
Dekabrın 15-i Azərbaycanın böyük şairi Ramiz Rövşənin 67 yaşı tamam olub. 1946-cı ildə Bakının Əmircan kəndində doğulan Ramiz Rövşən Bakı Dövlət Universitetinin filologiya fakültəsini və Moskva Kinematoqrafiya İnstitutunun ali ssenari kursunu bitirib. “Bir yağışlı nəğmə” (1970-ci il), “Göy üzü daş saxlamaz” (1987-ci il), “Kəpənək qanadları” (1999-cu il), “Nəfəs - kitablar kitabı” (2006-cı il) kitablarının müəllifidir. Ramiz Rövşən ədəbi aləmdə həm də bir sıra hekayələrin və məşhur “Daş” povestinin müəllifi kimi tanınır. Uzun illər kinostudiyada çalışan şairin ssenariləri əsasında bir neçə film, o cümlədən “Babamın babasının babası”, “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı”, “Özgə vaxt” (Hüseyn Mehdiyevlə birgə) bədii filmləri çəkilib.
Gör bir nə tez xərclədim günləri manat kimi,
Əvəzində nə aldım –
heç xəbərim olmadı.
Çox yerdə başa keçdim hörmətli qonaq kimi,
Amma ayaq qoymağa
heç öz yerim olmadı.
Dünyada hərə bir cür qocalmağa başlayır;
Başdanmı qocalan çox, ayaqdanmı?
Kim bilir.
Hansı pisdi –
yerişi, yoxsa ağlı itirmək?
Axsaqdanmı soruşaq, axmaqdanmı?
Kim bilir.
Mən nəsə ayağımdan qocalmağa başladım,
Ağıllı başım çətin köməyimə yetişə.
Ayağımın ucundan başlayan şiş yeriyib
Yavaş-yavaş haçansa ürəyimə yetişər.
Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq,
Ayaqlarım zay olub lap sıradan çıxsa da.
Çox dostlarla günbəgün aram soyuyur, –
ancaq
Mən aradan çıxmaram, kim aradan çıxsa da.
Bir vaxt iri köpəklər hürərdilər üstümə,
İndi xırda küçüklər hürüşür addımbaşı.
Hürməkdə o köpəklər
yaman ustaydı, usta,
Bu küçüklər hələ ki,
bir az naşıdı, naşı.
İt hürər, karvan keçər...
Yox, mən karvan deyiləm,
Mən – karvanı talanmış
tənha, yorğun bir dəvə.
Dörd tərəfi bürüyən toz-dumanın içində
Baş götürüb gedirəm
ağlım kəsən tərəfə.
Yük altında göynəyir kürəyimin qabarı,
Yük altında təngiyir hər addımda nəfəsim.
Nə atmağa qıyıram,
nə gücüm var – aparım,
Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!..
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İnternetin qiyməti düşə bilər
Demet Özdemir efirlərə qayıdır
"Sannois" ləqəbli bəstəkar
Kartof pizzası (foto-resept)
Putin liderləri ötdü
Sevimli obrazlar qorxulu oyuncaqlara çevrilərsə...
Repetitorluqla bağlı YENİLİK - Müəllimlərlə müqavilə imzalana bilər
Günün ulduz falı - 25.02.2014
Çin alimləri ayda kartof əkib
İş həyatında xoşbəxtliyi tapmaq üçün tövsiyələr
Ananaslı toyuq salatı (foto resept)
Şəkildə ilk gördüyünüz heyvan hansıdır?
Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – SİYAHI
İdeal bədən ölçüləri ilə sərvət qazanır-FOTO
Fikirləri səsləndirən cihaz hazırlandı - VİDEO
Sürücülük vəsiqəsinin verilməsi qaydaları dəyişdirildi
Hamiləlik əlamətləri
Övladımıza cinsi təhsili nə vaxt verməliyik?
İran Ermənistana xəbərdarlıq etdi
Fotoda yaxşı görünmək istəyirsiniz?
Film uğursuz olsa da, Barış 2 milyon qazandı
Günün qoroskopu: tələsmək lazım deyil
Uşaqlar tərəvəzi niyə sevmir?
Ombudsman aparatından Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən sökülməsi videosuna reaksiya
Bir almanın iki yarısı
Yeni qaydalarla tədris prosesində müəllimlərin dərs yükü artacaqmı? - AÇIQLAMA
2020-nin mebel trendləri
İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (4)
"Qara qızıl" yeni həftəyə ucuzlaşma ilə başladı
Selenanın idman stili göz oxşadı - FOTO
Fərqində olmadan sizi stress edən 11 vərdiş (2)
Günün qoroskopu: istənilən çətin vəziyyətdən çıxış yolu var
Şahzadənin hər kəsi təəccübləndirən görüntüsünün sirri
Dünyanın 10 ən təhlükəli ölkəsi
Günün qoroskopu: özünüzü çox yormayın
2012-nin burma bilərzikləri
Boyunbağı modelləri
Barbiyə bənzəmək üçün hər ay əməlliyat olunur-FOTO
Məktəblərdə hicab qadağası ləğv edildi
100 il sonra İLK DƏFƏ-FOTO
Almalı şirniyyat (foto-resept)
Demet Özdemir sevgilisindən koronavirusa görə ayrıldı-FOTO
Son dəbə uyğun gəlin buketləri
Maska taxarkən dərini necə qorumalıyıq?
Normal yuxu orucu asanlaşdırır
Ermənistan ordusu bir neçə istiqamətdə atəşkəsi pozub
İrlandiyalı siyasi analitik: “Ermənistan Dağlıq Qarabağdakı müharibəni döyüş meydanında uduzur”
Ayrılığa kədərlənməmək üçün 7 səbəb
Yeni sanksiyalar: hədəf Rusiya
Hadisə narazılığını dilə gətirdi-FOTo















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]