Fransa Senatının Azərbaycan ərazisində qondarma “DQR” rejiminin “müstəqilliyinin” tanınmasına çağıran qətnaməsi Parisin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından çəkilməsinə dair bəyanatdır.
Bunu rusiyalı hərbi mütəxəssis, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza”ya müsahibəsində deyib.
“Bu növbəti təxribatla Fransa qərəzli olduğunu göstərdi və özünü ATƏT-in Minsk Qrupunun xaricinə qoydu. Bir tərəfdən qətnamə bəzi fransız deputatların siyasi korrupsiya faktoru və onların Fransadakı erməni lobbisi ilə əlaqələrinin təsiri ilə qəbul edilib. Digər tərəfdən bu Azərbaycana qarşı açıq şəkildə dostluqdan kənar bir aksiya və təhqirdir”, - deyə Korotçenko bildirib.
“Fransa əvvəllər də tarazlığa riayət etməyib və Ermənistanın maraqlarına açıq şəkildə lobbiçilik edib. İndi bu artıq Senatdakı deputat çoxluğu səviyyəsində bir daha təsdiqləndi. Hüquqi baxımdan qətnamə əhəmiyyətsizdir, siyasi nöqteyi-nəzərdən, o Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini bərpa etmək üçün son cəhdidir, lakin əslində Paris vasitəçilik missiyasından imtina edib”, -deyə rusiyalı mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, qalmaqallı sənədin qəbul edilməsi buna açıq şəkildə çağırmasına baxmayaraq, Rusiya və Türkiyənin Cənubi Qafqazdakı mövqelərinə heç bir şəkildə təsir etməyəcək:
“Bu qətnamə Rusiyanın münaqişənin həlli zonasında olmasına heç bir təsir göstərməyəcək. Oradakı rus sülhməramlıları, yer üzündə sülhü təmin edirlər, amma fransız ordusu oranın yaxınlığında belə yoxdur.
Ümumiyyətlə, bu, sadəcə nəticəsi Parisin maraqlarına zərbə vuracaq axmaq bir hiylədir. Aydındır ki, Fransanın tərəfdaş və ya rəqib olması ilə bağlı Azərbaycan müvafiq nəticələr çıxaracaq. Fransa biznesi artıq Azərbaycanda müəyyən itkilərlə qarşılaşa bilər və milli maraqları qorumaq üçün Bakının bu cür reaksiya göstərməsinə əsaslar var”.

XƏBƏR LENTİ
Finlandiya futbolunda tarixi qərar
Günün qoroskopu: Enerjili olun!
Bəhməzin faydaları
18 milyona aldı, 550 milyona satır
Leysan yağacaq, dolu düşəcək
Kolumbiyada yeni virus başladı-60 nəfər...
Evdar xanımlara bəzi məsləhətlər
Geometrik dekorasiya
Sosial şəbəkə adları necə yazılmalıdır?
Məşhur aktrisa səfir oldu
Meyvə-tərəvəz qiymətini saytdan öyrənmək olacaq
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Sellulitlər üçün xüsusi qarışım
Model olduğunu düşünürdülər,ƏSLİNDƏ isə-FOTO
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
TQDK şagirdlərə müraciət edib
Sabahın HAVAsı
Azərbaycanlı maqnit adam yeni rekorda imza atdı
Marqanisin yoxa çıxmasının SƏBƏBİ
Ağ omlet (foto-resept)
"Hər bəlamda günahkar sənsən!"
Qızıl souslu dondurmanın qiyməti dodaq uçuqladır
Ərdoğan: "Ermənistan odla oynayır"
Qısqanclığın sərhədi
Tibbi maskalar hansı halda bizi təhlükələrdən qoruyur?
Zərif aksesuarlar
SMS icazənin ləğvindən sonra Bakı - VİDEOREPORTAJ
Qurban bayramı ilə bağlı satış məntəqələri açıqlanacaq
Əsirlikdən azad edilmiş Bayram Kərimov başına gələnlərdən danışdı - VİDEO
Ermənilərdən sərsəm tələb
Kök və kök şirəsinin 10 faydası
Dəridəki ləkələri yox edən maska
Sabahın HAVAsı
Dünyaya sərt mesaj verdi
Qulaq ağrısını azaltmaq üçün xalq təbabəti üsulları
Conni Depp keçmiş yoldaşından 50 milyon tələb edir-SƏBƏB
Evdə saç jelesi hazırlayaq
Məşhurların əsl adları
Qu quşu
7 erməni qatili barəsində psixiatrik ekspertiza təyin edildi
Halvalı keks (foto resept)
Saçlarda Sombre dəbi
Bakıda havanın çirklənməsinin qarşısını necə almaq olar?
Prezident İlham Əliyev fəxri adlar verdi
Şəfalı heyvanlar
Hava haqqında - 02.03.2014
Koronavirusdan qorunmaq üçün bunları edin
Yaponiya Ayda zavod tikəcək
Qayınana "sevgisi": müharibəni kim bitirsin?
Vineqret (foto resept)
