imiş. Ən bahalı avtomobil güzgüsü lap olsun 300 manat. Yüzlərlə insana dəyən maddi zərərə, həmin insanların əsəblərinin korlanmasına və ya dərsə, işə gecikməsinə dəyərdimi?
İnsanlarda qəzaya maraq var?
"Bütün bunların mentalitetlə bağlılığı da var. Qəza yerinə insanların tum alıb gəlib baxmasına dair komediya filmləri də var. Eynən bizim insanlar kimi. Deyək ki, iki maşın toqquşub. Yoldan keçən digər nəqliyyat vasitələri nə baş verdiyini görmək üçün saxlayacaq və nə olduğuna tamaşa edəcəklər. İnsanlarımızda belə hadisələrə maraq var. Məhz bütün problemlər də bundan yaranır. Digər insanlar sakitcə yollarını getsələr bunların heç biri baş verməz", - deyir hüquqşünas Elçin Namazov.
Qəza zamanı kimlərin hüquqları pozulur?
O ki qaldı, tıxac zamanı dərsə, işə, həkimə, təyyarəyə tələsən insanların hüquqlarının pozulmasına, Elçin Namazov deyir ki, tıxacda qalan insanların hüquqları pozulur. Çünki nəqliyyat vasitəsi sahiblərinin və yol hərəkətinin digər iştirakçılarının - sərnişinlərin və s. yol hərəkəti haqqında qanuna uyğun olaraq sərbəst hərəkət etmək hüququ var: "Belə olan halda bu hüquq təbii ki pozulur. Bu pozulmanın isə obyektiv və subyektiv səbəbləri olsa da hüquq pozuntusunun aradan qaldırılması mexanizmi var. Daha doğrusu hüquq pozuntusundan yaranan zərərin. Məsələn, kimsə işə gecikir və işdən qovulur. Bu halda həmin şəxs həmin yol nəqliyyat hadisəsinə görə günahkar şəxsdən dəyən zərəri tələb edə bilər. Bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində xüsusi normalar var".
Qanuna görə...
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 923-cü maddəsi "Sığorta hadisəsi barədə məlumatlandırma" adlanır. Həmin maddənin 923.1 bəndində deyilir ki, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər.
"Sığorta şirkəti müqaviləni demək olar ki, birtərəfli təklif edir"
Elçin Namazov deyir ki, dünyanın heç bir ölkəsində sığorta məsələsi bizdəki kimi qəliz deyil. Bizdə sığorta müqaviləsində şərt qoyulur ki, sığorta hadisəsi baş verdikdə dərhal sığorta şirkətinə məlumat verilməlidir: "Bu isə onunla bağlıdır ki, sığorta şirkəti müqaviləni demək olar ki, birtərəfli təklif edir. Çünki həmişə sığortaolunan bu şərti yerinə yetirə bilmir. Nəticədə, çox vaxt sığortaolunan sığorta haqqını ala bilmir. Yaxud da rüşvət verməklə sığorta haqqını almağa məcbur olur. Dünya praktikasında məsələyə yanaşma fərqlidir və dərhal məlumatvermə tələbi yoxdur. Bundan başqa bizdə problemin digər bir tərəfi də ondan ibarətdir ki yollarda ehtiyat hissə yoxdur. Ona görə də yol-nəqliyyat hadisələri baş verəndə tıxac yaranır".
"Yol nəqliyyat hadisələri baş verən zaman polisin gəlişi gözlənilməlidir"
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, yol nəqliyyat hadisələri baş verəndə əsas etibarilə polisin gəlişi gözlənilməlidir. Yox əgər ancaq maddi zərərlə nəticələnən hadisə baş veribsə, sürücülər hadisə yerini işarələməklə avtomobillərini yolun kənarına çəkə bilərlər: "Çünki digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaratmaq olmaz. Yeri işarələyib, hadisənin sxemini çəkməklə avtomobili kənara çəkmək lazımdır. Yolun sağında sığorta şirkətini gözləyib-gözləməmələri öz işləridir".
"Qəza zamanı sığorta şirkətinin ekspertindən fikir alınmalıdır"
"Paşa Siğorta"dan isə bildirildi ki, avtomobilin ön şüşəsində maşının hansı sığorta şirkətində qeydiyyatda olduğuna dair stiker olur. Bu stikerin üzərində qaynar xəttin nömrəsi var: "Qəza baş verən zaman həmin nömrəyə zəng vurulmalıdır. Bu zaman sığorta şirkətinin ekspertlərindən fikir alınmalıdır ki, maşını qəza ərazisindən çəkmək olar yoxsa yox. Ekspert razılıq verdikdən sonra maşını oradan çəkə bilərlər. Əgər razılıq verməyiblərsə, belə bir təklif edə bilərlər ki, maşının qəza anındakı şəklini özünüz çəkin, sonra maşını həmin yerdən götürə bilərsiniz”.
"Siğorta sahəsində ciddi problemlər var"
Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov isə deyir ki, yol hərəkatı haqqında qanunun tələblərinə görə əgər qəza baş veribsə səlahiyyətli dövlət orqanlarının gəlməsinə qədər avtomobili həmin yerdə saxlamaq lazımdır: "Ancaq indi qanunvericiliyə dəyişiklik edilib. Əgər qəza nəticəsində sürücülərə yalnız maddi ziyan dəyibsə və o maddi ziyanın tənzimlənməsi ilə bağlı sürücülər arasında razılaşma əldə ediblərsə yol nəqliyyat hadisələrini araşdıran səlahiyyətli dövlət orqanlarının nümayəndələrinin gəlməsinə ehtiyac olmur".
Müzəffər Baxışov sığorta ilə bağlı eyni sözləri deyə bilmir. O, bu sahədə ciddi problemlər olduğunu söyləyir: "Əgər həmin şəxsin sığortası varsa və yol nəqliyyat hadisəsi onun günahı ücbatından baş verməyibsə dərhal sığorta şirkətinə məlumat verməlidir. Sığorta şirkətinin eksperti hadisə yerinə gələnə qədər avtomobil qəza baş verən yerdə qalmalıdır. Bilirsiniz ki, sığorta təşkilatlarının əksəriyyəti dələduzluqla məşğuldur. Onlar min bir bəhanə gətirərək sığorta məbləğini ödəməkdən imtina edirlər. Mülki Məcəllənin 923.1-ci maddəsinə görə əgər sığorta müqaviləsi, sığorta şəhadətnaməsi varsa, həm sığorta tərəfdən, həm də yol nəqliyyat hadisəsini araşdıran səlahiyyətli dövlət orqanlarına məlumat verilməlidir. Ona görə də sığorta şirkətləri həmin maddəni əsas tutaraq sığortanı ödəməkdən imtina edirlər. Nəticədə, sürücülər məcbur olub avtomobili sığorta hadisəsi baş verən yerdə saxlayırlar".
Avtomobilə dəyən zərər necə həll olunmalıdır?
Müzəffər Baxışov deyir ki, avtomobilə dəyən zərərin kiçik və ya böyük olmasından asılı olmayaraq sürücülər avtomobili yolun ortasında saxlayırlar: "İstər avtomobilə xırda zərər dəysin, istərsə də böyük, fərq etmir. Yolun ortasında gözləyirlər. Bunun da nəticəsidir ki, son dövrlərdə şəhərdə tıxacların sayı artıb. Bu da insanların işə, dərsə gecikməsinə gətirib çıxarır. Siğorta şirkəti bir nəfərin hüququnu pozmasın deyə, yüzlərlə insanın hüququ pozulur. Bu yaxınlarda Sığorta Assosiasiyası təklif etdi ki, sığorta müqaviləsi bağlayan şəxsin avtomobilində video çəkilişlər aparan cihazlar quraşdırılsın. Həmin cihazların çəkdiyi görüntülər sığortanın ödənməsi üçün əsas götürülsün. Bu, sadəcə, təklifdir. Ola bilsin ki, bu təkliflərin qanunvericiliyə gətirilməsi, qanunvericilik qaydasında təsbit edilməsi bu məsələlərin aradan qaldırılmasına gətirib çıxaracaq. İndiki halda, qanunvericilik yuxarıda şərh etdiyim qaydalarla tənzimləyir".Sığorta şirkətlərinin qoyduğu bu imperativ tələb yollarda tıxaclar yaradır, sürücülərə əsəb gərginliyinə başa gəlir.
Yəqin çoxları uzun-uzadı tıxacda qalıb. Addım-addım irəliləyən avtomobillər, yanından ötüb keçən piyadalar... Həmin vaxtı piyadanın yerində olmaq istəyənlər də az deyil. Magistral yol, soyuq hava, "kənarda saxlamaq olmaz" işarəsi və bir neçə tonluq avtomobil... Nə cibə qoyub aparılası, nə də yolun kənarında qoyub gediləsi deyil. Nəhayət, 1-2 saatlıq tıxacın səbəbi birdən-birə aydınlaşır. Məlum olur ki, sənin səhərdən işə gecikməyinin, əsəblərinin tarıma çəkilməyinin, benzinə verdiyin o qədər pulun boşa getməsinin səbəbi hansısa avtomobilin güzgüsünün zədələnməsi imiş. Ən bahalı avtomobil güzgüsü lap olsun 300 manat. Yüzlərlə insana dəyən maddi zərərə, həmin insanların əsəblərinin korlanmasına və ya dərsə, işə gecikməsinə dəyərdimi?
İnsanlarda qəzaya maraq var?
"Bütün bunların mentalitetlə bağlılığı da var. Qəza yerinə insanların tum alıb gəlib baxmasına dair komediya filmləri də var. Eynən bizim insanlar kimi. Deyək ki, iki maşın toqquşub. Yoldan keçən digər nəqliyyat vasitələri nə baş verdiyini görmək üçün saxlayacaq və nə olduğuna tamaşa edəcəklər. İnsanlarımızda belə hadisələrə maraq var. Məhz bütün problemlər də bundan yaranır. Digər insanlar sakitcə yollarını getsələr bunların heç biri baş verməz", - deyir hüquqşünas Elçin Namazov.
Qəza zamanı kimlərin hüquqları pozulur?
O ki qaldı, tıxac zamanı dərsə, işə, həkimə, təyyarəyə tələsən insanların hüquqlarının pozulmasına, Elçin Namazov deyir ki, tıxacda qalan insanların hüquqları pozulur. Çünki nəqliyyat vasitəsi sahiblərinin və yol hərəkətinin digər iştirakçılarının - sərnişinlərin və s. yol hərəkəti haqqında qanuna uyğun olaraq sərbəst hərəkət etmək hüququ var: "Belə olan halda bu hüquq təbii ki pozulur. Bu pozulmanın isə obyektiv və subyektiv səbəbləri olsa da hüquq pozuntusunun aradan qaldırılması mexanizmi var. Daha doğrusu hüquq pozuntusundan yaranan zərərin. Məsələn, kimsə işə gecikir və işdən qovulur. Bu halda həmin şəxs həmin yol nəqliyyat hadisəsinə görə günahkar şəxsdən dəyən zərəri tələb edə bilər. Bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində xüsusi normalar var".
Qanuna görə...
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 923-cü maddəsi "Sığorta hadisəsi barədə məlumatlandırma" adlanır. Həmin maddənin 923.1 bəndində deyilir ki, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər.
"Sığorta şirkəti müqaviləni demək olar ki, birtərəfli təklif edir"
Elçin Namazov deyir ki, dünyanın heç bir ölkəsində sığorta məsələsi bizdəki kimi qəliz deyil. Bizdə sığorta müqaviləsində şərt qoyulur ki, sığorta hadisəsi baş verdikdə dərhal sığorta şirkətinə məlumat verilməlidir: "Bu isə onunla bağlıdır ki, sığorta şirkəti müqaviləni demək olar ki, birtərəfli təklif edir. Çünki həmişə sığortaolunan bu şərti yerinə yetirə bilmir. Nəticədə, çox vaxt sığortaolunan sığorta haqqını ala bilmir. Yaxud da rüşvət verməklə sığorta haqqını almağa məcbur olur. Dünya praktikasında məsələyə yanaşma fərqlidir və dərhal məlumatvermə tələbi yoxdur. Bundan başqa bizdə problemin digər bir tərəfi də ondan ibarətdir ki yollarda ehtiyat hissə yoxdur. Ona görə də yol-nəqliyyat hadisələri baş verəndə tıxac yaranır".
"Yol nəqliyyat hadisələri baş verən zaman polisin gəlişi gözlənilməlidir"
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, yol nəqliyyat hadisələri baş verəndə əsas etibarilə polisin gəlişi gözlənilməlidir. Yox əgər ancaq maddi zərərlə nəticələnən hadisə baş veribsə, sürücülər hadisə yerini işarələməklə avtomobillərini yolun kənarına çəkə bilərlər: "Çünki digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik yaratmaq olmaz. Yeri işarələyib, hadisənin sxemini çəkməklə avtomobili kənara çəkmək lazımdır. Yolun sağında sığorta şirkətini gözləyib-gözləməmələri öz işləridir".
"Qəza zamanı sığorta şirkətinin ekspertindən fikir alınmalıdır"
"Paşa Siğorta"dan isə bildirildi ki, avtomobilin ön şüşəsində maşının hansı sığorta şirkətində qeydiyyatda olduğuna dair stiker olur. Bu stikerin üzərində qaynar xəttin nömrəsi var: "Qəza baş verən zaman həmin nömrəyə zəng vurulmalıdır. Bu zaman sığorta şirkətinin ekspertlərindən fikir alınmalıdır ki, maşını qəza ərazisindən çəkmək olar yoxsa yox. Ekspert razılıq verdikdən sonra maşını oradan çəkə bilərlər. Əgər razılıq verməyiblərsə, belə bir təklif edə bilərlər ki, maşının qəza anındakı şəklini özünüz çəkin, sonra maşını həmin yerdən götürə bilərsiniz”.
"Siğorta sahəsində ciddi problemlər var"
Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov isə deyir ki, yol hərəkatı haqqında qanunun tələblərinə görə əgər qəza baş veribsə səlahiyyətli dövlət orqanlarının gəlməsinə qədər avtomobili həmin yerdə saxlamaq lazımdır: "Ancaq indi qanunvericiliyə dəyişiklik edilib. Əgər qəza nəticəsində sürücülərə yalnız maddi ziyan dəyibsə və o maddi ziyanın tənzimlənməsi ilə bağlı sürücülər arasında razılaşma əldə ediblərsə yol nəqliyyat hadisələrini araşdıran səlahiyyətli dövlət orqanlarının nümayəndələrinin gəlməsinə ehtiyac olmur". Müzəffər Baxışov sığorta ilə bağlı eyni sözləri deyə bilmir. O, bu sahədə ciddi problemlər olduğunu söyləyir: "Əgər həmin şəxsin sığortası varsa və yol nəqliyyat hadisəsi onun günahı ücbatından baş verməyibsə dərhal sığorta şirkətinə məlumat verməlidir. Sığorta şirkətinin eksperti hadisə yerinə gələnə qədər avtomobil qəza baş verən yerdə qalmalıdır. Bilirsiniz ki, sığorta təşkilatlarının əksəriyyəti dələduzluqla məşğuldur. Onlar min bir bəhanə gətirərək sığorta məbləğini ödəməkdən imtina edirlər. Mülki Məcəllənin 923.1-ci maddəsinə görə əgər sığorta müqaviləsi, sığorta şəhadətnaməsi varsa, həm sığorta tərəfdən, həm də yol nəqliyyat hadisəsini araşdıran səlahiyyətli dövlət orqanlarına məlumat verilməlidir. Ona görə də sığorta şirkətləri həmin maddəni əsas tutaraq sığortanı ödəməkdən imtina edirlər. Nəticədə, sürücülər məcbur olub avtomobili sığorta hadisəsi baş verən yerdə saxlayırlar".
Avtomobilə dəyən zərər necə həll olunmalıdır?
Müzəffər Baxışov deyir ki, avtomobilə dəyən zərərin kiçik və ya böyük olmasından asılı olmayaraq sürücülər avtomobili yolun ortasında saxlayırlar: "İstər avtomobilə xırda zərər dəysin, istərsə də böyük, fərq etmir. Yolun ortasında gözləyirlər. Bunun da nəticəsidir ki, son dövrlərdə şəhərdə tıxacların sayı artıb. Bu da insanların işə, dərsə gecikməsinə gətirib çıxarır. Siğorta şirkəti bir nəfərin hüququnu pozmasın deyə, yüzlərlə insanın hüququ pozulur. Bu yaxınlarda Sığorta Assosiasiyası təklif etdi ki, sığorta müqaviləsi bağlayan şəxsin avtomobilində video çəkilişlər aparan cihazlar quraşdırılsın. Həmin cihazların çəkdiyi görüntülər sığortanın ödənməsi üçün əsas götürülsün. Bu, sadəcə, təklifdir. Ola bilsin ki, bu təkliflərin qanunvericiliyə gətirilməsi, qanunvericilik qaydasında təsbit edilməsi bu məsələlərin aradan qaldırılmasına gətirib çıxaracaq. İndiki halda, qanunvericilik yuxarıda şərh etdiyim qaydalarla tənzimləyir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dünyanın ilk sərnişin dronu
Süd sudan ucuzdur
Çinin nağıllar aləmi
Lobyalı soğanlı salat (foto resept)
Son zamanların ən populyar oyuncağı - Stress çarxı
"Elmin ekologiyası" Adlı Seminar Keçirildi!-FOTO
Alimlərdən şok xəbərdarlıq: Yeri böyük təhlükə gözləyir - FOTO
Leyla Əliyevadan növbəti xeyirxah addım - FOTO
ETİRAFLAR:"Kimdən əskiyəm?!"
Teymur Rəcəbov: "Dünya Kubokunda zəif rəqib yoxdur"
İnsanın öləcəyi tarixi qol saatları göstərəcək
Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı
Yayın "qış" xəstəlikləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
100 milyon illik yırtıcı tarakan tapıldı
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
Hollivud ulduzu həbs olundu-SƏBƏB
Həcc ziyarəti ilə bağlı xəbərdarlıq - 6 ayadək həbs cəzası gözlənilir
Kişilər niyə xəyanət edirlər?
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Azərbaycanda yanacağın qiyməti yenidən qalxacaq?
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Qurban Bayramınız Mübarək!
Beş ayda 11 mindən çox insan iş tapıb
Evdə toz hissəcikləri və allergiyadan qorunma üsulları
Qulaq ağrısı necə keçər?
Ajda Pekkan 46 illik FOTO paylaşdı
Günün ulduz falı
Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama
"Ken" 600 min dollar müqabilində "Barbie" oldu- FOTO
Maqnit qasırğası dörd gün davam edəcək
- Akula... - Ay can?!..
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Türk aktrisaları içində birinci oldu-FOTO
Biznesmen gecikən işçiləri yarıçılpaq vəziyyətdə qaçırtdı-FOTO
Nazirlər Kabinetindən icbari sığorta ilə bağlı QƏRAR
Universal mütəxəssislik
Bu günün hava praqnozu
Noyabr ayının qeyri-iş günləri məlum oldu
I siniflərə şagirdlərin qəbulu başlayır
Çiyələk görünüşlü sadə salat (foto resept)
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Bakıda ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Parada hazırlıqla əlaqədar bu yollar bağlanacaq
Payız tətili başladı
Ayaqlara zərər verən yaz ayaqqabıları
Şəngülüm, Şüngülüm, Məngülüm
- ŞƏRHLƏR