Gecə saatlarından indiyə qədər əhali qələbə sevinci ilə küçələrə axışıb. Bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri başa düşürük, lakin ehtiyatlı olmaqda fayda var.
Bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, bu tarixi günü layiqincə qeyd etmək lazımdır:
“Bu gün bütün xalq küçə və yollara axışaraq qələbə sevincini bölüşür. Lakin bəzi sürücülərin mövcud vəziyyətdən istifadə edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Eyni zamanda da piyadalar küçələrdə onlar üçün müəyyən edilmiş keçidlərdən keçməməklə təhlükəsizliklərini riskə atırlar.
Sizin vasitənizlə hərəkət iştirakçılarına səslənir və tövsiyə edirik ki, qələbə sevincini kədərə çevirəcək məqamlara yol verməsinlər. Xüsusilə də sürücülər nəqliyyat vasitələrini yol hərəkəti qaydalarına uyğun idarə etsinlər ki, onların, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığına ciddi təhlükə yaranmasın.
Sözsüz ki, biz də bu ölkənin vətəndaşıyıq, hər kəs kimi biz də Ali Baş Komandanın qələbə müjdəsinə çox sevindik. Sevincimizin həddi-hüdudu yoxdur, Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Ordusu. Bütün bunlara baxmayaraq, hərəkət iştirakçılarından xahiş edirik ki, vətəndaşlarımızın narahatlığına və haqlı narazılığına səbəb olacaq şərait yaratmasınlar. Yol hərəkətində nöqsanlara yol verməsinlər, sevincimizi kədərə çevirməsinlər”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin də yaydığı məlumatda qeyd olunub ki, müşahidələr göstərir ki, bəzi sürücülərin belə şəraitdən sui-istifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, piyadaların isə onlar üçün müəyyən edilmiş keçidlərdən istifadə etməmələri digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Odur ki, bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik.
Qələbə sevincimizin daha təhlükəsizlik şəraitində keçməsi, bu zaman hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün nəqliyyat sahibləri yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə onlar üçün müəyyən edilmiş yol keçidlərindən istifadə etməlidirlər.
XƏBƏR LENTİ
Məktəb bazarlığı etməli olan valideynlərin diqqətinə!
Hava haqqında
Bakıda fantastik qiymətə it
Hava haqqında
Sabahın HAVAsı
Youtube üçün də vergi kəsirlər
Türkiyəyə qar yağdı
Cəbhədə gərgin gecə
Acı souslu alabalıq (foto resept)
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Bakıda evinə "kupça" almaq istəyənlərə ŞAD XƏBƏR
Azərbaycanda 56 nəfər koronavirusdan sağaldı, üç nəfər vəfat etdi
Şahzadənin toyu oldu!-FOTO
Dünyanı necə dəyişirlər?
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Gürcü salatı (foto resept)
Kadir Doğulu yeni serialla efirlərə qayıdır
Xəzərdə zəlzələ olub
17 yaşı tamam olmamış...
Dövlət qurumlarında çalışanların işə çağırılması ilə bağlı AÇIQLAMA
Viza rejimi ləğv edilir - 1 sentyabrdan etibarən...
Günün qoroskopu: yoldan sapmayın
İranda gözəl olmaq da bir dərddir: işdən qovurlar
Günün qoroskopu: yaşam enerjisi və qüvvəniz, sadəcə, kasad ola bilər
Aldadılan qadından qeyri-adi – MƏKTUB
Gözlərinizi qaşımayın
Koronavirusla bağlı Son STATİSTİKA
Üz niyə qızarır?
Müəllim şikayəti
12 barmaqlı uşaqların valideyləri: "Onların belə doğulması üçün dua edirik" - FOTO
Qarışqa ən qısa yoldan istifadə edir
Yaz-yay geyimləri
ABŞ-dan Azərbaycana böyük dəstək
Yataq paltarları
"Torpaqlarımızın bir santimetri belə düşmən işğalı altında qalmayacaq" - XİN
Əcnəbi gənclər Gəncədə
NASA-nın astronavtları kosmosdan qayıtdılar - VİDEO
150 milyard dollarlıq layihə Azərbaycandan keçəcək
Baş Nazir təhsillə bağlı qərara dəyişiklik etdi
Səhiyyə Nazirliyində işləmək istəyənlərin diqqətinə
Barmaq toxunuşu yayılır
Sağlamlığınıza nəzarət etmək üçün mobil tətbiqlər
Hamilələrə XƏBƏRDARLIQ: bu qidalar düşmə təhlükəsi yaradır
Toppuş qızlar arasında gözəllik müsabiqəsi - FOTO
Alma yığan robotlar
Klip çəkirdi intihar etdi-VİDEO
Yunuslara qarşı ittiham irəli sürüldü
Axşam Heydər Əliyev prospektinə getməyin
Seriala "baxmayan"-lar...
Dünya tarixində bir İLK-FOTO














