
Avropa Birliyi hər zaman maraqlı olduğu ölkələrlə müxtəlif aspektlərdə münasibət qurmağa çalışır. Bu yöndə atılan addımlardan biri də Şərq Tərəfdaşlığı Proqramıdır. Qeyd edək ki, bu proqram 2008-ci il mayın 26-da Avropa İttifaqının Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülən layihədir və Qonşuluq Siyasəti Proqramından daha üstün hesab olunur. Viza rejiminin yumşaldılmasını, ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını və enerji əməkdaşlığını genişləndirməyi nəzərdə tutan bu proqrama daxil olan 6 postsovet ölkəsindən biri də Azərbaycandır. Bəs ölkəmiz Avropanın MDB ölkələri ilə münasibətləri yaxşılaşdırmaq təşəbbüsünə cavab verməlidirmi? Əgər müsbət cavab verilərsə, bu, Azərbaycana nə verəcək? Bir çoxları kimi bu suallar bizi də düşündürür. Çünki proqramla bağlı müxtəlif gözləntilər var. İnsanların bəzilərinə Şərq Tərəfdaşlığının konkret nəyi nəzərdə tutduğu aydın deyil. Fikirlərini bizimlə bölüşən Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə söylədi ki, Şərq tərəfdaşlığı proqramı Avropa Birliyinin keçmiş SSRİ ölkələri ilə münasibətlərini müsbətə doğru inkişaf etdirmək üçün atdığı addımdır: “Azərbaycan Avropa üçün maraqlı tərəfdaşdır. Ona görə də ölkəmiz daim onların diqqət mərkəzində olub. Avropa Birliyi GUAM ölkələri, Ermənistan və Belorusun daxil olduğu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində bir neçə sahədə əməkdaşlıq yaratmaq istəyir və bu ölkələrin Avropaya inteqrasiya prosesinin sürətlənməsinə çalışır. Layihə siyasi, iqtisadi, enerji sahəsi və təhsil əməkdaşlığını əhatə edir. Bildiyiniz kimi, 2009-cu ildə Praqada zirvə toplantısı keçirildi və Avropa Birliyi ilə Şərq tərəfdaşlığı proqramı imzalandı”. Partiya sədrinin sözlərinə görə, proqramla bağlı mühüm sənədlər Avropa Parlamenti ilə Şərq Tərəfdaşlığı ölkələrinin parlamentlərindən ibarət yeni parlament olan “Avronest”in Bakıda keçirilən ikinci sessiyasında qəbul edildi: “Birinci Brüssel sessiyasında qəbul olunmayan müvafiq sənədlər paytaxtımızda razılaşdırıldı. Düşünürəm ki, bu proqram Azərbaycan üçün əhəmiyyət kəsb edir. Çünki ölkəmizin strateji inkişaf proqramı məhz Avroatlantik əməkdaşlıqdan ibarətdir. Şərq Tərəfdaşlığı Avropa Birliyi ilə əməkdaşlıq üçün çox gözəl bir platforma və imkandır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Son hadisə kimi TAP sazişini xatırlada bilərəm. Yəni Azərbaycan gələcəkdə Avropanın bir sıra ölkələrini qazla təmin edəcək”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Avropa Birliyinin Şərq tərəfdaşlığı Proqramı çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasını müsbət addım kimi qiymətləndirdi: “Bilirsiniz ki, Şərq Tərəfdaşlığına qədər Avropa Birliyinin Qonşuluq Proqramı var idi. Azərbaycan və digər dövlətlər də bu proqrama üzv idilər. Lakin sonuncu proqramın bir pillə üstün olduğunu mütləq qeyd etməliyik. Çünki Şərq Tərəfdaşlığında inteqrasiyanın genişlənməsinə üstünlük verilib”. E.Şahinoğlu vurğuladı ki, Azərbaycan hələ ki, bu proqrama qoşulmur: “Ölkəmizin bölgədəki əsas müttəfiqləri olan Gürcüstan, Ukrayna, Moldova bu müqaviləni imzalayacaq. Anlaşma çərçivəsində həmin dövlətlərlə Avropa Birliyi arasında azad ticarət zonası yaradılacaq, sərbəst şəkildə idxal-ixracat əməliyyatları aparılacaq. Bundan başqa, həmin dövlətlər öz qanunvericiliklərini Avropa Birliyi standartlarına yaxınlaşdıracaqlar. Düşünürəm ki, bu proses həmin dövlətlərin lehinədir. Nəzərə almaq lazımdır ki, Avropa böyük bazardır. Orada 500 milyon insan yaşayır”. Müsahibimizin fikrincə, Azərbaycan bu dəfə anlaşmanı imzalamasa da, gələcəkdə Avropa Birliyinə inteqrasiyanı sıxlaşdırmaq üçün mütləq proqrama qoşulmalıdır: “Məncə, bizim başqa alternativimiz yoxdur. Azərbaycan indiki şərtlər daxilində Rusiyanın dəstəklədiyi Gömrük İttifaqına üzv ola bilməz. Çünki orada Ermənistan da təmsil olunur. Biz düşmən ölkə ilə eyni ittifaqa üzv ola bilmərik. Əgər Rusiya Ermənistana təzyiq edib işğal olunmuş torpaqlarımızı boşaltdırarsa, o zaman Azərbaycan həmin ittifaqda yer alması barədə düşünə bilər. İndiki şəraitdə bu, mümkün olan məsələ deyil. Hesab edirəm ki, Azərbaycanın yeganə yolu müttəfiqləri kimi Avropa Birliyinə inteqrasiyanı genişləndirməkdir”.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycan sinoptiklərindən müjdə
Milli İnternet Mükafatı - Biz birinciyik!
Türkiyə prezidenti şəhidlərin və öldürülən terrorçuların sayını açıqladı
2016 - Bayramınız mübarək!
Açıq rəngli ayaqqabılar
Martın ilk gününün havası
BÜRCLƏR bizə nə vəd edir? -14 İyun
Sən bizi bağışla, Zəhra...
Pensiya yeni sistemlə veriləcək
Karantin rejiminin hansı halda daha da yumşaldılacağı açıqlandı - RƏSMİ
Hava haqqında
Fransa Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün əldə olunmasını istəyir
Vüqar Həşimova həsr olunan şahmat turniri başladı
Buzdan yaradılmış şəhər
Bakıda daha iki marşrut xətti fəaliyyətə başlayacaq
Toyuq filesindən zapekanka (foto resept)
İlin adamı seçildi
Berenin serialı başlamamış ölümə səbəb oldu
Öd kisəsi daşı haqqında bilmədiklərimiz
Regionlardakı gənclər üçün sosial ipotekanın təbliği ilə bağlı yeni proqram hazırlanır
Ancelina Coliyə iki mükafat verildi
Xəzər və Kürə buraxılan körpə balıqların sayı artıb
Maaşlarla bağlı gözlənilən qərar verildi
Amerikadan Türkiyəyə dəstək
Teledərslərin yayımı müvəqqəti dayandırılacaq
Dəhşətli virusdan ölənlər artır
Ana olmaq istəyənlər şokoladdan uzaq durun!
Koronavirusla bağlı son STATİSTİKA
Tokyonun ən qəribə 5 restoranı
2018-ci ilin “iPhone”larının qiyməti məlum oldu
Şəhərlərarası sərnişindaşımada ciddi izolyasiya qaydaları olacaq - RƏSMİ
Çox az insanın dinlədiyi gizli müəllim
Doğulacaq körpələrinin cinsi məlum oldu
Kenan Beren Saata yazdığı mahnını oxudu
Türkiyə kurortu sökülür
Vaxtından əvvəl düşən dişin problemləri
Milli komandamız Qazaxıstana qarşı
Ev almaq istəyənlər üçün fürsət
Putinə ağır zərbə vuruldu
Paraşütçü 25 il sonra sağ tapıldı-FOTO
Tarkandan xanımı ilə bağlı paylaşım etdi- FOTO
Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz məşkunlaşdırma siyasəti - FOTOFAKT
Meksika naxışları tortlarda
Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edildi - VİDEO
Məşqə bir az ara verək
Məşhur yazara vəzifə verildi
Koronavirusla mübarizəyə 15 min tibb işçisi cəlb olunub - RƏSMİ
Hıçqırıqdan xilas olmağın yolları
Bu günün Ramazan təqvimi (12 iyul)
Bağdadda silsilə partlayışlar: 33 ölü, azı 100 yaralı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]