Şimali Koreyada hələ də ölkədə heç bir yoluxma hadisəsinin qeydə alınmadığını deyirlər.
“Times” nəşrinin yazdığına görə, Şimali Koreya liderinin işləri pisləşə bilər. Ölkədəki müşahidəçilər onun ciddi xəstəliyə düçar ola biləcəyini qeyd edirlər. Digərləri onun komaya düşdüyünə və ya öldüyünə inanırlar.
İndi Pxenyanın var qüvvəsi ilə Cənubi Koreya ilə qarşıdurma yaratdığı iddia edilir. Nəşr bildirir ki, bu, əhalini Kim Çen Inın səhhətinin pis olmasından, eləcə də, ölkənin iqtisadi problemlərindən yayındırmaq üçün lazımdır.